böyük günahlar

Haram olduğunu bilmədən bürclərə inanan insanın namazları qəbul olmaya bilərmi?

    24.10.2022
Sual: 
Salam mən bürcləre baxırdım təzəlikcə öyrənmişəm ki günahiymış 40 gün namaz qəbul olmurmuş tövbə elədim öyrənən kimi bu namazlarıma bir xərər gətiribmi ama imanımı zədələmirdim
Cavab: 

Va aleykum Salam. Uca Allah qulunu bilmədən etdiyi günahlara görə cəzalandırmır. Uca Allah buyurur: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var.

Əxlaqsız videolar izləməyi tərgitmək üçün nə etmək lazımdır?

    24.10.2022
Sual: 
Salam menim 26 yasim var aileli deylem ve internetde bezen 18+ video izliyirem. Cox gunah oldugun bilirem defelerle soz vermisem etmiyecem ama olmurki olmur. Cox pesman oluram ama elimde deyil.qismetimde acilmir aile qura bilmirem. Sevdiyimle qovusa bilmirem. Duada edirem ama olmur. Ne ede bilerem? Hem zinadan uzaq durmaq hemde sevdiyimin meni sevmesi menle evlenmesi ucun. Indiden cavab ucun sagolun
Cavab: 

Va aleykum Salam. Bu cavabları oxuyun:

Oruclu ikən qəzəblənib küfr söz söyləyənin orucu batil olurmu?

    03.08.2022
Sual: 
salam 1.bu gün günorta azanı vaxtı dua edəndə "əgər mərhəmətin və rəhmətin varsa filan adama bildir dedim dərhal düşündüm ki belə çıxır ki Rəbbimin mərhəmət və ədalətinə şübhəm mi var dedim özümə ürəyimə qara düşdü görəsən orucum pozuldumu?hirslənib demişdim səhv etdiyimi bilirəm" bunun üçün ehtiyyat qəza orucu tutmağımda fayda varmı? 3.2016-2020-də oruc tutarkən elə bilirdim ki, iftardan sübh azanına qədər yeyib-içmək olar. ama sonradan imsakın nə olduğunu bildim.imsaka qədər bitirməliymişəm yəni bu illər ərzində tutduğum oruc düzgün sayılırmı?yoxsa qəzamı etməliyəm
Cavab: 

Va aleykum Salam. İnsan Uca Allaha dua edərkən ən ədəbli və ən gözəl ifadələri seçməlidir. Sualda qeyd etdiyiniz ifadə Uca Allahın mərhəmətinə və rəhmətinə şəkk etmək mənasını verir. Şiddətli qəzəb halında belə deyən şəxs üzrlü sayılır. Bu əməldən Allaha tövbə edin.

Pirə getmək cadunu müalicə edə bilərmi?

    20.07.2022
Sual: 
Salam Aleykum menim evde xesde baldizim var her yere aparmiwiq bir caresi tapilmir.oz ozune danisir deyirki qonsular meni soyur incidir aglayir sagalmag isteyirem.deyirler guya cin var amma aparmisiq bir xeyri yoxdu coxlu dini dualar oxuduruq ozu namaz qilir ama bacardigi kimi deyir meni qoymurlar namaz qilmaga incidirler pencereleri acir danisir soyur deyir meni aparin ziyaretgahlara men sagalim belede ne meslehet gororsuz ne ede bileriy sagalsin yetkinliy yasindan baslayib indi 33 yasi var emel ola bileceyinden supelenirik neyniyekki onu bundan azad edek cox eziyyet cekir.xais edirem bir car
Cavab: 
Va aleykum Salam. Uca Allahdan baldızınız üçün şəfa diləyirik. Uca Allah hər bir dərd üçün dərman müəyyən etmişdir. Cadu olunmuş insanı yalnız Uca Allahın Kəlamları ilə müalicə etmək olar. Bunun başqa yolu yoxdur.

Bir şəxs barəsində eşitdiyim sözü başqasına demək qeybət sayılırmı?

    18.07.2022
Sual: 
Salam .Mən namaz qılıram 13 ildi .Söhbət əsnasında eltimdən qayın anama şikayətlənmişdim iananaraq o da sözümü ona demişdi və biz küsülü qaldıq məndə tövbə etdim ki heç kimin sözünü heç kimə deməyəcəm .Yenədə əsəbi vaxdımda ağzımdan bilməyərəkdən eşitdiyim sözümü dedim buna görə mən çox narahatam.mümkünsə cavablandırardınız Təşəkkürlər
Cavab: 

Va aleykum Salam. Bu cavabları oxuyun:

Qüsl almağa utandığım üçün təyəmmüm edib namaz qıla bilərəmmi?

    11.07.2022
Sual: 
Salam. Men namaz qiliram ama istimna gunahindan ne etsemde qurtula bilmirem Allaha umud olub tovbe edirem her defe yene İstimna etdikden sonra pesman olmusam gunah etdiyime gore ve evde utaniram yene qusul almaga ama tovbeni gecikdirmey istemirem teyemmum edib tovbe namazi qila bilerem?
Cavab: 

Va aleykum Salam. İstimna günah əməldir və bu günahdan tövbə etmək lazımdır. Ətraflı oxuyun:

İstimna etməyi necə tərgidim?


Yalandan Allaha and içməyin kəffarəsi nədir?

    11.07.2022
Sual: 
As salamu aleykuma rahmatullah bir sualim olacaq men nişanimi pozmamq üçün yalandan and icdim ve Etdiyim emeli Allah şhadir etmemişem deye and içdim başqa carem yox idi ya etdiyim emeli demeliyidim buda etdiyim nişani geri qaytaramq ve her seyin zay olmasina gelib cixirdi ve bizim aile gurmagimiza az galib ve qizin ailesi mene çox inanirlar amma etdiyim bir sehve gore her sey alt ust olacqdi ve buna yalandan and icdim ve Allahi şahid getirdim uzum 9 ildi ibadet ehliyem
Cavab: 

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Allaha yalandan and içmək böyük günahdır və kəffarəsi yoxdur. Buna görə səmimi tövbə etmək və xeyirli əməlləri çoxaltmaq lazımdır. Hansısa işi edəcəyinə and içib sonra onu edə bilməyən isə kəffarə verməlidir. Daha ətraflı:

Pages