oruc

Oruclu ikən bilməyərək nəsə yemək və ya içmək orucu pozurmu?

    29.03.2014
Sual: 
Salam aleykum. Oruclu iken bilmeyerekden agiza nese qoymaq orucu batil edirmi?
Cavab: 

Və aleykum Salam. Oruclu ikən bilmədən nəsə yemək və ya içmək orucu batil etmir. Belə ki, hədislərdən birində Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) belə rəvayət olunur: "Kim oruclu olarkən unudaraq yeyər və ya içərsə orucunu davam etdirsin.

Həqiqi müsəlman necə olmalıdır?

    16.03.2014
Sual: 
Salam aleykum. Sizcə əsil dini insan, yaxşı insan necə olmalıdır? Xahiş edirəm suallıma cavab verəsiniz.
Cavab: 

Aleykum salam. Həqiqi müsəlman insanların onun dilindən və əlindən əziyyət görmədiyi insandır. Həmçinin, tək və Uca olan Allaha ibadət edərək yalnız Ona boyun əyən, habelə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yolunu tutub gedən və Allah Təalanı çox xatırlayandır.

Əgər insan yalnız vacib əməlləri yerinə yetirərsə, Cənnətə düşərmi?

    16.03.2014
Sual: 
Salam aleykum. Insan eger gunde 5 defe namaz qilib, ramazan ayinda oruc tutub, haramlardan bacardigi qeder chekinse, Qurani oxusa ve ona emel etse, cennete dushe bilermi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Bəli, düşə bilər. Bu barədə rəvayət edlir ki, bir kişi gəlib Peyğəmbərimizə (salləlhu aleyhi və səlləm) belə bir sual verir: "Ey Allahın Rəsulu!

Günahlardan təmizlənmək üçün oruc tutmaq olarmı?

    01.03.2014
Sual: 
Salam aleykum. Men chox gunahkar bir bendeyem. Allah kechsin gunahlarimdan. 3-cü gundur ki, subh ezanina qeder, imsak, axsham ezanindan sonra da iftar achiram oruc tuturam. Düşünurem ki, bu yolla gunahlardan uzaq olaram. Bu cur oruc tutmaq barede etrafli melumat vermeyinizi xahish edirem. Nece tutmali ve.s...? İmkan daxilində mənə bir az geniş izahlı şəkildə açıqlama verərdiz.
Cavab: 

Aleykum salam. Oruc tutmaq gözəl və bəyənilən bir əməldir. Ümumi olaraq hər bir yaxşı əməl pis əməlləri silib aparır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Günah etdikdə ardınca savab iş gör ki, onu silsin". (Tirmizi və Əhməd).

Beş müxtəlif suala cavab

    17.02.2014
Sual: 
Salam aleykum. 1)Bu yaxinlarda bele bir deyim eshitmishem. Guya Cennete geden adam kimise sirat korpusunden kechire biler. Bu dogrudurmu? 2)Derslerin yaxshi olmasi uchun dua varmi? Daha dogrusu ne duasi etsem yaxshi olar? 3) Shie namazi qiliram. Quranda ise yazilib ki, beş vaxt qilmaq lazimdir. Lakin men mektebe ve kursa getdiyime gore ancaq üç defe qiliram. Bu mene gunahdirmi? 4)Birde men bu il oruc tutmaq isteyirem. Amma medem xestedir. Hemde acliga qeti dozumum yoxdur. Sehv basha dushmeyin. Bunlari behane getirmek üçün demirem.
Cavab: 

Aleykum salam. 1)Sirat körpüsündən keçərkən hər kəs öz hayında olacaq və o vaxt kimsə kimsənin imdadına çata bilməyəcək. Hər kəs öz əməlinin müqabilində keçə biləcəkdir.

İşin düzəlməsi üçün niyyət orucu tutmaq olarmı?

    04.02.2014
Sual: 
Salam aleykum. İşin düzəlməsi üçün, niyyət edib oruc tutmaq olarmı?
Cavab: 

Aleykum salam. Şəriətə görə Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə, məsələn; (oruc, namaz, həcc, ümrə və.s buna bənzər əməllərlə) niyyət; şəirət dilində desək nəzir etmək olar. Sizin Allah qarşısında söz verdiyiniz nəzir orucu da bu əməllər sırasındadır.

Oruc tuta bilməyən bunun əvəzində nə edə bilər?

    01.02.2014
Sual: 
Salam aleykum. Sualim beledir. Eger orucluq ayinda oruc tuta bilmiremse, onu evez ede bilecek hansisa bir emel ve ya hansisa bir xeyir ishle bu gunahi yumaq olarmi?
Cavab: 

Aleykum salam. Əvvəla bilmək lazımdır ki, Ramazan ayında bütün ayı oruc tutmaq islamın beş əsaslarından biri hesab olunur. Bu, ağılı başında olan və həddi-buluğa çatmış hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!

Xəstəlik səbəbi ilə oruc tutmamaq günahdır?

    31.01.2014
Sual: 
Salam aleykum. Ramazan ayında oruc tuta bilmirəm, yəni oruc tutanda dözə bilmirəm. Təzyiqim düshür, hətta bir dəfə özümdən getmishəm. Buna görə tuta bilmirəm orucu. Bu günah sayılırmı?
Cavab: 

Aleykum salam. Xəstəlik sağaldıqda tutmadığınız günlərin sayı qədər oruc tutmaq lazımdır. Xroniki xəstəlik və ya yaşlı olmaq səbəbi ilə ümumiyyətlə oruc tuta bilmirsinizsə, onda şəriətə görə siz hər günün müqabilində bir yoxsulu yedizdirməlisiniz.

Pages