ailə

Əqiq qurbanını yaşadığın yerdən fərqli bir yerdə başqasına kəsdirmək olarmı?

    08.07.2022
Sual: 
Salam Aleykum. InshaAllah oglan usagim dunyaya gelmelidir. Sualim eqiq ile baglidir. Imkani olanlar uchun, oglan ushagina iki qoyun qurban kesilmeli oldugunu bilirem. Elhemdulillah, menim bunu kesmeye imkanim catir amma oldugum yerde bunu etmek mumkunsuzdur. Sualim budur ki, pul olaraq gondersem ve basqa yerde menim uchun iki eded qoyun kesib, imkansizlara paylasalar olarmi? Amma men ve menim ailem bu qurbandan yeye bilmeyecek. Ve yaxud 1-2 ile sonraya saxlayib, bu eqiqi tam qaydasinda kese bilerem. Birinci ya ikincinimi edim? Tesekkur edirem.
Cavab: 

Va aleykum Salam. Əqiq qurbanını uşaq dünyaya gəlməsinin yeddinci günü kəsmək müstəhəbdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Doğulmuş hər bir uşaq öz "əqiqinin" girovudur.

İki zövcəsi olan kişi zövcələrindən birinə maddi kömək etmirsə günah qazanırmı?

    08.07.2022
Sual: 
Salam. Mən yoldaşımım ikinci zövcəsiydim. Anası dünyasını dəyişəndən sonra o binici ailesinə görə məndən uzaqlaşdı. Yaxınları bilirdi və razıydılar münasibətimizə.Ayrılmamışıq amma mənə maddi heç bir dəstək olmur ümumen menle maraqlanmır demek olarki nədə boşamır. Qazancıda çox yaxsıdı amma 1 çörək belə yardım etmir.2 aydı mənim evimə ət ala bilmirəm olmasın şükür acından ölmürəm. Sadəcə bilmək istədiyim onun bu əməli günah sayılırmı?
Cavab: 

Va aleykum Salam. Ərinizin sizə belə münasibət göstərməsi günahdır. Uca Allah iki və daha artıq zövcəsi olan kişilərə qadınları arasında ədalətli davranmağı əmr edərək buyurur: "Birinə ta­ma­­mi­lə meyl edib, digərini ası­lı vəziy­yət­də qalmış kimi burax­mayın.

Ərindən altı ay ayrı qalan qadın boşanmış sayılırmı?

    07.07.2022
Sual: 
Salam Yoldashimla boshanma erefedindeydik.6 ay qayri qaldim.Biriylr tanish oldum evlenirdik.Ama sonra qizima gore istemedim.Ama aramizda kebin oldu.Elaqemiz oldu.Ama indi ydashimla barishmisham.Ona qarshi gunahkar hiss edirem ozumu.Ne etmeliyem?
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, ərinizdən boşanmamış başqa bir kişi ilə kəbin kəsdirməyiniz doğru deyil və bu evlilik düzgün sayılmır. Çünki evli qadın başqa bir kişi ilə kəbin kəsdirməsi üçün ərindən tam boşanmalı, sonra isə üç heyz müddəti gözləməlidir.

Evdə şam ağacının bəzədilməsi mənim inancıma və namazıma təsir edirmi?

    07.07.2022
Sual: 
Əs-Səlamu əleykum. Sualım beledi evde şam ağacı bezeyenlere göre menim namazlarım inancım zedelenebiler mi? men bezemirem amma bezenmiş halda qalır da yaşadığım yerde. Nece edim? Onu da deyim ki bezeyen insanın dinle elaqesi yoxdu ve çox meneviyyatsız biridi.
Cavab: 

Va aleykum Salam. Sizin üzərinizə düşən yalnız onlara gözəl şəkildə bu əməlin günah olduğunu bildirməkdir. Bunu etməklə siz artıq üzərinizə düşəni etmiş olursunuz.

Kişi zövcələrini eyni dərəcədə sevə bilərmi?

    07.07.2022
Sual: 
Salam. Xais eleyirem cavablandirasiz. 1.1 kişinin 2 heyat yoldaşi varsa onun ikisini de seve biler?dogurçu sevgi olacaq her ikisine? Kişi eyni derecede seve bilir??ya sadece birine hormet edir yaxsi davranir,o birine ise esl sevgi mehebbet besleyir? 2.Heyat yoldaşini Allaha xatir sevmek ne demekdi? Mecburi sevgi demekdi? Allaha xatir mecbursan yoldaşini sevmeye? 3.qadin kişini qisqanirsa, kufr etmiş olur? 4.ailede kim kimi qisqanmalidi? Kişi ya qadin? 5. Kişi xanimini daha çox sevmelidi yoxsa xanim oz yoldaşini? Kim daha cox sevmelidi? Xais eleyirem cavablandirasiz Allah razi olsun
Cavab: 

Aleykum salam. 

Həyat yoldaşımla aramızda olan soyuq münasibəti necə düzəldə bilərəm?

    03.05.2022
Sual: 
Salam. Yoldaşımla aram necə aydiki yaxşı deyil.heyatinda biri var idi öyrənəndən sonra valideyinləri üstünə geddi. Danladilar onu and aman etdiki birdə olmayacaq. Amma mənlə helede soyuqdu. Heç mən danisdirmasam evde olduğumu hiss etməz. Yatağa girerken bele soyuq rəftar edir. Heç yaxınlıq belə etmir verdiyim suallara qısa cavab verir. Onun mənlə isdi rəftar etməyi üçün nə edə bilərəm. Onu necə ailəsinə bağlı edə bilərəm
Cavab: 

Ağız yolu ilə əlaqə zamanı qadın qüsl almalıdırmı?

    02.05.2022
Sual: 
Salam aleykum Qardaş bir biliriy ki qadınla arxadan yaxınlıq etmey olma eyer qadin heyizli olarsa kişi öz xanimi ole agiz yolu ile elaqeye girerse ve bu halda meni ifraz olarsa agiz yoluna qusl almalidor qadin
Cavab: 

Va aleykum Salam. Cinsi əlaqə olmayıbsa, qadına qüsl etmək vacib olmur. Ağız yolu ilə əlaqənin hökmü barədə ətraflı bu cavabı oxuyun: Ağız yolu ilə cinsi əlaqə icazəlidirmi?

Sərxoş kişinin arvadını boşaması sayılırmı?

    01.05.2022
Sual: 
Salam kişi içkili olub qadına bir neçədəfə çıx get deyib,ayıq olduqda isə heçnə olmamış kimi rəftar etsə boşanmış olurmu
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, boşanma kişinin qadına ayıq başla boşamaq niyyəti ilə "səni boşadım" və ya "talaq verdim" kimi açıq-aydın boşanmaya dəlalət edən sözlər deməsi ilə baş verir. Əgər ağlı başında olmayacaq dərəcədə içkili olmuşsa bu halda dediyi sözlər boşanma sayılmır.

Pages