namaz

Namazı bilərəkdən tərk etmiş şəxs dünyasını dəyişmişsə onun üçün bağışlanma diləmək olarmı?

    29.12.2023
Sual: 
Salamun Aleykum. Namazı bilerekden ve qesden terk eden dünyasını deyişmiş Müselman üçün Allahdan bağışlama dilemek olarmı?
Cavab: 

Və aleykum Salam. Namazı səhlənkarlıqdan tərk edən və bu halda ölən şəxs böyük günah sahibi olsa da, müsəlmandır. Onun üçün Allahdan bağışlanma dilənilir. Ətraflı oxuyun:

Namazı qəlbimlə qıla bilmirəm, nə edə bilərəm?

    26.12.2023
Sual: 
Əssəlamu əleykum!!..Allahın salamı və bərəkəti üstünüzdə olsun gözəl insan!!..Mənim sualım belədir;Əvvəla mən namazı ürəkdən,yəni səmimi qəlbdən qıla bilmirəm.Özümündə namaz vaxtı fikrim çox dağınıq olur.Fikrimi cəmləşdirib bir yerə toplaya bilmirəm. Ümumuyyətlə namazı ürəkdən deyil,məcburi allah xətrinə qılmaq düzgündürmü?...Təşəkkürlər!
Cavab: 

Və aleykum Salam. Namaz qılmaq hər bir müsəlmanın Uca Allah qarşısında borcudur. Çünki Uca Allah insanları yalnız Ona ibadət etmk üçün yaratmışdır. Namaz da ən əzəmətli ibadətdir. Namaz qılan insan ilk növbədə bunu düşünməli və bunu özünə bir borc bilməlidir.

Fərz namazları ilə nafilə namazları arasında nə qədər müddət olmalıdır?

    26.12.2023
Sual: 
Assalamu Aleykum Rehmetullahi ve Bereketuh. 1.FERZ VE SÜNNET NAMAZININ ARASINDA NE QEDER VAXT GÖZLENJLMELİDİR. 2.FERZ VE SÜNNET NAMAZAINI ARASINDA SU İÇMEK OLR. 3.NAMAZDA AĞLAMAQ NAMAZI POZUR. 4.DİN QADINl DAHA ÇOX ÜSTÜN TUTUR YOXSA KİŞİNİ. 5. HENEFİ Mehzebi nece namaz qılır ve hardan tapa bilerem. 6. Men namaz qulağı özüm örgenmişem qorxuram ki birden sehf qılaram.sehv olub olmadığını nece bile bilerem. 7. Din haqqda çox məlumatım yoxdur. Haradan melumatlana bilerem ve yada hansı kitaplardan melumat toplaya bilerem. 8. Size verdiyim sualların cavabını sonra tapa bilmirem.
Cavab: 

Və aleykum Salam va Rahmətullahi və Bərakətuhu. 

Çörəyə and içmək günahdır?

    25.12.2023
Sual: 
salam əleykum sizə bəzi sualların var 1zöhr namazını ilk nafiləsi 4 rükətdər iki-iki qılınır Ancaq bilirəm ikinci rüketden sonra təşəhhüd və salamlar deyilirmi .2 içindən bəzən istər istəməz mahnı oxuyuram bu günahdırmı.3Şiə namazı qalanlar cəhənnəmə gedəcəklər?4bəzi insanlar yalançıya göy imam dəysin deyirlər bunun hökmü nədir.5mən başqa bir şeyə məsələn çörəyə and içmənin şirk olduğunu bilmirdim və edirdim bu günahdırmı
Cavab: 

Və aleykum Salam. 

1) Ümumiyyətlə fərz namazlarının sünnələri iki-iki qılınır və ikinci rükətin sonunda təşəhhüd deyilib salamlar verilir. Ətraflı oxuyun:

Hazırlıqlara getdiyim üçün namazları vaxtında qıla bilmirəm, nə edə bilərəm?

    25.12.2023
Sual: 
Salam aleykum. Mən namaz qılmaq istəyirəm lakin vaxtım olmur demək olarki günüm hazırlıqlarda və məktəbdə keçir. Zöhr əsr məğrib işa namazları çox vaxt qəzaya düşür. Ona görə namazı dayandırmışam. Yenidən başlasam hamısını dalbadal qəza namazı qılsam günah olmaz? Təşəkkürlər.
Cavab: 

Və aleykum Salam. Bu cavabları oxuyun:

Ailəm sünni namazı qılmağa qoymursa yalandan möhürü qarşıma qoya bilərəmmi?

    13.12.2023
Sual: 
Salam eleykum menim ailem şie namazı qılmamı isteyir amma men gizlin sünni qılıram daşı secdadeye qoyuram amma alınımı qoymuram bu günah olurmu .ZEHMET OLMASA CAVABLAYARFIZ
Cavab: 

Vaə aleykum Salam. Əgər ailəniz sizin möhürsüz namaz qılmağınızı bildiyi təqdirdə sizə təzyiq göstərəcəksə bu halda möhürü qarşınıza qoymaq günah deyil. Ətraflı bu cavabı oxuyun:

Pages