böyük günahlar

Tövbə etdikdən sonra günahlarımı ailə quracağım şəxsdən gizlədə bilərmi?

    06.04.2014
Sual: 
Salam aleykum. Bilirem ki, qizlarin oglanla sevgili olmagi haram buyurulub. Amma sheytan girib aglina qizi aldadibsa, oglanla gunah olan sheyi, meselen el-ele gezmek, anasina yalan danishmaq ve daha bele artigini edibse, daha sonra vicdan ezabi ile qovrulub tovbe edib uzaqlashib namaz qilibsa, hemin insanın gelecekde hali nece olur? Heyat quracagi adama hesab vermelidirmi? Yeni bunu danishmalidir, yoxsa gizletmelidir? Bunu tovbe etdiyi halda ona Allahin sinagi kimi gele biler? Yoxsa artiq etmedikden sonra duasi qebul olunurmur ki?
Cavab: 

Aleykum salam. Əgər Allaha tövbə etsə rahat ailə qura bilər və bunu gizli saxlaya da bilər. Şərt deyil ki, keçmişdə nə olubsa, hamsını ona danışsın. Uca Allaha tövbə etsin, namaz qılsın və düzgün həyat yaşasın, Allah Təala günahları bağşlayandır.

Evli kişi siğə edə bilərmi?

    31.03.2014
Sual: 
Salam aleykum. Sualim budur ki, evli kishi ile siğe elemek olarmi? Ümumiyyetle hansi halda sige elemek olar? Yoldashim mene evli ola-ola bashqa qadinla sige elemeyin dinde haqq oldugunu soyleyir. Men yoldashimi chox sevirem. İstemirem o bele bir shey etsin! Xahiş edirem meni bu haqda bilgilendiresiz! Allah sizlerden razı olsun! Tehsekkurler!...
Cavab: 

Aleykum salam. Siğə etmək haramdır. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Xeybərin fəthi günü Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) siğəni və eşşəyin ətini yeməyi haram buyurmuşdur". (əl-Buxari, 4216). 

Qeyri-qanuni əlaqədə olduğum adamla ailə qura bilərəmmi?

    18.03.2014
Sual: 
Salam aleykum. Eger bir qadinin bir beyle muveqqeti kebini olub, kebinde ola-ola bashqa bir beyle zina edib. İndi ise birinci muveqqeti oldugu beyden ayrilib, hemin qadin zina etdiyi beyle aile qurub, daimi kebinde ola biler?
Cavab: 

Aleykum salam. İslama görə müvəqqəti kəbin qeyri-qanuni, haram hesab olunur. Hər bir halda əgər hər iki tərəf bu günahdan tövbə etsələr, peşman olsalar, Uca Allahın yoluna qayıtsalar, şəriətimizdə buyurulan qanuni nikaha girə bilərlər. Uca Allah buyurur: "Ey iman gətirənlər!

Həqiqi müsəlman necə olmalıdır?

    16.03.2014
Sual: 
Salam aleykum. Sizcə əsil dini insan, yaxşı insan necə olmalıdır? Xahiş edirəm suallıma cavab verəsiniz.
Cavab: 

Aleykum salam. Həqiqi müsəlman insanların onun dilindən və əlindən əziyyət görmədiyi insandır. Həmçinin, tək və Uca olan Allaha ibadət edərək yalnız Ona boyun əyən, habelə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yolunu tutub gedən və Allah Təalanı çox xatırlayandır.

Siğə halal olduqdan sonra niyə haram edildi?

    15.03.2014
Sual: 
Salam aleykum. Sige niye haramdir? Eger peygember zamaninda halal idisə ve sonradan peygember haram edibse niye halal olmushdu? Ve sonradan niye haram oldu? İndiki dovrde de evlenmek chetindir ve oruc tutmaqda bir yereycen shehvetin qabagini alir, hele üstelik Səhih Buxaridə yazilib ki, Əbu Bəkrin zamaninda da siğə edilirdi. Sonradan Ömər bunu qadağan etdi. İndi bilmek istediyim odru ki, niye halal olmushdu ki, sonra niye de haram olsun? Səhih Buxaridəki hedis sehvdi?
Cavab: 

Aleykum salam. Cavabları buradan oxuyun:
Siğə haqqında
Xristianla siğə etmək olarmı?​
 

Nəyə görə siğə etmək olmaz?

    07.03.2014
Sual: 
Salam aleykum. Sualim beledir. Sige etmek niye olmaz ki? Peygembermizin vaxtinda sigeye icaze verilmishdi. Sonra Ömer İbni Xettab bu qanunu deyishik dedi ki, sige etmek olmaz! Yeni bele çıxır ki, peygemberin qoydugu qanunu, Ömer İbni Xettab esassiz chixarib bu qanunu tapshirib? Bes Quranın Nisa suresinin 24-cu ayesinde sige haqqında yazilmışdır. Biz indi hansına inanaq? Ömer İbni Xattaba, yoxsa Peyğəmbərimizə?
Cavab: 

Aleykum salam. Siğə etmək ona görə olmaz ki, bunu Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə qadağan etmişdir. Düzdür, siğə bir vaxt icazəli olmuşdur, lakin sonralar Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir.

Xristianla siğə etmək olarmı?

    03.03.2014
Sual: 
Salam aleykum. Xristian qadınla siğə (müvəqqəti kəbin və ya nikah) etmək olarmı? Və əgər olarsa, qaydası necədir? Belə etmək düzgündürsə zəhmət olmasa sualımı cavablandırardız.
Cavab: 
Aleykum salam. İslam dininə görə istər xristianla, istərsə də qeyri-xristianla "siğə" (müvəqqəti nikah) etmək haramdır. Çünki siğə müəyyən məbləğ müqabilində müvəqqəti bağlanan nigahdır. Müvəqqəti nigaha əvvəllər icazə verilsə də sonradan qadağan edilmişdir.

Kitab oğurlamaq günah sayılırmı?

    26.02.2014
Sual: 
Salam aleykum. Kitab ogurlamaq gunah sayilirmı? Deyilene göre kitab ogurlamaq gunah sayilmır. Bu duzdürmü?
Cavab: 

Aleykum salam. Xeyir, bu düzgün fikir deyil. Dinimizə görə üzərində haqqın olmayan, istəlinən bir əşyanı haqq sahibindən onun icazəsi olmadan oğurlamaq günah sayılır. Oğurluq isə bütovlükdə haramdır.

Qadın yaşlı kişi ilə salamlaşarkən əl ilə görüşə bilərmi?

    21.02.2014
Sual: 
Salam aleykum. Size bir meseleni danishmaq isteyirem. Bizim mektebde menim babam yashinda, yeni 64 yashinda bir tarix muellimi var. O chox mehriban insandir. O hemishe mektebde bizi gorende gelir gorushur. Esasen de qizlarla... Chunki onun qiz nevesi yoxdur. O bizimle gorushende, bizim Azerbaycan dili muellimemiz (Gunay xanim) bize dedi ki, kishi muellimi ile gorushmek gunahdir. Bu dogru fikirdirmi? Eger duz fikirdirse, kime gunah sayilir?
Cavab: 

Aleykum salam. Kişinin naməhrəm qadınla görüşməsi haramdır. Bilə-bilə etdiyimiz əməllərə görə məsuliyyət daşıyırıq.    

Pages