Peyğəmbərlik verilməmişdən qısa müddət qabaq cinlərin səmada olan mələklərdən məlumat oğurlayıb falçı və kahinlərə çatdırılmasının qarşısı alınmışdı. Bu haqda İbn Abbas rəvayət edir ki, Peyğəmbər ﷺ bir dəstə səhabəsi ilə Ukaz baza­rına getdi.
ardını oxu
Fil ilindən öncə ərəblər arasında Hums fikri ortaya çıxmışdı. Ərəblər İbrahimin dinindən qalan adətlərə zidd qaydalar qoymağa başladılar.
Yer üzərində ibadət üçün tikilən ilk ev Kəbə olmuşdur. Uca Allah buyurur: “Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir” (Ali-İmran, 96). Allah Elçisinin ﷺ otuz beş yaşı olarkən Qureyş Kəbəni yenidən inşa etməyi qərara aldı.
Bu hadisə Həlimənin dilindən belə rəvayət edilmişdir: “Qucağımda körpə uşaq və ərimlə birlikdə Səd ibn Bəkr tayfasının qadınları ilə əmizdirmək üçün uşaq götürmək niyyətilə Məkkəyə gəlmişdim. Həmin il qıtlıq və quraqlıq olduğundan hər şeyimiz tükənmiş, yeməyə belə heç nəyimiz qalmamışdı.
Ticarətlə məşğul olan Xədicə bint Xuveylid adlı-sanlı və çox varlı qadın idi. Xədicə öz işlərini aparmaq üçün bəzi adamlara pul və mal verir, onlarla ortaqlıq edirdi. Qureyş ticarətlə məşğul olan bir tayfa idi.
Rəvayət edilir ki, Peyğəmbər ﷺ hələ kiçik olarkən əmisi Əbu Talib alış-veriş məqsədilə Şama getmək üçün səfər hazırlığını bitirib yola çıxdığı zaman Allah Elçisi ﷺ israrla onu da özü ilə aparmağı xahiş etdi. Əbu Talib də ondan ayrılmaq istəmədiyinə görə dedi: “Allaha and olsun!