oruc

Heyz səbəbindən oruclarını tutmayan qadın qəza etməlidirmi?

    11.07.2023
Sual: 
Salam. Men kecen il 1 ay oruc tutdum. Ve 1 hefteni aybadi oldugum ucun tuta bilmedim orucu acdim .men indi 1 heftenin qezasin tutmaliyam??? Tutmaliyamsa orucu tutanda ne demeliyem??
Cavab: 

Va aleykum Salam. Heyz olan qadın oruc tutmur və namaz qılmır. Heyzdən təmizləndikdən və qüsl etdikdən sonra növbəti Ramazan ayına qədər buraxdığı orucların qəzasını tutmalıdır. Namazları isə qəza etmir. Ətraflı oxuyun:

Altmış gün kəffarə orucu tutan qadın heyz olarsa ardıcıllıq pozulurmu?

    12.04.2023
Sual: 
Salam.Kəffarə verərkən 60 gün ara vermədən oruc tutularkən, qadın 60 gün ərzində 2 dəfə heyz halı görür.Heyz halında 5-5 gün oruc tutulmur, ara vermədən necə 60 gün oruc tutur?Xaiş edirem sualıma cavab verəsiz.
Cavab: 

Va aleykum Salam. Altmış gün kəffarə orucu tutan qadın heyz olarsa, bu onun ardıcıllığını pozmur. Qadın heyz olub təmizləndikdən sonra qaldığı yerdən orucunu davam etməlidir. Həmçinin oxuyun:

Ramazan orucunun hamısını qəza edən şəxs kəffarə verməlidirmi?

    12.04.2023
Sual: 
As salam alekum bir söz deyim Ramazan ayında 30 gün orucun 30nu da qezaya verende hamısı keffare olur yoxsa nece ve namaz qılarken çoxlu sef edb tekrar tekrar qılıram ele biliremki bir sözü demedm veyaxud niyyetde sef etdim evvel bele olmurdu bilmirem nağarm komekliy etsez sevinerem diqqetiniz üçün teşekkürler.
Cavab: 

Va aleykum Salam. Üzrlü səbəbdən (xəstəlik, qocalıq, hamiləlik, süd vermə kimi) Ramazan orucunu tutmayan kəs tutmadığı günlərin sayı qədər başqa günlərdə qəza orucu tutmalıdır. Əgər üzrsüz səbəbdən tutmamışsa, qəza orucları ilə bərabər buna görə tövbə də etməlidir.

Qadın süd verdiyinə görə tutmadığı Ramazan oruclarını qəza etməlidirmi?

    17.02.2023
Sual: 
2016 cı ildə ramazan ayının orucunu tuta bilmədim süd verme döneminde idim O vaxtı mənə catan məlumat bele idi ki ümumiyetle süd veren ve hamile qadına oruc tutmağ vacib deyil onlar üzürlüdüler, bir nece il sonra bu fikrin yanlış olduğunu öyrendim amma ne keffare verdim ne oruc tutdum Mən indi ne edim? Boynuma düşen nedir? Keffare verib oruc tutmaliyammi? Eyer beledise etrafımda keffare yedizdirecek insanlar tanimiram Erzaq vere bileremi eyer vere bileremse 1 güne göre ne qeder Erzaq düşür?
Cavab: 

Əssələmu aleykum. Dinimiz süd verən və hamilə qadına, özünə və ya övladına görə çətinlik olduğu təqdirdə orucu açmağa izn vermişdir. Lakin çətinlik aradan qalxdıqdan (süd dövrü bitdikdən və ya hamiləlik sona yetdikdən) sonra digər aylarda tutmadığı günlər qədər qəza orucu tutmalıdır.

Günün ikinci yarısında heyz olan qadın orucunu açmalıdırmı?

    17.02.2023
Sual: 
Evvellce size teşşekkur etmek isteyirem bu sayt ve ona ayirdiginiz zaman ucun.Allah sizden razi olsun ne ki bilmediyimiz anlamadigimiz var coxlarimizin uz tutdugu unvan buradi.Sualim ise budurki men Peygemberimizin(s.a.v) qadin oruclu iken heyz olarsa bu zaman gunortaya qederdirse otucunu sindirmali gunortdan sonradirsa orucuna davam etmelidir"buyurdugunu oxumuşdum.Ama bu gun burda ise "qadin heyz oldugunu bildiyi anda orucunu sindirsin"hedisini oxudum.
Cavab: 

Əssələmu aleykum. Oruc tutan qadın günü istənilən vaxtında heyz olarsa orucunu açmalıdır. Hətta iftara beş dəqiqə qalmış heyz olsa orucu pozulmuş olur. Qadın heyz olduğunu bilən andan orucu açmalıdır. Ətraflı oxuyun:

Rəcəb və Şaban aylarında günaşırı oruc tutmaq olarmı?

    03.01.2023
Sual: 
Salam Aleykum.her il yalnız Receb ve şaban aylarında 1 günden 1 oruc tuta bilərikmi?Davud aleyhsalamin orucunu.
Cavab: 

Va aleykum Salam. Davud peyğəmbərin orucu il boyu günaşırı tutulur. Peyğəm­bər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demiş­dir: "Alla­hın ən çox xoşuna gələn namaz Davudun qıldığı namaz, ən çox xoşuna gə­lən oruc isə Davu­dun tutduğu orucdur.

Səhvən sübh azanından sonra gün çıxana qədər yeyənin orucu səhihdirmi?

    03.01.2023
Sual: 
Salam aleykum.Mən Ramazan ayı girəndən bu günə qədər sübh namazı daxil olanda namazı qılırdım sonra yemək yeyirdim. Əslində əvvəlki illərdə sübhə qədər yeyib bitirirdim amma bu il dərslərin çoxluğundan bütün fikirlərim qarışmışdı xatırlaya bilmədim dəqiq necə olmalıdır.Sizin yazdığınız məqalələri oxuyurdum deyilirdi "dan yeri sökülənə qədər" yemək olar.Məndə düşünürdüm "sübh azanından bir qədər sonra dan yeri sökülür demək düz vaxtda icra edirəm". Bu o deməkdir ki, mənim və mənimlə yanaşı valideynimin orucları qəbul olunmayacaq? Tezliklə cavablandırsanız məmnun olaram.
Cavab: 

Va aleykum Salam. Oruc tutan insan Sübh namazının azanına qədər yeyib-içə bilər. Sübh namazının azanı dan yeri söküləndə daxil olur. Dan yeri söküləndən sonra yeyib-içmək qadağandır. Lakin əgər qeyd etdiyiniz hal səhvən və unutqanlıqdan baş vermişsə, bu halda oruc səhihdir.

Qədr gecəsi qılınan namazı tək-tək qılmaq olarmı?

    10.11.2022
Sual: 
Salam qedr namazini tek-tek qilmaq olar? Her defe desdemaz almaq lazmdir?
Cavab: 

Va aleykum Salam. Qədr gecəsi ehtimal olunan gecələrdə qılınan namaz "Qiyamul-Leyl" (Gecə namazı) adlanır. Bu namazı həm tək halda, həm də camaat şəklində qılmaq olar. Hər namaz üçün ayrıca dəstəmaz almağa ehtiyac yoxdur. Gecə namazı barədə ətraflı oxuyun:

Pages