oruc

Kəbin kəsdirmək üçün hara müraciət etmək lazımdır?

    18.07.2022
Sual: 
Salamu aleykum Zehmet olmasa deyerdiz 2022ilin oruclug ayi ne zaman girir ?allahin izni ile. Birde kebin kesdrmek ucun harani meslehet gorersiz
Cavab: 

Va aleykum Salam.

1) Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən 2022 ci ildə Ramazan ayı aprel ayının 2-nə təsadüf edir. 

2) Kəbin kəsdirmək üçün məscidlərdən birinə yaxınlaşa bilərsiniz. Kəbin barədə ətraflı oxuyun:

Ramazan ayının gəlişi münasibətilə təbrik etmək olrmı?

    12.07.2022
Sual: 
Salam Aleykum sualım budur men qardaşları Ramazan ayı münasibetile tebrik etdim aralarından biri dedi ki Ramazan ayını tebrik etmek bitedir bu düzdür?
Cavab: 

Va aleykum Salam. Ramazan ayının gəlişi münasibətilə təbrik etməkdə bir qəbahət yoxdur. Çünki Ramazan ayı mübarək aydır. Bu ayın gəlişi ilə müsəlmanlar sevinirlər.

Ramazan ayı girəndə qüsl almaq vacibdirmi?

    11.07.2022
Sual: 
Salam Bu gun niyyet axsamidir derman atiram lualice ucun men ancag ehya gecelerinin orucunu tutmag isdeyirem bugunde qusl alnmalidir yeni niyyet axsamnda ? ya ehya gecesi olanda qusl almag olar?p
Cavab: 

Va aleykum Salam. Ramazan ayında oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana fərzdir (vacibdir). Xəstəlik və ya müalicə səbəbindən oruc tuta bilməyənlər isə digər günlərdə ramazan ayında tuta bilmədikləri günlərin sayı qədər oruc tutmalıdırlar.

İmsak və İftar vaxtlarını haradan öyrənə bilərəm?

    11.07.2022
Sual: 
Salam.men Ramazan'a qeder bu 3aylarda oruc tutmaq isteyirem. İmsakın-iftarın vaxtını hardan öyrenim?
Cavab: 

Va aleykum Salam. İmsak vaxtı Sübh namazının girdiyi vaxt, İftar vaxtı isə Məğrib namazının girdiyi vaxtdır. Namazın vaxtlarını saytımızın ana səhifəsində yerləşən "Namaz Vaxtları" bölməsindən öyrənə bilərsiniz. 

Üzrlü səbəbdən oruc tuta bilməyən şəxsin kəffarə verməyə də imkanı yoxdursa, nə etməlidir?

    08.07.2022
Sual: 
Salam aleykum. Səbəbli oruc tuta bilməyən adam, gündəlik adam yedirtməyə imkani yoxdursa, nə etməlidir?
Cavab: 

Va aleykmu Salam. Üzrlü səbəbdən Ramazan orucunu tuta bilməyən şəxs hər güna görə bir kasıbı yedizdirməlidir. Kasıb yedizdirmək həm yemək verməklə, həm də ərzaq alıb verməklə yerinə yetirilir.

Qadın heyz halında oruc tutmalıdırmı?

    07.07.2022
Sual: 
Salam aleykum.Biz hədislərə əsasən heyzli halda namaz qılmır,oruc tuturuq.Qurani Kərimdə elə ayə yoxdur əslində ki heyzli qadın oruc tutmasın,namaz qılması.Ancaq bir başqa hədisdə də heyz halında namaz qılır,oruc tutmuruq deyə Peyğəmbər s.a.s.qadınları naqis adlandırır.Bu hədislərdəki fikirlər bir birini inkar edir.Bu hədislərin səhih olmasına şübhə yaradır.Açıqlama verərdiniz xaiş edirəm.
Cavab: 
Aleykum salam. Hədislərə görə heyzli qadın namaz qılmadığı kimi, oruc da tutmamalıdır. Qurani Kərimdə heyzli qadının namaz qılmaması və oruc tutmaması barədə ayə olmasa da, Quran bizə Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) tabe olub, onun dediklərinə itaət etməyi buyurur.

Sahura bir-iki dəqiqə gecikən yemək yeyə bilərmi?

    03.05.2022
Sual: 
Salam aleykum. Səhura 1-2 dəqiqə gecikən adam tez bir-iki xurma yeyə bilər?
Cavab: 

Va aleykum Salam. Sübh namazının vaxtı girəndən sonra sahur yeməyinə başlamaq qadağandır. Sübh namazının vaxtı girməzdən əvvəl yeməyə başlayan adam vaxt girdikdən sonra bir neçə dəqiqə ərzində qarşısındakı yeməyi tamamlaya bilər.

Pages