böyük günahlar

Oğurlanmış pulun sahibi ölübsə, pul kimə qaytarılır?

    07.07.2022
Sual: 
Salam aleykum. Oğurluq edən peşman olduqda və oğurluq edilən də dünyasını dəyişibsə, götürdüyü pulu ölənin ailəsinə qaytarsa oğurluq günahı bağışlanar?
Cavab: 

Va aleykum Salam. Oğurluq edən şəxs bu əməldən tövbə etməlidir. Peşmançılıq tövbənin əlamətidir. Əgər oğurluq edilən şəxs dünyasını dəyişmişsə oğru götürdüyü pulu onun varislərinə qaytarmalıdır.

Əxlaqsız şəkillərə baxmağı necə tərgidim?

    07.07.2022
Sual: 
Əssalamu aleykum və rəhmətullah və bərəkətuh.Sualıma görə əvvəlcədən üzr istəyirəm.Mən də haram şəkillərə videolara baxma asılılığı var.Bəzən birdən birə haradasa haram şəkil gördümsə(qabağıma çıxdısa) sanki şəhvətim oyanır və üzr istəyirəm sizdən haram şəkillərə baxmağa başlayıram.And olsun Allaha sonra çox peşman oluram artıq bu əməldən bezmişəm.Tərkidə bilmirəm.Ən az həftədə üç dəfə bu hal baş verir.Namaz qılıram , zikrlər edirəm amma bu əməli tərkidə bilmirəm.Çox böyük günah işlətdiyimdən xəbərdaram.Əməl sonda masturbasiya ilə sonlanır.Özümdən bezmişəm baxdığım şeylər məni bezdirib uzaq du
Cavab: 

Va aleykum Salam. Bu cavabları oxuyun:

İçki içən şəxsin duaları qəbul olunurmu?

    07.07.2022
Sual: 
Eger bir şexs içki aludeçisidirse,bütün gün içir üstəlik eyni vaxtda Allah sözü dilindən düşmür,başqalarından dua isteyir ozu de icki ice-ice dua edir bu qebuldur?? Çox böyük arzuları hedefi problemleri var,amma ickili halda bu dualar ne derecede qebul olar? bir de ickini sufreye aparib getiren de gunaha batir yoxsa onu buna mecbur eden icki icenin ozu??
Cavab: 
Əssələmu aleykum. Duaları qəbul edən Allahdır və konkret bir şəxsin duasının qəbul olunub-olunmayacağını demək olmaz. Bununla belə, içki içməyin duaların qəbul olunmasına mane olması haqqında bir çox dəlillər var.

Bank kreditini ödəmək üçün kiməsə borc vermək olarmı?

    04.05.2022
Sual: 
Salam aleykum. Kimsə məndən borc istəyirsə, mən də bilirəm ki, o, bank borcunu ödəmək üçün istəyir. mən o adama borc pul verə bilərəm? Verirəmsə günaha batıram?
Cavab: 

Va aleykum Salam. Alimlər bankdan faizə pul götürən şəxsə yalnız tövbə edib bir daha bu əmələ qayıtmayacağına söz verəcəyi halda borc verməyin və ya yardım etməyin icazəli olduğunu bildirmişlər.

Spirtli içki içən şəxs hansı müddətdən sonra namaz qıla bilər?

    29.04.2022
Sual: 
Salam Aleykum Menim dostum var spirtli içki içib, İndi O neçe vaxtdan sonra namaz qılmalıdır. Yeni men bildiyme göre Bir müddet zaman keçmelidir zamanaın bilirsinizse deyerdiz zehmet olmasa
Cavab: 

Va aleykum Salam. İçki içən şəxs dərhal tövbə etməli və namazlarına davam etməlidir. Lakin əgər içki içən şəxs nə dediyini anlamayacaq dərəcədə sərxoş olarsa, sərxoşluğu keçənə qədər gözləməlidir.

İmtahanda gizlin köçürənlərə yardım etmək olarmı?

    29.04.2022
Sual: 
Salam. İmtahanlarda etrafında oturan qrup yoldaşlarına nəzarətçidən gizlin yazmaqlarına kömek etmək düzgündür?
Cavab: 

Va aleykum Salam. Xeyr, bu əməl aldatmaq sayılır. Belə etməklə siz günah bir işə yardım etmiş olursunuz. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən (mənim ümmətimdən) deyil". (Səhih Muslim "İman", 164, 1/99; əd-Darimi, 2/323; "Musnəd", 2/50; İbn Məcəh, 2/749).

Pages