namaz

Yolda namaz qılmağa imkan olmadığı üçün namazı qəza edən nə etməlidir?

    18.04.2024
Sual: 
Salam aleykum men rayondan Bakıya gelirdim yol da uzundur evvelceden namaz üçün destemaz almışdım ama dayana bilmeyib maşında yatdım oyananda maşın dayanmıştı men de ehtiyacım üçün tualete getdim orada cox yubandım destemaz alsam da maşındakıların heresinin bir işi var idi meni gözleyirdiler onları gözletmemek üçün bilerek namaz qılmadım men işlediyim bu emele göre ne etmeliyem?
Cavab: 

Və aleykum Salam. Etdiyiniz əməl düzgün deyil və siz bilərəkdən namazı qəzaya verdiyinizə görə günah qazanmısınız. Buna görə üzərinizə tövbə düşür. Belə halda siz ya namazı qılıb sonra avtobusa minməli idiz, bu mümkün olmadığı təqdirdə isə avtobusda oturan yerdə namazı qılmalı idiz.

İstənilən vaxt istənilən sayda namaz qılmaq icazəlidirmi?

    18.04.2024
Sual: 
Ferz ve sünnet namazlarından başqa istədiyimiz vaxt isdediyimiz sayda namaz qılmaq icazelidirmi? Oğlanın velisi olmadan kebin kesdirmek düzgündürmü
Cavab: 

Əssələmu aleykum.

1) Namazın qadağan olunduğu vaxtlar istisna olmaqla, digər vaxtlarda müsəlman istənilən qədər namaz qıla bilər. Namazın qadağan olunan vaxtları barəıdə oxuyun:

Namazda necə oturmaq lazımdır?

    13.04.2024
Sual: 
Salamunaleykum.Mən bilmək istəyirdim ki namaz qılan zaman oturanda necə oturmaq lazimdir?Sağ ayaq dik qibləyə doğru dayanmalıdır?
Cavab: 

Və aleykum Salam. Namazda oturarkən sol ayağın üzərində oturulur, sağ ayaq isə şaquli vəziyyətqə qalaraq barmaqların ucları qibləyə tərəf əyilir. Ətraflı oxuyun:

Üzrlü səbəb olmadan namazları qəza edən bu namazları necə qılmalıdır?

    08.04.2024
Sual: 
Salam mən namaz qılıram amma qəza namazlarım çoxdu və ardıcıllığını unutmuşam nə etməliyəm ki qəza namazlarımı qıla bilim və onu da da deyim üzürsüz səbəbə görə qəza olub birdə dini bilgim azdır xaiş edirəm ətraflı izah edin və onuda deyimki nə edim məsələn qəza namazı qılım və yaxud tövbə edim xaiş edirəm başa salın yalvarıram

Uzun müddət namazı tərk edən buraxdığı namazları qəza etməlidirmi?

    07.04.2024
Sual: 
Salam Aleykum men bir il yarım namaz qilmadim Nisali vatimdan evli vaxtimdaki ve hamile vaxtımda namazım qala bilmedim qilmadigim vaxtlar qeza gedirmi? Qezaya gedibse ne etmeliyem?
Cavab: 

Və aleykum Salam. Səhlənkarlıq üzündən buraxılan namazlar qəza edilmir. Buna görə Allaha tövbə edib namaza başlamaq və bacardıqca nafilə namazları çoxaltmaq lazımdır. Ətraflı oxuyun:

Pages