namaz

Dərslərə görə günorta namazlarını qıla bilmirəm, hamısını axşam qıla bilərəmmi?

    22.01.2024
Sual: 
Salam Aleykum. Bir sualım var, mənim dərslərə görə günortakı 3 vaxt namaz qəzaya gedir bunlarda səssiz namazlardı bildiyimiz kimi. Axşam İşa vaxtı gələndə o qəzalar səssiz qılınmalıdı yoxsa səsli namaz kimi? Çünki bilirikki İşa vaxtı səsli qılınır. İndidən Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Namazları qəza etmək günahdır. Dərslə əlaqəli çalışın Zöhr namazını Əsr namazı ilə ikisindən birinin vaxtında, Məğrib namazını isə İşa ilə ikisindən birinin vaxtında birləşdirib qılın. Ətraflı oxuyun:

Namazın sözlərini bilməyən kəsin yerinə başqası deyə bilərmi?

    22.01.2024
Sual: 
Salam ,menim yoldaşim cox savatsizdi oxumuyub oxuya bilmir yaza bilmir isdeyirem namaz gilsin cetin gelir ona men onun yerne sözderi oxuya bileremmi ? o namazin gilsin
Cavab: 

Və aleykum Salam. Namaz qılan insan namazın sözlərini özü deməlidir. Əgər yoldaşınız vərəqdən oxuya bilmirsə, siz onun yanında namazın sözlərini uca səslə deyin, qoy o təkrarlasın. Beləcə namazın sözlərini tam öyrənənə qədər ona yardım edin.

Qurandan hansı surələri öyrənmək vacibdir?

    18.01.2024
Sual: 
Əs salamu əleykum və rəhmətlahu ve bərəkatuh.Hansi süreleri öyrənmək vacibdir.Təşəkurlər
Cavab: 

Və aleykum Salam. Müsəlman kəsin vacib ibadətlərini yerinə yetirmək üçün tələb olunan surələri və zikrləri əzbərləməsi vacibdir. Məsələn əl-Fatihə surəsini namazda demək namazın rüknü sayılır. Həmçinin əl-Fatihə surəsindən sonra başqa bir surəni demək müstəhəbdir. 

Namazda yel çıxmasını hiss edib lakin nə səs eşidən, nə də qoxu hiss edənin namazı səhihdirmi?

    18.01.2024
Sual: 
Salam men namaz qılmağa başlamamışdan evvel ehtiyaclarımı görmüşdüm amma namaza başlıyanda secdeye gedende nese yellenme hiss etmiş kimi oldum qulağıma ses ve qoxu gelmedi indi bilmirem namaz pozuldumu pozulmadımı deye tereddüd edirem
Cavab: 

Və aleykum Salam. Əgər səs eşitməyib və ya qoxu hiss etməmisinizsə, bu şübhədir və namazınız səhihdir. Ətraflı bu cavabı oxuyun:

Camaat namazında imamın və ya camaatdan biri yıxılarsa ətrafda olanlar nə etməlidir?

    13.01.2024
Sual: 
Salam aleykum. Camaat namazında imamın və ya camaatdan birinin halı pisləşərsə və vəfat edərsə, namazı davam etmək yoxsa yanındakı şəxslər yardım etməlidir?
Cavab: 

Və aleykum Salam. Camaat namazı əsnasında imamın və ya namaz qılanlardan birinin halı pisləşib yıxılarsa və ya vəfat edərsə ətrafda olan namaz qılanlardan bir qismi namazdan çıxıb ona yardım etməlidir. 

Namazın vaxtlarını düzgün haradan tapa bilərik?

    12.01.2024
Sual: 
Salam Aleykum. Namazın vaxtlarını düzgün hardan tapa bilerik, hansı saytdan ve ya hansı telefon proqramından? Meselen muslim pro adlı proqramda Meğrib namazı (14 dekabr 2023) saat 17.16 gösterdiyi halda, diger proqramda namaz saat 17.32 gösterir. Ve buna göre narahatam ki, namazı düzgün vaztda qılmıram. Cavablayın, zehmet olmasa. ALLAH RAZI OLSUN
Cavab: 

Və aleykum Salam. Namazın vaxtlarını zikr.az saytının ana səhifəsində Azərbaycanın bütün rayonları üçün namaz vaxtlarına baxa bilərsiniz. Həmçinin oxuyun:

Səcdə edərkən alının birbaşa yerə dəyməsi vacibdirmi?

    12.01.2024
Sual: 
Salam Aleykum.1.Secdeye gederken saç alinin yere deymesine ve ya salvardaki qatlaqlar dizin yere deymesine mane ola bilermi.2.Arxa hisseyi yuduqdan sonra qurulanmasaq arxa hisseye damci girib cixsa ve bu damci bildiyim qeder necaset sayilir(sidik meselesinde oxumusamki iceriye girib cixan damci necisdir.Bu arxayada aiddir?3.Yagli yemekden sonra agiz yagli galirsa bu destemaza manedirmi?4.Fatihe oxuyarken etdiyin herf sehvinin sozum menasini deyisib deyismediyini hardan bilmek olar Insallah?5.Sabun ve ya dus geli destemazda suyun deriye catmasina mane olurmu?6.Qusul alarken vesveseye fikir verm
Cavab: 

Və aleykum Salam. 

1) Səcdə edərkən alının birbaşa yerə dəyməsi vacib deyil. Odur ki, səcdə edərkən saçın alını örtməsi icazəlidir. Həmçinin şalvarın dizlərinin qatlanmış vəziyyətdə olması namaza xələl gətirmir. Ətraflı oxuyun:

Pages