ailə

Övladımın dünyaya gələcəyi xəbərinə sevinməyən qaynana və qaynata ilə necə davranım?

    03.11.2022
Sual: 
Salam cavablasaz sevinerem.11ilin evlisiyik yoldaşımla uşaq sahibi olmaq üçün çox hekim gezdik sonunda Allah bize rehm etdi. Hamileyem amma bu gözel xeberi yoldaşımın ailesi ile bölüşende heç gözlemediyimiz reaksiya ile qarşılaşdıq baldızlarım, qaynanam sevinmediler.bu yetmezmiş kimi qelbizi qırıb dil yarası vururlar, buna çox darıxır ve fikir edirem nece davranım elaqemi bir defelik kesimmi yoxsa sebr edim ?bilmirem sizden mene yardımcı olmağınızı rica edirem.mene bir meslehet verin.teşekkür edirem
Cavab: 

Va aleykum Salam. Uca Allah övladınızın sağ-salamat dünyaya gəlməsini nəsib etsin və onu əməlisaleh qullarından etsin! Çalışın onların əziyyətlərinə səbirlə və yaxşılıqla qarşılıq verin. Ətraflı oxuyun:

Ailə quracağım qadınla tanışlıq zamanı onun yanında qadın qohumu gələ bilərmi?

    03.11.2022
Sual: 
Əssələmu aleykum.Xaiş edirem bu sualın cavabını tez bir vaxtda deyərdiz vacibdi . Ailə quracağım qadını tanımaq üçün onunla şəriətə uyğun şəkildə görüşmək istəyirəm bu vəziyyətdə qadının yanında məhrəm kimi onun bacısı və ya dayısının zövcəsi gələ bilər ?
Cavab: 

Va aleykum Salam.  Əsas odur ki, tanış olmaq istədiyiniz qadınla təklikdə olmayasınız. Qadının istənilən qadın və ya kişi qohumu gələ bilər və onların sizi görəcəyi təqdirdə kənara çəkilərək söhbət edə bilərsiniz. Həmçinin oxuyun:

Günahkar insanın ailəsinə edilən bəddua həyata keçə bilərmi?

    02.11.2022
Sual: 
Salam. Menim bir sualım var onu yazacam icazenizle. Birine na layiq bir sözüna göra bed dua ediblerse ailen bele olsun hele olsun deye. Bu adamın günahına göre ailesini bu bed dua tutarmı? Çünki bele bir hall qardaşımın başına gelib özü çox sehv düşünceli inamsız biridir. O bizim aileni neca deyarlar temsil etmir kime oxşayıb onuda bilmirem. Buna göre evde dava da düşüb lakın tutduğunu buraxmır.
Cavab: 

Va aleykum Salam. Uca Allahın ədalətindəndir ki, O, bir insanın etdiyi səhv əmələ görə, onun ailəsi olsa belə, digər günahsız insanları cəzalandırmır. Uca Allah buyurur: "Hər kəsin qazandığı gü­­nah yalnız öz əley­hinədir.

Evli qadın sevdiyi naməhrəm kişi barədə xəyallar qurması günahdırmı?

    02.11.2022
Sual: 
Salam evliyem namaz qiliram ama hicabliyam ama ureyimle bacara bimirem bir evli namaz qilan insanla bir birimizi sevirik ama sadece yazisma ile hisler yasamisiq ve bir tek de elimi tutub severek caresizlikden bele hisler yasayiriq uzaqdan ama esla aramizda daha yaxinliq olmayib yaxinliqimiz sadece xeyalda his etmisik ve birce defe de elimi tutub men de istemisem tutmaqi bu zinami sayilir ailemizden ayrilmaq fikirimiz yoxdu zerer vermirik ailemize sadece cox baqlandiqimiz ucun bele yollarla ureyimizi sakitlesdiririk bu zinasayilirmi yani virtual olaraq yasamaq bir birimizle sadece xeyallarla ra
Cavab: 

Va aleykum Salam. Ailəli qadının naməhrəm bir kişinin əlindən tutması, onu xəyal etməsi haramdır və bunlar zinaya aparan əməllərdir. Həmçinin kişinin də naməhrəm evli qadınla eşq yaşaması və ona toxunması haramdır. Buna görə həm qadın, həm də kişi tövbə etməli və dərhal əlaqələri kəsməlidirlər.

Əri tərəfindən uzun müddət tərk edilən qadın boşana bilərmi?

    02.11.2022
Sual: 
Essalamun aleykum. Bir sualim var, evvelceden uzur isteyirem bele sual ucun. Demeli, kişi basqa olkeye gedib artiq iki ilden coxdu, onun yoldasi da burda qalib. Qadinin tebii ehtiyaci olan şehvet hissi onu cox narahat edir, yani ehtiyacini odeye bilmir deye cox aqressiv ve esebi olur. Yoldasina bu haqda deyib defelerle ki qayit gel, mene cetindi bele, gunaha girmekden ehtiyat edirem. Cox deyib,amma yoldasi ciddiye almir. Bu halda qadin bosana bilermi? Nefsine zulum etmek ne derecede duzgundur? Qeyd edim ki, kisi pul qazanmaq ucun gedib. Amma veziyyetleri lap da acinacaqli deyil.
Cavab: 

Va aleykum Salam. Bu cavabları oxuyun:

Valideynim məni istəmirsə, nə edə bilərəm?

    26.10.2022
Sual: 
Salam . Menim anam meni istemir, övladlari gözü göresi gelmir ancaq istəyir ki uzaq duraq illərdən üzümüzü görmese axtarmaz.boşanmişam 1 uşaqla yoldaşım narkaman idi dpyürdü, şikəst qoydu her yerimi vurub.ana olan kes deyir get ölün gəlsin, amma yanima gelme. Çox pis rəftar edir deyir özünü öldür, yaşama. Neçəsinə nə deyiller. Deyir neynirdim sizi dogub sizi öldererdim kaş. Bacim da rehmete gedib, bezib əsəbləri pozub intihar edib indi de mene deyir. Bilmirəm ne edim Allah mene sebir versin deyirəm. Sebr elədiyim qeder heç xoşbəxt deyilem
Cavab: 
Va aleykum Salam. Sözsüz ki, ananızın sizinlə belə rəftar etməsi düzgün deyil.

Əri zina etdiyinə görə qadın ondan ayrıla bilərmi?

    24.10.2022
Sual: 
Salam men defelerle yoldasimin xeyanetine ugradim.2 defe bagisladim ve dedimki bele bir sey birde yasansa men bosanacam senden.3cu defe yene xeyanet eledi.bu defe 1iyle yox 1necesiyle beraber.son 6-7ayda eve gece 2-3 arasi gelirdi.uzunu hec 1 gun erzinde yarim saat gormurdum.ne usaqlariyla ne menimle vaxt kecirmirdi.istirahet gunlerinde bele evde olmurdu.meni saymirdi.bunlara doze bildiyim qeder dozdum ama sebrim catmadi o evden cixib anamgile geldim.bosanmaq fikrindeyem ama onun qohumlari deyirki sen o evden cixdigin gunden beri melekler sene lenet oxuyur.bilmek isteyirdim dinde bele birsey v
Cavab: 

Va aleykum Salam. Ərinizin sizə xəyanət etməsi ondan ayrılmağınıza əsas verir. Mələklərin lənət etməsi isə evini səbəbsiz yerə tərk edən qadına aiddir. Həmçinin bu cavabları oxuyun:

Ayrı-ayrı ölkələrdə yaşayan qız və oğlan necə kəbin kəsdirə bilərlər?

    24.10.2022
Sual: 
Salam Aleykum. Bağışlıyın narahat ediremse. Oğlan türkiyede qızımız bakıda yaşıyır. 2 ay sonra toyları olacaq. Ama gelmeden dini nigah olmasını isteyiriy. Qızımızın kimsesi yoxdu. Birdefe evli olub ayrılıb. İkinci ailesi olacaq. Oğlanla kebie gire bilmesi üçün şertler nedir? Yeni oğlan uzağdayken nikah mümkündürmü? Mümkündürse ne etmek lazımdır?
Cavab: 

Va aleykum Salam. Nikahın düzgün sayılması üçün əsas şərtlər qızın vəlisinin (ata, qardaş, əmi, ata tərəfdən baba və s.) izni və işi kişi şahidin kəbində iştirakıdır. Qızın vəlisinin izni varsa kəbini oğlan yaşadığı ölkədə də kəsdirlə bilər.

Qızın vəlisinin razılığı olduğu halda özü iştirak etmədən kəsilən kəbin doğru sayılırmı?

    03.08.2022
Sual: 
Salam, bezi insanlar var ki qız ve oğlanın iştirakı olmadan başqası onların adına kebin keçirib kebin kağızını getirir sadece bu cür kebin doğrudur mu?Ve qız oğlan iki şahid iştirak etse qızının atasının xeberi razılığı olsa lakin iştirak etmese bu kebin qızın atası kebinde iştirak etmediyi üçün sehv sayılır ? Önceden teşekkür edirem Allah sizden razı olsun İnşaAllah
Cavab: 

Va aleykum Salam. Kəbin kəsilərkən qızın vəlisinin (atası, qardaşı və s.), oğlanın və iki (kişi) şahidin iştirak etməsi şərtdir. Qızın vəlisi və oğlan özləri iştirak etmədən öz yerlərinə başqalarını vəkil qismində təyin edə bilərlər.

Pages