axirət

Qadın bir neçə kişi ilə ərdə olubsa, Cənnətdə hansı ilə birlikdə olacaq?

    15.05.2015
Sual: 
Salam aleykum. Men evliyem amma bashqa birini sevirem. Evlenmemishden qabaq da sevgili olmushuq. Sonra ayrildiq ve ikimiz de bashqalariyla evlendik. Amma hele de bir-birmizi sevirik ve axiretde qovushmagi arzulayiriq. Eger cennet qismet olarsa, biz axiretde qovushariq yoxsa yene yoldashlarimizla qalariq?
Cavab: 
Və aleykum Salam. Bu cür sevgi haramdır, insanı zinaya və axirət əzabına apardığı üçün onu unutmaq lazımdır. Həmçinin bilməlisiniz ki, Cənnət haram əlaqələrin davam etdirilməsi üçün yer deyil.

Qətlə yetirilən şəxsin aqibəti necə olur?

    14.05.2015
Sual: 
salam!size bir nece sualim vardir.1.kimse terefindan qetle yetirilenim gunahi qatilemi yazilir ve qetle yetirilen cennete gedir? 2.kimise mudafie edarek heyatini itiren wexsin soraki aqibeti nece olur ölendan sonra?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə qətl törətmək ən böyük günahlardan sayılır. Amma öldürülən şəxsin aqibəti müxtəlif cür ola bilər. Bu barədə Allah Rəsulundan (Allahın ona vəailəsinə salavatı və salamı olsun) müxtəlif hədislər var:

Namazda dünyasını dəyişən şəxs Cənnətə düşürmü?

    30.04.2015
Sual: 
Əs Sələmu Aleykum Və Rəhmətullahi Və Bərəkatuhu Namaz əsnasında bir insan (gunahi cox olan biri) vəfat edərsə Cənnətə nail olurmu? Cunki bu barədə esidmisem
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bunu dəqiq demək mümkün deyil. Ümumən yaxşı əməl edərək ölmək yaxşı sonluğun əlamətlərindən hesab olunur.

Kişilər üçün cənnətdə hurilər olacaqsa, bəs qadınlar üçün kimlər olacaq?

    04.04.2015
Sual: 
Salam aleykum.2 sualim var in saa Allah. 1)Kisiler ucun ince belli Huriler. Bes qadinlar ucun?2)belke Cennetde,in saa Allah,qadin heyat yoldasini qisqanir Hurilerden?!neynemelidi...
Cavab: 

Aleykum salam. Cənnətdə heç bir kin, qəzəb və digər pis hisslər olmayacaq, yalnız xoşbəxtlik və sevinc olacaq. Uca Allah buyurur: "Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun!

Kafir alimlərin elmi onlara axirətdə hər hansı bir fayda verəcəkmi?

    11.03.2015
Sual: 
Salam.Allaha inanmayan,təkəbbürlü alimlər də cəhənnəmdə sonsuz qalacaq? Onların elmi bir fayda verməyəcək?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.

Pages