oruc

Yuxuda Ramazan orucunu görmək və bu ayda heyz olan qadının qəzaları tutması haqda

    26.06.2014
Sual: 
As salamun aleykum ve rehmetullahi ve bereketuhu.Men yuxuda Ramazan ayinin girdiyini ve sehur etmeden oruc tutduqumu gormushem.Bunun gozel mena verdiyini dushunurem.Ramazan ayi 28-i girecek?yoxsa 29-u?Bu ayda heyz muddetinde tutmadiqim orucu,bashqa gunlerede tutmaliyammi?Allah sizden razi olsun.
Cavab: 

Aleykum salam. Bu ilki fətvaya əsasən Ramazan ayı miladi təqvimlə İyun ayının 29-u başlayır. Səhur yeməyinə durmanız daha yaxşıdır, çünki Allah Rəsulu (salallahu aleyhi və səlləm) buyurmuşdur: "Səhur edin, həqiqətən səhur etməkdə bərəkət vardır" (Buxari, Muslim)

Niyyət etdiyim orucu tutmağı unutmuşamsa başqa gündə tuta bilərəmmi?

    13.06.2014
Sual: 
Salam aleykum, men 1-ci ve 4-cu gun oruc tutmagi niyyet etmisdim. bir gununu tutdum, amma hansi gun oldugunu unutdum. her ikisi 4-cu gune duserse, problem olmaz?
Cavab: 

Aleykum salam. İnşallah, dediyiniz günlərdə tuta bilərsiniz: "...Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!.." (əl-Bəqərə, 286).

İmtahan verəcəyim gün orucumu aça bilərəmmi?

    28.05.2014
Sual: 
Salam aleykum.Men inshaAllah iyulun 20-si qebul imtahani vereceyem.Hemin gun Ramazan ayina tesaduf edir.Eger men hemin gunu oruc tutmushamsa,yola chixarken orucumu achmaliyammi?ve ya achmasam olarmi?
Cavab: 

Aleykum salam. Ramazan orucunu tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana fərzdir (vacibdir). Xəstə və səfərdə olanlar oruc tutmaya bilərlər. Onlar buraxdıqları orucu sonradan tutmalıdırlar.

Qədr gecəsi ilə bağlı dəqiq və ətraflı məlumat lazımdır

    28.05.2014
Sual: 
Salam aleykum.Men size defelerle sual vermishem ''Ehya gecesi ne vaxta tesaduf edecek?''Amma siz hemishe filan linki oxuyun demisiniz.Bezileri deyir:axir 10 gunden biridir.Menim teqvimimde 3 gun yazilib ki, onlardan biri olmalidir.Sizde deyirsiniz ki,axir 10 gunun tek gecelerinden biridir,Indi hansi duzdur.Sehih hedis ve yaxud Quran ayesi yoxdurmu bununla elaqedar?
Cavab: 

Aleykum salam. Qədr gecəsi ramazan ayının bir gecəsidir. Qədr gecəsinin dəqiq nə vaxt olacağı bilinməməkdədir. Həmçinin, İslam alimlərinin görüşlərinə əsasən qədr gecəsi hər ildə yerini dəyişə bilir.

Ramazan ayında əhya gecələri nə vaxta təsadüf edir?

    25.05.2014
Sual: 
Salam aleykum.Ramazan ayinda ehya geceleri axir on gunun tek gunlerinemi tesaduf edir?Bu doqrudur?Axi menim teqvimimde 3 gunden birine tesaduf edir.Birde men eshitmishem axir on gunun hamisinda oyaq qalmaq lazimdir.Bu doqrudur?
Cavab: 

Pages