namaz

Cunub olan insan namazın vaxtını keçirməmək üçün dəstəmaz ala bilərmi?

    01.05.2024
Sual: 
ALLAHIN salamı olsun sizlere men yuxuda bosalmisam ve bu paltarıma deyib ferqine varmadan sübh namazına gecikirdim deye duran kimi desdamaz aldım namaz qıldım men ne ede bilerem diyersizde zehmet olmasa
Cavab: 

Və aleykum Salam. Cənabətli olan şəxs namazın vaxtı keçsə belə, mütləq qüsl alıb sonra namaz qılmalıdır. Qüsl almadan qıldığı namaz sayılmır. Odur ki, siz qüsl edib cunub halda qıldığınız namazları yenidən qılmalısınız. Həmçinin sperma dəyən paltarı dəyişməlisiniz. Həmçinin oxuyun:

Yolda namaz qılmağa imkan olmadığı üçün namazı qəza edən nə etməlidir?

    18.04.2024
Sual: 
Salam aleykum men rayondan Bakıya gelirdim yol da uzundur evvelceden namaz üçün destemaz almışdım ama dayana bilmeyib maşında yatdım oyananda maşın dayanmıştı men de ehtiyacım üçün tualete getdim orada cox yubandım destemaz alsam da maşındakıların heresinin bir işi var idi meni gözleyirdiler onları gözletmemek üçün bilerek namaz qılmadım men işlediyim bu emele göre ne etmeliyem?
Cavab: 

Və aleykum Salam. Etdiyiniz əməl düzgün deyil və siz bilərəkdən namazı qəzaya verdiyinizə görə günah qazanmısınız. Buna görə üzərinizə tövbə düşür. Belə halda siz ya namazı qılıb sonra avtobusa minməli idiz, bu mümkün olmadığı təqdirdə isə avtobusda oturan yerdə namazı qılmalı idiz.

İstənilən vaxt istənilən sayda namaz qılmaq icazəlidirmi?

    18.04.2024
Sual: 
Ferz ve sünnet namazlarından başqa istədiyimiz vaxt isdediyimiz sayda namaz qılmaq icazelidirmi? Oğlanın velisi olmadan kebin kesdirmek düzgündürmü
Cavab: 

Əssələmu aleykum.

1) Namazın qadağan olunduğu vaxtlar istisna olmaqla, digər vaxtlarda müsəlman istənilən qədər namaz qıla bilər. Namazın qadağan olunan vaxtları barəıdə oxuyun:

Pages