böyük günahlar

Günah və haramın fərqi varmı?

    15.07.2014
Sual: 
gunah ve haramin ferqi varmi ve nelerdir?
Cavab: 

Salam aleykum.
Uca Allahın və Onun Elçisinin qadağan etdikləri, çəkindirdikləri və günah olduğunu bildirdikləri bütün əməllər haramdır. Alimlər haram əməllərə belə tərif vermişlər: "Allah üçün tərk etdikdə savab olan, əməl edildikdə isə günah olan bütün əməllər haram sayılır".

Zinadan tövbə etmək və yuxu haqqında

    05.07.2014
Sual: 
Salam aleykum. Men zinaya tovbe etmiwem ve etmiremde hec bir wey sadece gece yuxumda gordumki zina etdiyimi her kes bilib. Bu neye yozulur? Ve birde arada menim fikrimde ALLAH meni bagiwlamaz suali olur bu tovbemi pozmaz? Ne etsem tovbem pozular? Her NAMAZda her defesinde tovbe edirem dua edirem bu ramazanda bagiwlanma dileyirem . ALLAH razi olsun
Cavab: 

Aleykum salam. Allahın tövbə qapıları hər kəsin üzünə açıqdır.

Qadının ətirlənib başqa kişilərin yanından keçməsi haqqındakı hədis səhihdirmi?

    29.06.2014
Sual: 
Eger bir qadın etir surerek başqa bir kişinin yanindan kecerse onunla zina etmis olur. Bele bir hedis varmi? Varsada sehihdirmi?
Cavab: 

Bu hədis səhihdir. Hədisdə söhbət göz zinasından gedir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub (yad) kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir".

Ehtiyac üzündən zina edənin namaz qılmağı düzgündür?

    26.06.2014
Sual: 
Salam aleykum kimsesiz kalib ve ya kimse yardim etmediyi takdirde yardinsiz kalib pula ehtiyaci olub zina yaparsa namaz kilmagi duzgunmudu? Ve Allahuteala gunahini bagislayarmi bu kaderle barismazsa kendisi.
Cavab: 

Aleykum salam. Ehtiyac üzündən zina etmək fikri kökündən səhvdir və dində üzr kimi qəbul edilmir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir.

Dırnaqdan lakı silmədən dəstəmaz almaq və zina etdikdən sonra tövbə edib ailə qurmaq haqda

    22.06.2014
Sual: 
olarmı,yəni dəstamaz alarkən lakı silməməklə.subay vaxtı zina edib sonra tobə edib ailə quran allah yolunda hər gün namaz qılan qadın bağışlanar

Uşaq ikən sevmək günahdırmı?

    22.06.2014
Sual: 
Salam men 12 yasli bir usagam ve 12 yasli bir qizi sevirem bilmek isteyirem ki, 12 yasinda qiz sevmek gunahdirmi?
Cavab: 

Aleykum salam. Sevmək yalnız evlənmək niyyəti ilə olarsa halaldır. Digər niyyətlərlə olan sevgi isə insanı şeytanın vəsvəsə etdiyi boş xülyalara, zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə "azad sevgi" adı altında təbliğ edilən sevgi budur.

Zina etdiyim insanla tövbə edib ailə qursam bağışlanarammı?

    19.06.2014
Sual: 
Salam eleykumevvelceden tesekkurler men qadinam sevdiyim insanla evlenmeden birlikde olurdq duzdu evleneceyimizi bilirdk ama yrnede gunah oldugunu bildiyimiz halda zina edrdk indi kebin kesdirib bir iki gune toyumuzdu evvelki elediyimiz gunahlar ucun nece bagislanmaq isteyek Allah bizi bagislayarmi kecmisde etdiyimiz gunahlar ucun birde lebin nece kesir yeni qadin iatrak etmelidirmu yoxsa molla ozu dua oxuyub kese bilermi kebini onuda deyimmi alileler razidi ona gorede oglan ozu tek gedib mollada kesdirib kebinin dogrusu necedi zehmet olmasa yazardiniz Allah sizden razi olsun
Cavab: 
Aleykum salam. Hər bir halda əgər hər iki tərəf bu günahdan tövbə etsələr, peşman olsalar, Uca Allahın yoluna qayıtsalar, şəriətimizdə buyurulan qanuni nikaha girə bilərlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin.

Qeybət edənin savabları qeybəti edilən insana yazılırmı?

    22.05.2014
Sual: 
Salam aleykum. sizə bir SualIm var məsələn bir insanIn pisinə yaxsIna və danIsmaq və bir insanIn dalInca Qeybət etməyin nə dərəcədə gunahdIr və bildiyimə gorə kiminsə dalInca qeybət etmək pisinə danIsanda həmin Qeybət eliyən insanIn sabablarI yazIlir qeybət etdiyi insana sualIm sizə aydIn oldusa bu haqda cavab yazIn Allah sizin koməyiniz olsun!
Cavab: 

Aleykuma salam. Qeybət etmək böyük günahdır. Qeybət etmək bir insan haqqında onun xoşlamadığı sözləri qeybində danışmağa deyilir. Sözsüz ki, burada insanın xoşlamadığı pis sözlərdən gedir. Amma bir insan haqqında xoş sözlər danışmaq qeybətdən sayılmır.

Pages