ailə

Qadın valideynlərindən xəbərsiz ailə qurmaq istədiyi oğlanla görüşə gedə bilərmi?

    18.07.2022
Sual: 
Əssələmu aleykum . Qadın ailə qurmaq istədiyi oğlanı görmək üçün Valideynlərindən xəbərsiz oğlanla görüşə bilərmi yanlarında məhrəm olan 3 cü şəxs olmaq şərti ilə?
Cavab: 

Va aleykum Salam. Üçüncü şəxsin iştirakı ilə olsa belə, yaxşı olar ki, qadın ailəsinin izni olmadan ailə qurmaq istədiyi oğlanla görüşə getməsin. Ətraflı oxuyun: 

Kəbin kəsdirmək üçün hara müraciət etmək lazımdır?

    18.07.2022
Sual: 
Salamu aleykum Zehmet olmasa deyerdiz 2022ilin oruclug ayi ne zaman girir ?allahin izni ile. Birde kebin kesdrmek ucun harani meslehet gorersiz
Cavab: 

Va aleykum Salam.

1) Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən 2022 ci ildə Ramazan ayı aprel ayının 2-nə təsadüf edir. 

2) Kəbin kəsdirmək üçün məscidlərdən birinə yaxınlaşa bilərsiniz. Kəbin barədə ətraflı oxuyun:

Xəstə uşağa baxdığım üçün hamiləliyə son qoymaq olarmı?

    11.07.2022
Sual: 
Salam menim 6 yaşında oğlum var yataq xesdesidi bir qızım da var ama normaldı indide hamileyem 1 aylıq ve xesde oğlumla hamileliyimi çıx ağır kecirirem onu qaldırıb yuyub edende ağrılarım olur komeyimde yoxdur usaqin xesde olmaqima gorede menim hamileliyim riskli qurupa aiddi mən usaqi saldirsam günah olar çox xaiş edirem cavab verəsiniz çox qorxuram
Cavab: 

Va aleykum Salam. Şəriətimizə görə yalnız qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, bu halda abort etməyə icazə verilir. Digər bütün hallarda dölün neçə aylığından asılı olmayaraq abort etmək günahdır.

Ərim uşaq dünyaya gətirməyimi istəmir, buna görə günah qazanırmı?

    11.07.2022
Sual: 
Salam menim 1 övladım var 2ci defe aile qurmuşam yoldaşımında 2 övladı var ancaq qaynanam uşağımız olmağına icaze vermir yoldaşımda onun sözü ile qoymur uşağ olsun ancaq men çox isteyirem ki 1 övladımız olsun bu günah sayılırmı??
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, övlad istəmək həm kişi, həm də qadının haqqıdır və yalnız hər ikisinin razılığı olduğu halda belə bir qərar vermək olar.

Nikah bağlanarkən qızın vəlisinin "verdim", oğlanın isə "qəbul etdim" deməsi vacibdirmi?

    11.07.2022
Sual: 
Salam. Men bilmek isteyirem ki nikahda velinin "verdim", evlenen adamin "qebul etdim" demesi nikahin sertidir? Yeni nikahda mehr teyin olunub sertler aciqlanib tekce bu iqrar olunmayibsa nikah batil olar?
Cavab: 

Va aleykum Salam. Nikah bağlanarkən qızın vəlisinin, evlənən oğlanın və iki şahidin məclisdə iştirak etməsi vəlinin və evlənən oğlanın razılığına dəlalət edir. Doğru olan rəyə görə, vəlinin "verdim", evlənən oğlanın isə "qəbul etdim" deməsi şərt deyil.

Xəstəlik səbəbindən hamiləliyə son qoymaq günahdırmı?

    11.07.2022
Sual: 
Salam eleykum men hamileliye basliyanda hedsiz pis panik atak yasadim ozumu idare ede bilmirdim hekime getdim oda bele halda sene heç bir mülice ede bilmik dedi ve bu panik atak halsizliq yuxusuzluq istahsizlıq meni temiz gucden saldi ve men usagin travma almasindan ve öz saglamliğimdan hedsiz qorxduğum ücün hamileliyime 3 ayliğinda mecburen son verdim ve indi niye eledim deye cox pesmançiliq çekirem sehetimde yene pisdi sizce menim gunahimin bagişlanmasi üçün ne etmeliyem evvelceden cox sag olun mene bir yol gosterin
Cavab: 

Va aleykum Salam. Uca Allahdan sizə şəfa diləyirik! Uca Allah itirdiyinizi daha xeyirlisi ilə əvəz etsin! Panik atak, yəni panika halına düşmək şeytanın vəsvəsələrinin səbəbidir. Bu psixiki xəstəliyə yalnız Uca Allaha sığınmaq və çoxlu zikr etməklə qalıb gəlmək mümkündür.

Əmizdirmənin sayı dəqiq bilinmirsə bu əmizdirmə süd qohumluğu yaradırmı?

    08.07.2022
Sual: 
Salam aleykum. Məni əmizdirən özgə qadının mənə neçə dəfə süd verməsi yadında deyilsə, o süd anası və onun qızı süd bacısı sayılırmı?
Cavab: 

Va aleykum Salam. Bir qadının uşağa süd anası sayılması üçün onu beş dəfə doyana qədər əmizdirməlidir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bir iki dəfə süd vermək və ya süd sormaq haram etmir".

Pages