oruc

Oruclu ikən qulağa və ya ağıza tük düşməsi orucu pozurmu?

    25.07.2023
Sual: 
Salam,saç kəsilən zaman qulağa ya da ağıza saç düşməsi orucu pozurmu?
Cavab: 

Va aleykum Salam. Oruclu insanın qulağına saç düşməsi orucu pozmur. Həmçinin ağıza düşən tük boğaza getməzsə orucu pozmur. Əgər qeyri-ixtiyari gedərsə, yenə də orucu pozmur. Yalnız bilərəkdən boğaza gedən tük orucu pozmuş sayılır. Ətraflı oxuyun:

Təyəmmüm edib orucu tutmaq olarmı?

    24.07.2023
Sual: 
Salam cox xahis edirem mene bir cavab yazardiz bu ayda cox vacibdi,men oruc tutub namaz qiliram,uzr isteyirem bu ayda yoldasimdan 10-15 gun yaxinliq istmirem cunki subh azanina qeder men qusul ala bilmirem isti su gelmir gerek suyu qizdiram biraz eziyyet teleb edir yoldasimda menden narazidi 1-ci sualim budur menim orucum batilmi olur ?men onu razi sala bilmirem.2-ci sualimda budurki bu veziyyetde men teyemmum ede bilerem?yeni su soyuqdu deye qusul ala bilmirem .
Cavab: 

Va aleykum Salam.

1) Şəriətlə icazə verilən hallar istisna olmaqla, qadın ərinin cinsi istəyinə etiraz edə bilməz. Bu barədə ətraflı oxuyun:

Heyzdən təmizləndikdən sonra gələn ağ axıntı orucu pozurmu?

    23.07.2023
Sual: 
Əssələmu Aleykum Allah haqdir haqqi demekden utanmaz heyz halinnan 6 gun kecib ne qirmizi ne karicnivi bir sey yoxdur ozumde bir cuzi bir seylee his eledim ag reng orucuma devam ede bileremmi?
Cavab: 

Va aleykum Salam. Əgər qan təmamilə dayanmışsa, qadın heyzdən təmizlənmiş sayılır. Bu zaman qüsl alıb namazını qılmalı, orucunu tutmalıdır. Təmizləndikdən və qüsl aldıqdan sonra gələn ağ-sarı və ya qəhvəyi bulantı heyz sayılmır. Ətraflı oxuyun:

Yarıyuxulu vəziyyətdə məni ifraz olunubsa oruc pozulurmu?

    22.07.2023
Sual: 
Salam aleykum Yuxudan yari ayiq veziyyetde amma shehvetli veziyetde beynini idare ede bilmeden meni ifraz olursa onda oruc pozulurmu? Yani orucu derk edemmirsen sanki o vaxti
Cavab: 

Va aleykum Salam. Əgər məninin şəhvətlə ifraz olunması insanın öz iradəsi ilə olubsa, oruc pozulur. Əgər qeyri-ixtiyari, yəni yuxuda olubsa, bu halda oruc səhihdir. Ətraflı oxuyun:

Ramazanda bir gün qəza edən insan əvəzinə 60 gün oruc tutmalıdır?

    19.07.2023
Sual: 
Salam Aleykume gecez xeyir bu vaxti narahatciliga gore uzur isteyirem. Sualim beledr 1insan ilk gunden orucu tutub İIK oruclux gunden Ve 1 gunu tutmayibsa 60gun cezasi varmi? ZEHMET DEİLSE SUALİMİ CAVABLANDİRASİZ ONCEDEN TESEKKURLER !
Cavab: 

Va aleykum Salam. Ramazan orucundan bir gün tutmayan kəs sadəcə həmin günü qəza etməlidir. Əgər orucu üzrlü səbəbdən (xəstəlik və ya səfər) tutmayıbsa, buna görə ona günah yazılmır. Əgər heç bir üzrlü səbəb olmadan tutmayıbsa, buna görə tövbə etməlidir. Ətraflı oxuyun:

Qəza orucu tutmaq üçün qüsl etmək lazımdırmı?

    18.07.2023
Sual: 
Salam men bir nece gun oruc tuta bilmedim inden sonra tutmaq olar? Ve tutmaq olarsa qusl tokmeliyem? Bes nece tokmeliyem? Bide niyyet etdiyin qeder oruc tutmaliyam? İndiden cox sag olun
Cavab: 

Va aleykum Salam. Ramazan ayında üzrlü səbəbdən oruc tuta bilməyən insan başqa günlərdə növbəti Ramazan ayına qədər buraxdığı orucları qəza etməlidir. Qəza oruclarını tutarkən xüsusi olaraq qüsl almaq lazım deyil. Qüsl yalnız müəyyən hallarda vacib olur. Bu barədə ətraflı oxuyun:

13 yaşı tamam olmamış oğlan uşağı tutduğu orucu aça bilərmi?

    16.07.2023
Sual: 
13 yaşı tamam olmamış oğlan uşağı tutduğu orucu aça bilərmi?
Cavab: 

Əssələmu aleykum. Oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana vacibdir və yalnız üzrlü səbəbdən orucu açmaq icazəlidir. Üzrlü səbəb olmadan açdığı oruca görə günah qazanır. Həddi-büluğ yaşı barədə ətraflı oxuyun:

Kəffarə orucu nə zaman tutulur?

    16.07.2023
Sual: 
Salam. Kəffarə orucu nədir? Və nə zaman tutulması vacibdir? Ramazan ayının vacib oruclarını tutmadıqda sonralar tutmadığımız həmin vacib orucların kəffarə orucu tutulmalıdır yoxsa təkcə qəza orucu? Zəhmət olmasa cavablandırardınız
Cavab: 

Va aleykum Salam. Kəffarə - dinin qadağalarını pozan şəxsin bağışlanmağı üçün etməli olduğu əməllərdir. Kəffarə orucu and içib onu yerinə yetirə bilməyən insana aiddir. Bu barədə ətraflı oxuyun:

Pages