böyük günahlar

Naməhrəmə toxunmaq, namaz, ölüyə Quran oxumaq və s. haqqında

    20.02.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. 1)Gun erzinde bir chox tanishlarimizi goruruk. Ve onlarla salamlashiriq. Bilmek isterdim ki, qadinlarin kishilerle el ile gorushmesi haramdir? Ve ya yanaq-yanaga opushmesi...? 2)Namaz qilarken men qulagim eshidecek ucaliqda sozleri deyirem. Ve bu zaman bildiyiniz kimi agzim achiq qalir ve dodaqlarim quruyur. Bele olduqda dodaqlara dil vurmaq olar? 3)Menim sehvim olub. Chox az muddet sevdiyim insanla sevgili olmushuq. Men onunla her ne qeder arama serhed qoysamda o bir defe menim elimi birden icazem olmadan tutdu.
Cavab: 

Aleykumus sələm və rahmətullahi və bərakətuhu.
1) Yad (naməhrəm) qadınlara bilə-bilə toxunmaq, onlarla əl ilə görüşmək haramdır. 
2) Namazda dodaq quruyursa, dil ilə islatmaq olar.

Siqaret çəkmək olarmı?

    19.02.2014
Sual: 
Salam aleykum. Siqaret chekmek gunahdirmi?
Cavab: 

Aleykum salam. Siqaret çəkmək haramdır, çünki siqaret çəkmək həm insanın dininə, onun səhhətinə, əxlaqına, ətrafında olan insanlara, ruzisinə, qüvvəsinə, bir sözlə dünya və axirətinə böyük ziyan vurur.

Oğurluğun halalı olurmu?

    18.02.2014
Sual: 
Salam aleykum. Sualım belədir. Oğurluğun halalı, haramı varmı? Mən oxumuşam ki, guya qoyun oğurlamaq günah sayılmır bu doğru fikirdimi? Xahiş edirəm cavablandırasız.
Cavab: 

Aleykum salam. Başqasının malını oğurlamaq günahdır. İslama görə oğurluq etmək böyük günahlardan sayılır. Uca Allah buyurur: "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin.

Qaranlıq düşən kimi qorxuram...

    06.02.2014
Sual: 
Salam aleykum. Mən xüsusile qaranlıq düşən kimi narahat oluram. Elə bil ki, kimsə yanımdadı. Çox qorxuram. Məni kiminsə izlədiyini düşünürəm. Gün ərzində evdə tək qalanda belə oluram. Amma qaranlıq düşəndə qorxularım daha da artır. Həmçinin anam evdə olanda da. Mən özüm namaz qılanam. Heç vaxt məndə belə hal baş verməyib. Bir aydır belədir. Mən nə edə bilərəm? Xahiş edirəm mənə məsləhət edəsiz.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz hal sadəcə şeytan vəsvəsəsi və ya cadu nəticəsində ola bilər. Bundan qorunmaq və ondan müalicə olunmaq üçün Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (fərz namazları kimi), günahları tərk etmək və onlardan tövbə etmək lazımdır.

Dindar oğlanın qızla görüşməsi və ya söhbət etməsi günahdır?

    28.01.2014
Sual: 
Salam aleykum. Dindar oglanin qizla danishmasi ve yaxud gorushmesi gunahdirmi?
Cavab: 

Aleykum salam. Şəriətdə qadına yalnız evlənmək məqsədilə baxıb görüşməyə icazə verilir. Muğirə ibn Şöbə (Allah ondan razı olsun) bir qadına talib olduğunda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş.

Evli insanı sevmək günahdırmı?

    28.01.2014
Sual: 
Salam aleykum. Menim sevgilim var idi chox sevirdik bir birimizi. Ama uch (3) il qabaq ayrildiq ve indi bashqasi ile evlidi ve ushagi da var. Kechen iller iki ilden sonra ilk defe danishdiq gorushduk. Duzdur ele bele gorushduk, amma men ayrildigim uch (3) il her gun aglamisham onun hech vaxt menim olmuyacagi mene ezab verirdi. Duzdur indi danishmiram amma ureyimde onu hele de sevirem, nuda bilmirem. Bilmek isteyerdim ki, onu sevmeyimle mene gunah yazilirmi?
Cavab: 

Aleykum salam. Bu cavabı oxuyun: Başqasının sevgilisini sevmək günahdırmı?

Pages