namaz

Namazda Fatihə surəsindən sonra surələri ardıcıl oxumayan səhv səcdəsi etməlidirmi?

    30.11.2023
Sual: 
Salam namazda fatiheden sonra oxunan sureleri ardicil oxunmasa sehv secdesi olurmu? Meselen nas oxunmalidi birinci amma feleq oxunur ...
Cavab: 

Və aleykum Salam. Namazda "əl-Fatihə" surəsindən sonra surələri ardıcıl oxumaq şərt deyil və buna görə səhv səcdəsi düşmür. Daha ətraflı oxuyun:

Hansı namaz doğrudur, sünni namazı, yoxsa şiə namazı?

    16.11.2023
Sual: 
Salam man namaz qılmaq isdiyirem .yəni çox araşdırmışam bu suuni şiə meselin. Yəni yen de yeni bunlardan hansi Peyğəmbərimizin yoludur . Quranda namazı necə qilmaliyiq barədə ayə var.Namazi mohr ilə qılmaq .olar .əllərin bağlı və açıq olması barədə deyərdiz de zehemt olmasa.
Cavab: 

Və aleykum Salam. Bu cavabları oxuyun:

Namazda əlləri necə tutmaq lazımdır?

Namazda əl-Fatihə surəsindən sonra "Bəsmələ" deməyən səhv səcdəsi etməlidirmi?

    09.11.2023
Sual: 
Namazda fatihe suresinden sonra bismillah dememiw hansisa bir sure oxusam ama bismillah deyilmeli olan sureye gore axirda sef secdesi qilmaliyam ya yox?
Cavab: 

Əssələmu aleykum. Namazda əl-Fatihə surəsindən sonra "Bəsmələ" demək vacib deyil. Əgər deyilməsə buna görə səhv səcdəsi etmək lazım deyil. Ətraflı oxuyun:

Namaza yeni başlayan 40 gün ərzində dəstəmazsız namaz qıla bilərmi?

    21.10.2023
Sual: 
Salam Aleykum.Namaza yeni baslayanlar ilk 40 gün erzinde destemazsız bele namaz qılmaqları ile bağlı bilginiz varmi İnşallah?
Cavab: 

Və aleykum Salam. Namazın qəbul olunması üçün şərtlərdən biri də dəstəmazlı olmaqdır. Dəstəmazsız qılınan namaz qəbul deyil. Bu həm yeni başlayana aiddir, həm də çoxdan qılana. Uca Allah buyurur: "Ey iman gətirənlər!

Sünnət namazlar üçün iqamə vermək lazımdırmı?

    20.10.2023
Sual: 
Əssəlamu Əleykum!!..Allahın salamı,rəhməti və bərəkəti üzərinizdə olsun!..Zəhmət olmasa deyərdiniz vacib namazların sünnətindən əvvəl iqamə oxunurmu?Allah taala sizi qorusun!!..
Cavab: 
Və aleykum Salam. İqamə yalnız vacib namazlardan əvvəl oxunur. Sünnət namazlardan əvvəl iqamə oxunmur. Həmçinin oxuyun:

Pages