böyük günahlar

Kəbinlə biri ilə yaşamaq zina sayılırmı?

    01.01.2014
Sual: 
Salam aleykum. Mən 2009-cü ildən namaz qılıb oruc tuturam. Artıq 10 ildir ki, həyat yoldaşımdan ayrılmışam, uşaqlarım da var. İndi həyatımda ilk dəfədir ki, könlüm tutduğu sevdiyim evli bir insanla kəbinlə bir yerdəyəm. Bilmək istəyirəm ki, bu günahdırmı? Mənim elədiyim bu iş zina sayılırmı? Chox sag olun.
Cavab: 

Aleykum salam. Əgər şəriətə uyğun kəbinlə bir yerdə yaşayırsınızsa, bu zaman zina sayılmır. Daha ətraflı:
Nigahın qaydaları 
Zina və ondan necə qorunmaq haqqında

 

Dostun səni günaha aparırsa, nə etməli?

    27.12.2013
Sual: 
Salamun Aleykum.Biriyle dosluq edirsen bu dosluqun seni gunaha salirr ve bu dosluqa son qoymaq isteyrsen ve qarwindakin gozu yawli qoyrsan bu.burda ne etmelisenn Allaha razi olsun evela
Cavab: 
Və aleykum Salam. İnsan bu dünyada kiminlə dostluq etdiyinə fikir verməlidir, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi (insan) dostunun dinindərir. Elə isə hər kəs baxıb görsün kiminlə dostluq edir". (Əbu Davud, 4833; ət-Tirmizi, 2378).

Sevgi günahdırmı?

    24.12.2013
Sual: 
Salam aleykum. Sevmek gunahdir? Sevmek sevilmek?
Cavab: 

Aleykum salam. Burada halal və haram məsələsi vardır. Uca Allah kişi və qadına ailə qurmağı, bir-birini sevməyi halal buyurmuş və bu işə xeyir-bərəkət vermişdir.

Ən böyük günah nədir?

    20.12.2013
Sual: 
Salam aleykum. En boyuk gunah nedir?
Cavab: 

Və aleykum. Ən böyük günah Uca Allaha şərik qoşmaqdır. Allah Təalanın səni yaratmasına baxmayaraq, ibadətin hər hansı bir övündə ona başqasını - insanı, qəbiri, daşı, günəşi, ayı, sehrbazı və s. şərik qoşmaqdır.

Evli olduğu halda zina edənin namaz qılması düzgündürmü?

    18.12.2013
Sual: 
Salam aleykum. Men evli ola-ola zina edirem. Bilmek isterdim ki, men namaz qilsam batil sayilir? Namaz qila bilerem?
Cavab: 

Aleykum salam. Evli ola-ola zina etmək böyük günahlardan sayılır. Namaz qılmaq isə hər bir müsəlmana fərzdir. Uca Allah Qurani Kərimdə belə buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl!

Pages