oruc

Fitrə zəkatını bayram günündən bir və ya iki gün əvvəl çıxartmaq olarmı?

    11.10.2020
Sual: 
Salam. Ramazan bayramınız mübarək. Allah orucunuzu qəbul eləsin. Bir sualım var. Xahiş edirəm cavablandırasınız. Mənim Rusiyada qardaşlarım yaşayır. Yaşadıqları şəhərdə fitre veriləcək adam yoxdur. (və ya belə adamı tapa bilmirlər) Biz bilirik ki, fitrəni bayram günü tezdən vermək lazımdır. Sualım belədir: Fitrəni onlar 1 ya 2 gün öncə bank ilə mənə, yəni Azərbaycana göndərsə və mən bayram günü tezdən ehtiyacı olana versəm doğru olarmı? Çünki Azərbaycanda bayram günü iş olmur.
Cavab: 
Və aleykum Salam. Fitrəni çıxartmağın ən fəzilətli vaxtı bayram günü bayram namazına qədər olsa da, bayram günündən bir və ya iki gün əvvəl çıxartmaq da icazəlidir. Həmçinin oxuyun:

Oruclu ikən diş çıxartdırmaq və ya müalicə etmək olarmı?

    11.10.2020
Sual: 
salam mənim 2 dişim ağrıyır. 1-ci diş blom qoyulmalı 2-ci diş nervi çıxmalı və blom qoyulmalıdır . doktor saat 5-də gəl dedi sual odu ki orucluqda diş düzəltmək olar?yoxsa azandan sonraya saxlanmalıdır və yaxud gunorta nervi çıxsa axşam blom qoyulsa necə
Cavab: 
Və aleykum Salam. Xeyir, diş çəkdirmək və diş düzəltdirmək orucu pozmur. Sadəcə çalışın boğazınıza heç nə getməsin. Dişləri müalicə edərkən damağa vurulan keyidici iynələr də orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər

Qədr gecəsi qüsl almasaq günah qazanırıqmı?

    11.10.2020
Sual: 
Salam.Qedr gecesinde qüsl almasaq günaha batmış sayılırıq?
Cavab: 
Aleykum salam. Qədr gecəsi üçün xüsusi olaraq qüsl almaq lazım deyil. Lakin, Qədr gecələrini ibadətlə, Allahı zikr etməklə və namaz qılıb dua etməklə keçirmək bəyənilən olduğu üçün boynunda cənabət qüslü olanın, qüsl alması daha yaxşıdır. Ancaq, qüsl almasa buna görə ona günah yazılmır.

Heyzli qadın Qədr gecəsini ibadətlə keçirə bilərmi?

    06.10.2020
Sual: 
Ay başı olanda qədir gecəsinə qalmaq olar?? Günah deyil ki yəni?
Cavab: 
Salam aleykum. Heyz olan qadına namaz qılmaq qadağandır. Namazdan başqa - ərəbcə Qurana toxunmadan oxumaq, dua etmək, zikr etmək, Quran tərcüməsini oxumaq, hədislər oxumaq kimi ibadətləri etməklə Qədr gecəsini oyaq qala bilər. Həmçinin oxuyun:

Sevmədiyin insan məclisə dəvət edirsə, getmək vacibdirmi?

    20.09.2020
Sual: 
As salamu aleykum ve rehmetulillahi ve bereketuhu meni Heyetinden qoylayib ve şer atan kes meni indi iftara çağırır men ise getmirem günah sayılırmı? 2-ci sualım bu sualların cavablarını hansı elm telebesi cavablandırır? Allah azze ve celle Sizden razı olsun ƏMİN....
Cavab: 
Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu.

Oruclu ikən fikrindən cima etmək keçənin orucu pozulurmu?

    20.09.2020
Sual: 
Salam Aleykum Haci uzr isyirem sualma göre men Ramazan ayinin orucunu tutdum ve orucu pozmaq kimi niyyetim yox idi amma cima meseli ile orucumu pozdugu fikirlesib orucumu pozdum buna göree mene keffare düşürmü
Cavab: 
Və aleykum Salam. İnsanın ağlına gələn fikirlər orucu pozmur. İnsan fikrindən keçirdiklərini həyata keçirmədikcə orucu pozulmuş sayılmır.

Heyz qüslü aldıqdan sonra gələn qan orucu pozurmu?

    11.09.2020
Sual: 
Salam uzr isdiyirem suala. Gore. Men aybawi olub qurtarmiwam. Qusl alib oruc tutmuwam namaz qilmiwam seher oruca duranda hecne yox idi ama gunuz durduqdan sora gordum ki qan olub menim orucum pozulurmu namazim pozulurmu
Cavab: 
Aleykum salam. Əgər heyz qüslundan sonra gələn axıntı qan deyil, qəhvəyi və ya sarımtıl axıntı olarsa, bu halda bu axıntıya fikir verməyin. Bu halda orucunuz və namazlarınız səhihdir. Yox əgər qüsl etdikdən sonra gələn qan heyz qanına bənzəyirsə, bu halda orucunuzu və namazları saxlamalısınız.

Orucu açmaq üçün məsciddə azan səsini eşitmək vacibdirmi?

    11.09.2020
Sual: 
Salam , biz şie uşaqlarıynan oturub iftar vaxtını gözləyib hemişe azan oxunanda orucumuzu açırdıq . İş ele getirdiki biz azan sesi eşitmedik, yaxud azan oxunmadı. Yeqinki artıq 10 deqiqe vaxt keçdiki men ve başqası orucu açdıq şie uşaqlar durdular ki yox azan oxunmalı. Ne qeder dedimki gün batdısa oruc açılmalıdı . Dediler yox. Uzun mesele 25 deqiqe keçdikden sonra,orucu açdılar. Mescid azanı gözlemeye ne ehtiyac var?
Cavab: 
Aleykum salam. Məğrib namazının vaxtı girdikdən sonra orucu açmaq lazımdır. Məğrib namazının vaxtı isə günəşin qövsü üfüqdə itdikdən sonra girir. Bunun üçün hansısa məscidin azan səsini gözləməyə ehtiyac yoxdur.

Ramazanda oruc tutmadığımız günlər oruclu günlərin savabını aparırmı?

    10.09.2020
Sual: 
Salam men oruc idim 1 gun qeza edim sabahi yeniden davam edirem bu menim 11 gunluk orucumu pozrmu qezasini insallah bayramnan sonra tutacam zehmet olmasa cavab
Cavab: 
Aleykum salam. Heç bir üzrlü səbəb olmadan Ramazan ayında orucu qəza etmək böyük günahdır. Buna görə Allaha tövbə edin və qəza etdiyiniz orucları tutun. Lakin bu, sizin tutduğunuz oruclara xələl gətirmir. Həmçinin oxuyun:

Pages