axirət

ən-Nəbə surəsinin 31-34-cü ayələrinin izahı

    06.09.2015
Sual: 
Salam QURANDA NƏBƏ surəsinin 31 34 ci ayələri haqqında nə deyə bilərsiniz. Sözsüz ALLAH hər şeyin ən yaxşısını biləndir YƏNİ Kİ BİR kişi fani dunyada bir qadınla evli olduğunu halda axirətdə də bir qadınla evli olacaq yoxsa yox. Bunu aid hansı ayəni deyə bilərsiz ki oxuyum? Xahiş edirəm cavab yazın.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, müttəqilər üçün nicat yeri vardır. (Həmçinin) bağlar və üzümlüklər, dolğun döşlü həmyaşıd qızlar və ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!" (ən-Nəbə, 31-34). 

Qiyamət günü Ölüm mələyi də öləcəkmi?

    25.08.2015
Sual: 
Salamu Aleykum. Bezi menbelerde oxuduguma gore qiyamet gunu butun mexluqat ölecek. Insanlar, cinler, hetta meleklerde. Bilmek isterdim eger bu dogrudursa onda can almaq buyrulmus Ezrailin ozunun olumu nece olacaq? Allah Razi Olsun!
Cavab: 

Aleykum salam. Qiyamət günü ölüm mələyi də daxil olmaqla bütün mələklər öləcəklər. Sonra Allahın onlara həvalə etdiyi əməlləri yerinə yetirmək üçün dirildiləcəklər. Uca Allah buyurur: "Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur.

Axirətdə "hansı məzhəbin namazını qılmısan?" sualı veriləcəkmi?

    17.08.2015
Sual: 
Salam Aleykum) Allahın salamı və mərhəməti üzərinizə olsun. Sualımı səhv başa düşmüyün... namaz hal-hazırda 2 yerə:sünnü və şiə namazlarına bölünmüşdür.Axirətdə hansı Namazı qılmısan soruşulacağmı?və bunlardan hansısa günadırmı?əvvəlcədən Sağolun)
Cavab: 

Aleykum salam. Axirətdə soruşulacaq böyük günahlardan biri bidətdir. Bidət -- dində peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) etmədiyi yenilikləri etməyə deyilir. Namazı peyğəmbər kimi qılmamaq da bidət sayılır.

Öldükdən sonra basdırılmamış insanların qəbir həyatı necə olacaq?

    11.07.2015
Sual: 
Salam aleykum.Tibb universitetində üzərində tələbələrə dərs keçmək məqsədilə çürüməməsi üçün formalində saxlanmış sahibsiz meyidlərin,dənizdə batıb və cəsədi tapılmayanın,bəzi millətlərdə ölən yaxın adamının bədənini yandırıb külünü suya tökən zaman təbii qəbir həyatı olmur. Bəs bu insanlarln qəbir əzabı necə olur?
Cavab: 

Aleykum salam. Qəbir və ya bərzəx həyatı insan öldükdən sonra Qiyamət gününə qədər keçirdiyi mərhələnin adıdır. Qəbirdə basdırılıb-basdırılmamağından asılı olmayaraq hər kəs qəbir həyatını yaşayır.

Bir neçə dəfə ailə quran qadın cənnətdə hansı əri olacaq?

    04.07.2015
Sual: 
Salam. Eger menim evlendiyim adamin ikinci arvadi olsam ve o menden evvel olse, men de bir basqasiyla evlensem, hem 2-ci erimden bir usaqda dogsam. Eger qismet olub, cennete dussem, cennetde erim ikinci-sonuncu erim olacaq? Bes onceki erimin arvadi kim olar, sexsen men olmaq istemirem.

Bu dünyada hurilər olubmu?

    02.07.2015
Sual: 
Salam aleykum. Saffat surəsi 51ci-56cı ayələrdə deyilir ki, bir hurinin yoldaşı var idi.kafir idi və dönüb yoldaşını cəhənnəmdə görür.hurilər bu dünyada var? Yoxsa hurilər dünyadakı qadıbların yeni bir biçim forması olacaq? Bu haqda xahiş edirəm ətraflı yazardlnlz. Bu dünyadan köçmüş uşaqlar obiri dünyada böyüyüb ailə həyatı quracaqlar? Allah razı olsun.
Cavab: 

Aleykum salam. Ayələrdə söhbət hurinin yoldaşından yox, dünyada mömin kimi yaşamış, sonra da Cənnətə düşmüş insanın yoldaşından gedir. Dünyada hurilər olmayıb, onlar Cənnət üçün yaradılmışlar.

Pages