ailə

Namaz əsnasında uşaq ağlayarsa namazdan çıxmaq olarmı?

    01.05.2022
Sual: 
Salam Aleykum 5ile yaxindiki lazim olan butun suallarima cvbi burdan tapiram.Allah razi qalsin sizden.Menim ovladim 4 ayliqdi ana sudu ile qidalandigina gore mene ehtiyaci olur.Eger men Namaz qilarken agliyarsa men ne edim.Yaxud diger Namaz bactina kimi sakitlewmezse neyniyim.Tez cvblandirsNiz sevinerem Namazima qaldigim yerden davam elemek ucun cvbiniz onemlidi.Salam Aleykum
Cavab: 

Va aleykum Salam. Dinimiz hər bir vəziyyətdə ibadətləri yerinə yetirmək üçün rüxsətlər qoymuşdur. Çalışın uşaq yuxuda olduqda namazları qılasınız. Həmçinin namazları çox uzatmaya bilərsiniz.

Qüsl almadan uşağa süd vermək olarmı?

    29.04.2022
Sual: 
Salam menim 2 aylıq körpem var ve 2 aydır yoldaşımla elaqede ola bilmirik körpəm geceleri yatmır qüsulda almaq heç cüre mümkün deyil ailede çoxuq qüzullu qalmaq günahdır? ve qüsullu iken uşağa süd vermek olar?
Cavab: 
Va aleykum Salam. Qüsl almadan uşaq əmizdirməyi qadağan edən hökm yoxdur. Dinimiz qüsl almaq mümkün olmadığı təqdirdə təyəmmüm etməyi buyurmuşdur.

Qadın ərindən ona dini öyrətməsini tələb etməyə haqqı varmı?

    29.04.2022
Sual: 
Salam aleykum. Qadının ərindən dini öyrətməsini tələb etməsinə haqqı varmı?
Cavab: 

Va aleykum Salam. Hər bir kişiyə vacibdir ki, himayəsində olan insanları Cəhənnəm əzabından qorusun. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Özü­nüzü və ailə­nizi yanacağı in­san­lar və daş­lar olan od­dan qoru­yun!" (ət-Təhrim, 6).

Allaha şərik qoşan valideyn üçün Allaha dua etmək olarmı?

    29.04.2022
Sual: 
Salam aleykum. Dini elmi olmadığına görə Allaha şərik qoşan valideyn üçün Allaha dua etmək olarmı?
Cavab: 

Va aleykum Salam. Valideynlər Allaha şərik qoşmuş olsalar belə onların haqları övladların üzərindən düşmür. Övlad valideynini bu əməldən çəkindirməli və onları tövhidə (Allahı ibadətdə təkləşdirməyə) dəvət etməlidir, Allaha dua edib onları doğru yola yönəltməsini diləməlidir.

Atamın xoşlamadığı kasıb qohuma yardım edə bilərəmmi?

    29.04.2022
Sual: 
Salam aleykum. Atamın xoşlamadığı kasıb qohumuma yardım edəndə atam mənimlə mübahisə edirsə, o kasıb qohuma yardımı davam edə bilərəmmi?
Cavab: 
Va aleykum Salam. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Miskinə sədəqə verməyin bir sədəqə savabı vardır. Qohuma sədəqə verməyin isə iki savabı vardır; sədəqə savabı və qohumluq əlaqələ­rini möhkəmlətmək savabı".

Valideynlər səhv etdikdə bunu onlara bildirmək olarmı?

    29.04.2022
Sual: 
Salam aleykum. Atam və ya anam səhv hərəkət edəndə mən onun səhvini ona deyə bilərəm?
Cavab: 

Va aleykum Salam. Əvvəla bilmək lazımdır ki, səhvsiz insan yoxdur. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: "Hər bir Adəm övladı xəta (günah, səhv) edəndir. Onların ən xeyirliləri isə tövbə edənləridir".

Pages