şəxslər

İmam əl-Buxari hansı məzhəbdə olub?

    19.03.2024
Sual: 
Salam Aleykum rahimatullahi imam Buxari fiqhi olaraq hansı mezhebde olub. Allah razı olsun assalamun aleykum rahimatullahi va barakatuhu
Cavab: 

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. İmam əl-Buxarinin (Allah ona rəhmət etsin) fiqh elmində özünə xas məzhəbi olub. O dörd məzhəbin heç birinə təqlid etməyib. Çünki o ictihad etməyə qadir bir alim olub.

İslamdan əvvəl ərəblərdə "Muhəmməd" adı vardımı?

    21.02.2024
Sual: 
Əs sələmu aleykum qardaş. Bir filmə baxmışdım, orada Babası Allah Rəsuluna adı verərkən, bütün Məkkə əhli: "Muhəmməd" bu necə bir addır? İlk dəfədir ki belə ad eşidirik dedilər. Yəni Muhəmməd ilk Allah Rəsuluna verilmiş addır. Bu doğrudurmu?
Cavab: 

Və aleykum Salam. Bəzi tarixçilər belə desələr də, doğru olan budur ki, Muhəmməd peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əvvəl də ərəblərdə bu ad məşhur olub və bu adı daşıyan şəxslər olub. Həmçinin oxuyun:

Muxtar əs-Səqafi kim olmuşdur?

    06.09.2023
Sual: 
Assalamu Aleykum.Sizden bir neçe mesele barede soruşmaq isterdim.Muxtar Sefeqi peygemberliq iddiasında olubmu? Said Nursi'nin kitablarını oxumağa icaze varmıdır? Xeyr deyirsinizse,xaiş edirem etrafli izah edesiniz.Cunki etrafimda bele insanlar var oxuyurlar Allah elminize bereket versin.
Cavab: 

Və aleykum Salam. Tarix kitablarında Muxtar əs-Səqafinin (hicri 1-67/ miladi 622-686) yalançı olduğu və özünə vəhy nazil olduğunu iddia etdiyi bildirilmişdir. Böyük tarixçi əz-Zəhəbi özünün "Siyər əl-Ələm ən-Nubələ" əsərində onun barəsində belə demişdir: "Yalançı olmuşdur...

Səid Nursinin "Risaleyi-Nur" kitabını oxumaq olarmı?

    11.08.2023
Sual: 
Salam Aleykum. Said Nursinin Risale i Nur kitablarini oxumaq olar mi? Sadece bu kitablar türk dilindedi men o dili tam başa düşmürem qeliz gelir sözleri tam anlaya bilmirem. Men daha çox dinle bağlı melumatlar öyrenmek isteyirem. Sadece hansi kitablari oxumaliyam bilmirem . Birdeki hansi kitablari tövsiye ederdiz oxumaq üçün İslam dini haqqinda ?
Cavab: 

Və aleykum Salam. Bu cavabları oxuyun:

Varaqa ibn Nofəl səhabə olubmu?

    26.07.2023
Sual: 
Salam aleykum.Varaka ibn Nofəl səhabə sayılırmı?
Cavab: 

Va aleykum Salam. Doğru olan rəyə görə Varaqa ibn Nofəl (Allah ondan razı olsun) səhabə olub. Çünki o, Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) görmüş, ona iman gətirmiş və mömin olaraq vəfat etmişdir. Həmçinin oxuyun:

Mövlanə kim olub, onun dedikləri doğrudurmu?

    13.04.2023
Sual: 
Salam.HZ.Mevlana deyəndə kimi nəzərdə tuturlar.Kimdir həmin adam.cunki bu ada çox rast gəlmişəm.Onun sözləri səhihdirmi.Zəhmət olmasa məlumat verərdiniz
Cavab: 

Va aleykum Salam. Mövlanə deyildikdə məşhur sufi Cəlaluddin ər-Rumi (Hicri: 604-672/ Miladi: 1207-1273) nəzərdə tutulur. Bu şəxs "vəhdətul-vücud" (Yaradanla yaradılanın vəhdət təşkil etməsi, birləşməsi) fikrinə sahib olan azğın bir insan olmuşdur. Odur ki, onun sözlərinə əsaslanmaq olmaz. 

Hansı peyğəmbər qaradərili olub?

    31.01.2023
Sual: 
Əssələm Aleykum və rəhmətullahi və bərəkətuhu.Hansı peyğəmbər qaradərili olub? Xahiş edirəm əgər varsa səhih mınbəsin göstərin mən tapa bilmədim.Allah dəvətinizə bərəkət versin.
Cavab: 

Va aleykum Salam. Hədislərdə Musa peyğəmbərin (ona salam olsun) qarayanız olduğu bildirilir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mən (Meraca qalxdığım gecə) İsanı, Musanı və İbrahimi gördüm.

Pages