oruc

Oruclu ikən idman etmək və çimmək

    29.06.2014
Sual: 
Salam qardashlar. Men seherler durub idman edir, bir xeyli mesafeni qaciram. Elbet ki qacish zamani su icirem. Hem de eve qayidib cimirem. Sualim budur ki, bu seher idmanim zamani su icmek problemimi nece cozmeyimi meslehet bilersiniz? Ve ikinci sualim ise odur ki, oruc olarken cimmek meqbuldur mu ?
Cavab: 

Aleykum salam. Birinci sualda oruclu olarkən idman etməyi nəzərdə tutursunuzsa, günün uzun və havanın isti olmasını nəzərə alın. Dözə biləcəksinizsə, idman edin, əks halda Ramazan ayı müddətində fasilə verin. Oruclu ikən çimmək və ya başı suya tam olaraq salmaq orucu batil etmir.

Hamilə və ya uşaq əmizdirən qadın oruc tuta bilərmi?

    29.06.2014
Sual: 
Hamile qadin oruc tuta bilermi?
Cavab: 

Salam aleykum. Əgər hamilə qadının özünün və ya bətnindəki uşağının səhhəti ona oruc tutmağa maneçilik yaratmırsa, bu halda o, oruc tutmalıdır. Əgər hamilə qadın oruc tutduğu təqdirdə ona və ya uşağına zərər gəlməsindən qorxarsa, bu halda hamilə qadın oruc tutmaya bilər.

Səfərdə oruc tutmaq və qədr gecəsi haqqında

    29.06.2014
Sual: 
Salam aleykum.1.Men Siyezende yashayiram,qebul imtahanimi ise melum meseledir ki,Sumqayit,Baki-bir sozle yashadiqim yerden bashqa yerde vereceyem.Bu halda orucumu sefere chixarken pozmaliyammi?Qorxuram acliqdan hushsuzluq yaranar,imtahanda muveffeqiyyet qazana bilmerem.2.Ramazan ayi iyulun 29-u bashlayirsa ehya geceleri iyulun 19,21,23,25,27-ci gunlerinden birinde olacaq,ele deyilmi?
Cavab: 

Aleykum salam. Səfərə çıxarkən oruc tutmaya bilərsiniz. Daha ətraflı: Oruclu halda səfərə çıxmaq orucu pozurmu?

Oruclu halda dənizə getmək və nəm salfetlə əli silmək haqda

    28.06.2014
Sual: 
Assalamu aleykum necesiz? size bir iki sualim olacaq.1.Oruclu halda denize getmey olar ya yox bas suya girmemey serti ile girmey olar? 2.biz iwde komputeri nem salfekalari ile ekrani temizleyirik tebiki elimize deyir amma terkibini bilmirik belkede spirtlidir oo o halda destamaz pozulur ve yaxud elimizi o salfetnen silsey?
Cavab: 

Aleykum salam. Əlhəmdulilləh, Yaxşıyıq. 

Bu il Ramazan nə vaxtdır və qədr gecələri barəsində

    28.06.2014
Sual: 
Salam aleykum.Ramazan ayi 28 bashlanir?yoxsa 29-u? QMI 29-u bashlayacaqini deyir.Bunu deqiq nece bilmek olar? ehya gecesi iyulun 17,19 ve 21-iolacaq?yoxsa Ramazan ayinin axir 10 gecesinden biri?
Cavab: 

Aleykum salam. Bu ilki fətvaya əsasən inşallah Ramazan ayı miladi təqvimlə İyun ayının 29-u başlayır. Həmçinin oxuyun:
Qədr gecəsi hansı günə düşür və bu gecənin fəziləti nədir?

Pages