müxtəlif

Kəbənin bərpa edilməsi

    04.03.2024

Yer üzərində ibadət üçün tikilən ilk ev Kəbə olmuşdur. Uca Allah buyurur: “Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir” (Ali-İmran, 96). Allah Elçisinin ﷺ otuz beş yaşı olarkən Qureyş Kəbəni yenidən inşa etməyi qərara aldı. Belə ki, Kəbə daş suxurlarından hazırlanmış və çox cılız görünürdü. İsmayılın dövründən qalan Kəbə doqquz dirsək hündürlüyündə olmaqla bərabər, tavanı da yox idi. İçəridəki xəzinə də oğurlanmışdı. Üstəlik, Kəbə qədim məbəd olduğu üçün müxtəlif yadellilərin təcavüzünə məruz qalmış, zamanla divarları köhnəlmiş və uçmuşdu.

Zəm-zəm quyusunun tapılması

    03.01.2024

Peyğəmbər ﷺ doğulmamışdan qabaq Zəm-zəm quyusunun üstü torpaqla örtülmüş, insanlar da bu quyunun yerini unutmuşdular. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin ﷺ babası Abdul-Muttalib demişdir: “Hicrdə yatmışdım, bu vaxt bir nəfər mənə yuxuda dedi: “Teybəni qaz!” Mən soruşdum: “Teybə nədir?” Bu vaxt həmin adam məndən uzaqlaşdı. Növbəti gün yenə həmin yerdə yatmışdım. Yenə bir nəfər yuxuda mənə dedi: “Bərranı qaz!” Mən soruşdum: “Bərra nədir?” Bu vaxt həmin adam məndən yenə uzaqlaşdı.

Aşura gününün orucu

    07.08.2022

Aşura – hicri təqvimin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür. Aşura sözü ərəb dilində "onuncu" deməkdir. Aşura günündə oruc tutmaq bəyənilən əməllərdən sayılır. İbn Abbas (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə yəhudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu: “Bu nədir?”
On­lar dedilər: “Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmən­lə­rin­dən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tut­muş­dur”.

Mükafatı kəsilməyən sədəqə

    07.04.2021

Uca Allah qullarına müxtəlif xeyir əməllər buyurmuşdur ki, bu əməlləri yerinə yetirən qula etdiyi əməlin savabı yalnız bu dünyada deyil, hətta ölümündən sonra da yazılır. Bu, Uca Allahın qullarına bəxş etdiyi böyük nemətlərindən biridir. Bu növ əməllərə “Sadəqa Cəriyə”, yəni “Mükafatı kəsilməyən sədəqə” və ya “Savabı daim axan sədəqə” deyilir. İnsan öldükdən sonra qəbirdə sanki əsir kimi olur, dünya ilə əlaqəsi kəsilir, əməl etmək imkanı olmur və dünyada etdiyi əməllərə görə sorğu-sual olunur.

Kasıblıqdan qorxmaq haqqında

    26.02.2021

Uca Allah bu dünyada qullarını müxtəlif bəla və müsibətlərlə imtahan edir. Bu imtahanlardan biri də kasıbçılıqdır. Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver” (əl-Bəqərə, 155). Kasıblıqdan qorxan insan özünün və ya ailəsinin maddi ehtiyaclarını təmin edə bilməyəcəyi haqda ciddi narahatlıq keçirir, bundan daha pisi isə haram əməllərə (yalan, oğurluq, rüşvət və s.) meyl edir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir.

Vətən sevgisi

    24.01.2021

Vətən sevgisi Uca Allahın insanın fitrətinə yerləşdirdiyi gözəl hisslərdən biridir. Övladın öz anasını sevməsi nə qədər təbiidirsə, insanın da doğulub boya-başa çatdığı yeri digər yerlərdən daha çox sevməsi o qədər təbii bir haldır. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatına diqqət etsək görərik ki, o da öz vətənini çox sevmişdir. Məkkə müşrikləri onu doğma şəhəri olan Məkkədən çıxardıqda, o üzünü Məkkə şəhərinə çevirərərək belə demişdir:  “Allaha and olsun ki, sən yer üzündə olan ən xeyirli və Allaha ən sevimli şəhərsən.

Lənət nədir?

    24.04.2020

Lənət sözü xeyirdən uzaqlaşdırmaq, qovmaq deməkdir. Allahın kiməsə lənət etməsi onu Öz mərhəmətindən qovaraq uzaqlaşdırması deməkdir. İnsanın kiməsə lənət etməsi isə ona bəddua etməsidir. Uca Allah kafirləri lənətləmiş və onlara şiddətli əzab hazırlamışdır. Uca Allah buyurur: “Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün yaxıb-yandıran Od hazırlamışdır. Onlar orada əbədi qalacaq, özlərinə nə bir himayəçi, nə də bir yardımçı tapa bilməyəcəklər.

Nəmmamlıq etmək böyük günahdır

    26.02.2018

Nəmmamlıq etmək insanlar arasında fitnə-fəsad törətmək məqsədi ilə birinin sözünü digərinə çatdırmağa deyilir. Nəmmamlıq etmək böyük günahdır. Uca Allah buyurur:
 “İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara” (əl-Qələm surəsi, 10-11-ci ayələr). 
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Söz gəzdirən adam Cənnətə girməz!” (Səhih əl-Buxari, 6056).

Murdar şeylərdən təmizlənməyin üsulları

    09.11.2017

Hər hansı bir şeyin murdar olması haqda yalnız Qurani-Kərim və Peyğəmbərin səhih hədisləri əsasında qərar vermək olar. İslam şəriəti (qayda-qanunu) bizə murdar olan şeyləri bəyan etməklə yanaşı ondan təmizlənməyin üsullarını da öyrətmişdir. Əgər şəriətdə nəyinsə təmizlənməsi üçün murdar şeyin yuyulması əmr olunursa, demək onun təmizlənməsi belə olmalıdır. Əgər nəyinsə təmizlənməsi üçün su tökmək, su çiləmək, qaşımaq, yerə sürtmək, yaxud təmiz torpağın üzərində gəzmək deyilibsə, demək təmizlənmə də belə olmalıdır. 

Pages