böyük günahlar

Əcnəbi qadınla ailə kimi yaşamaq üçün özüm kəbin kəsə bilərəmmi?

    28.01.2014
Sual: 
Salam Aleykum. Men xarici olke vetendashi olan bir xanimla birlikde yashayiram. Kebini ozum kese bilerem?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə istənilən müsəlman kişi, istənilən müsəlman qadınla ailə qurmaq niyyəti ilə kəbin kəsdirmək vasitəsi ilə yaşaya bilər. Həmçinin əcnəbi qadınla da şəriət bu şəkildə yaşamağa icazə verir.

Uzaq səfərdə olarkən başqa bir qadınla yaxınlıq əlaqəsi

    27.01.2014
Sual: 
Salam. Eger uzaq bir yerde seferde bashqa qadinla cinsi elaqede olmaq gunahdirmi?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə nikahsız (kəbinsiz) edilən yaxınlıqlar istər dul qadınla, istər subay qadınla, istərsə də uzaq səfərdə olsun, bu cür cinsi əlaqə növlərinə icazə verilmir və sahibini həlak edən böyük günahlardandır.

Dul qadınla əlaqədə olmaq

    27.01.2014
Sual: 
Salam. Bashqa qadinla olmaq (onun isteyi ile dul qadinla) bu gunah sayilirmi?
Cavab: 
Aleykum salam. İslama görə nikahsız (kəbinsiz) edilən yaxınlıqlar istər dul qadınla olsun, istərsə də subay qadınla, böyük günah sayılır. Kəbinin şərtləri isə qadının valideynlərinin razılığı, özünün razılığı, iki ədalətli şahid və mehrin (başlıq pulu) olmasıdır.

Masturbasiya etməyə icazə verilirmi?

    26.01.2014
Sual: 
Salam. Her kese melum olan kishilerde oz-ozlerini rahatlamaqlari cenabet qusulunu pozur. Yeni "mastrubasiya", meni en chox dushunduren shey budur. Zehmet olmasa bu meseleye genish ve etrali aydinliq getire bilersiz?
Cavab: 

Və aleykum Salam. Öz-özünü boşaltmaq və ya masturbasiya haramdır. Bu istər subay, istər evli, istərsə dul olsun, hamıya aiddir. Buna dəlil olaraq alimlər aşağıdakıları göstərmişlər. Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; O kəslər ki, namazlarında mütidirlər?

Əxlaqsız fotolara və ya videolara baxmaq olarmı?

    23.01.2014
Sual: 
Salam aleykum. Dinde ayib shekillere ve videolara baxmaq gunahdir? Bes ele sheylere baxib ozunu shehvete tehrik elemek nece, o da gunahdir? Deyek ki, gunah olmadigini bilib baxirsan onda bu gunahi temizlemek uchun ne etmek lazimdir?
Cavab: 

Aleykum salam. Uca Allah bu cür çirkin şeylərə baxmağı qadağan edərək buyurur: "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır.

Bir neçə qadınla telefonda danışmaq

    17.01.2014
Sual: 
Salam aleykum. Meni bele bir sual cox narahat edir. Mence meni kimi insanlar choxdur. Men tek olmadigimi bilirem. Men uch (3) qiz ile danishiram. Uchunu de chox isteyirem. Mene ele gelir ki, uchunu (3) de sevirem. Chox qerarsizam. Bilirem ki, her shey Allahin yazdigi kimi olacaq. Men o qizlardan ayrila bilmirem. Deyirem belke hansisa qismetimdir . Uzaqda yashadigim uchun onlarla gorushmurem. Sadece telefon ile danishiram. Men choxlu gunah qazanirammi?
Cavab: 

Aleykum salam. Əlbəttə günahdır və belə etmək şəriətlə icazə verilməyən bir haldır. Siz bu məsələnin üzərində ciddi şəkildə düşünüb götür qoy edin, sonrada məsləhətləşib konkretləşdirib üçündən birini seçin. Qəti qərara gəldikdən sonra el adət ilə elçi göndərib evlənin.

Qadının ona yad olan kişilərə baxması günahdırmı?

    15.01.2014
Sual: 
Qadinin hansisa kishiye baxmasi gunahdir? Meselen; Men hansisa oglani gorsem, yarashiqli olduguna gore baxsam gunah qazanaram? Yeni men ona pis niyyetle baxmiram. Sadece gozelliyi diqqetimi celb edir.
Cavab: 

İslama görə belə şeylərdən çəkinməyiniz tövsiyə olunur. Uca Allah buyurur:

Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar  (ən Nur, 31).

Nişanlı ola-ola yaxınlıq edən necə tövbə etsin?

    11.01.2014
Sual: 
Salam aleykum. Men qadinam ve biriyle gorushurem ama evlenmedim once birlikde olduq bilirem aile quracayiq. Amma yene de gunah oldugunu bilirem bile-bile etmishem chox boyuk gunahdi he bile bile etmishem bagishlanacammi? Tovbe etmek isteyrem nece edim?
Cavab: 

Əvvalə qeyd etmək istəyirəm ki, etdiyiniz bu əməl islamda qeyri-qanuni nikah, yəni şəriət termini ilə ifadə etsək zina hesab olunur. Qurani Kərimdə Uca Allah bu haqda belə buyurur: "Zinaya da yaxın düşməyin.

Pages