namaz

Qüsl əvəzinə təyəmmüm etdikdən sonra növbəti namazlara dəstəmaz almaq olarmı?

    10.02.2024
Sual: 
salam. bele deyim men teyemmum alib namazi qiliram. amma su ile qusl almag mumkun gelmir soyuq olur her defe qusl ala bilmirem. amma destamazi su ile ala bilirem. demeyim odurki teyemmum etdikden sonra destemazi su ile alsam olarmi ? yoxsa qusl alana kimi teyemmum etmeliyem ?
Cavab: 

Və aleykum Salam. Qüsl almaq mümkün deyilsə təyəmmüm edilir. Əgər növbəti namaz vaxtlarında hələ də qüsl almaq mümkün olmasa, lakin dəstəmaz almaq mümkün olarsa, namazların vaxtında dəstəmaz alınır. Ətraflı bu cavabı oxuyun:

Səcdə edərkən alın tam dəymirsə namaz səhihdirmi?

    06.02.2024
Sual: 
Esselamu Aleykum1.Eyni anda alnimi ve burnumu yere qoymaqda cetinlik cekirem.Burnumu qoyuram alnim surusur alin yox qaslarimin ortasi deyir yere.Ne meslehet gore bilersiniz Insallah?2.Destemaz alanda esasen beden uzvlerimi su dolu vedreye batiriram amma fikir verdimki isti suyun icinde kicik ag seyler olur,hemin seylerin beden uzvumu salanda hemin uzve yapisdigini dusunurem ve bu destemezda suyun bedene deymesinin qarsisini alirmi?3.Destemazda ince saqqalin her bir tukunun her bir terefi islanmalidi?(uz hissede olan)cunki bezen cetinliye sebeb olur ve sanki vesveseler gelir.4.Secdede dizimi ra
Cavab: 

Və aleykum Salam.

1) Əslində qaşların ortası da alından sayılır. Əgər səcdə edərkən alnınız tam dəymirsə, bacardığınız kimi səcdə edin. Bu cavabı oxuyun:

Dəstəmaz alarkən insana gələn "quru yer qaldı" vəsvəsəsi şeytandandır?

    06.02.2024
Sual: 
Əssəlamu əleykum.•qeyri-müsəlmanlar bizə şübhə kimi gətirirlər ki,sizin Allahdan qorxaraq etdiyiniz əməlləri biz insanlıq xətrinə edirik.biz onlara nə cavab verək? •Əgər namaz qılmısansa,və vaxtı artıq keçıbsə,daha sonra yadına düşüb ki,dəstəmazın yox idi.o namaz yenidən qılınır? •Məsəl üçün dəstəmaz alarkən bizə elə gəlir ki,üzünü tam yumadın.bəs biz haradan bilə bilərik ki,bu vəsvəsədir?Yoxsa bəlkə bu biz öz səhvimizi düzəltmək üçündür? •mən hazırlığa görə namaza vaxtına 10 dəqiqə qalmış gəlib çatıram.bu mənə günah yazılır?hazırlıqdan qabaqda qıla bilmirəm,çünki vaxtı hələ girmir.
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabı oxuyun:


Namzdan sonra zikr və dua etməsəm günah qazanırammı?

    05.02.2024
Sual: 
Salam. Mən hər bir namazdan sonra dualar və zikirlər edirəm sonrada Allaha dualar edirəm. Bəzən halsız oluram deyirəm ki qalsın o biri namazımı qıldıqdan sonra oxuyaram. Belə olduqda günah etdiyimi və ya səhv etdiyimi düşünürəm. Günahdırmı hər dəfə oxuyub bir dəfə oxumamaq?
Cavab: 

Və aleykum Salam. Namazdan sonra zikr və dua etmək müstəhəbdir, vacib deyil. Odur ki, namazdan sonra zikr etməmək günah sayılmır. Ətraflı oxuyun:

Dövlət işində namaz qılmağa heç cür şərait yoxdur. Nə edə bilərəm?

    03.02.2024
Sual: 
Allahın salamı olsun sizlərə. Dövlət işində namaz qılmağa heç cürə şərait yoxdur. Və qılmağa da izin vermirlər. Hər dəfə göz qabağında oluruq deyə qeyri-mümkündür. Mən namazı necə qılım??? Necə edim?

Birrükətli vitr namazı necə qılınır?

    26.01.2024
Sual: 
Vitr namazı 1 rükət necə qılınır?(fatiha,surə,ruku,səcdə,təşəhhüd,salam) belə qılınır?
Cavab: 

Əssələmu aleykum. Vitr namazı ən azı bir rükət olmaqla tək sayda qılınır. Bir rükətli vitr namazı adi namazlarda olduğu kimi bir rükət qılınır. Sonda təşəhhüd deyilir və salam verilir. Rükudan qaxdırdan sonra qunut duası etmək müstəhəbdir. Ətraflı oxuyun:

Pages