axirət

Cənnətə daxil olan 70 nəfəri özü ilə apara bilərmi?

    26.12.2015
Sual: 
Salam aleykum. Necəsiz? Allah sizdən razı olsun. Bizim suallarımızı cavablandırırsız, çoxsağolun. 1) Əgər bir kişi cənnətə daxil olacaqsa, o 70 nəfəri cənnətə öz istəyi ilə apara bilər? 2) Əgər bir insan Allaha şərik qoşub, sonra tövbə etsə, Allahın istəyi ilə sorğu-sualsız cənnətə daxil ola bilərmi? 3) Oxudum ki, möhür dinə soradan gəlir. Amma mənim fikirlərim başqadı. O vaxtı namazı torpaq üstündə qılıblar. Amma bir gün Allah Rəsulu torpağın istiliyinə görə, həsirdə qılır. O alnını torpağa qoyur. Bu Allah Rəsulu üçün məcburi haldır.
Cavab: 
Və aleykum Salam.

    Masonların, satanistlərin və yəhudilərin Dəccalla nə əlaqəsi var?

      05.12.2015
    Sual: 
    Salam aleykum. Bilmək istərdim. Masonların,satanistlərin,iluminatların,yəhudilərin dəccalla nə əlaqəsi var.Şeytana sitayiş etdiklərini bilirəm. Amma dəccala nə aidiyyatı var?Haqqınızı halal edin.
    Cavab: 
    Və aleykum Salam. Bu sadaladığınız dəstələrin hamısı İslam dininə qarşıdılar. Dəccal da İslama qarşı olacaq. Konkret olaraq bu firqələrin adları çəkilməsə də, bir çox firqələrin Dəccal zühur etdikdə onun tərəfinə keçəcəkləri bildirilmişdir.

    Heyvanların canlarını kim alır və onların aqibəti necə olacaq?

      21.11.2015
    Sual: 
    Assalamu aleykum. Mən bilmək istəyirməm ki, heyvanlar və quşlar kimi digər canlılar da vəfat etdikdə onların ruhları hara gedir? Onların da ruhlarını ölüm mələyi götürür, yaxud dəqiq onlarla nə baş verir? Buna bənzər bir cavab sizin saytda oxumuşam. Lakin cavab qısa və izahsız olduğundan çox şeyi başa düşmədim və bu sualın cavabı da hələ də mənə qaranlıq və müəammalı qalıb. Xahiş edirəm ki, zəhmət olmasa bu sualı bir daha gözdən keçirib yenidən buna təfsilatlı bir cavab yazasız. Öncədən təşəkkür edirəm... Sizin saytdan mütaliə etdikdə qəlbim çox rahatlaşır.
    Cavab: 

    Va aleykumu-Sələm va rahmətullahi va bərakətu. Uca Allah Qurani-Kərimdə bizə xəbər verir ki, ölüm mələyi Adəm övladının canını alır: "De: "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!" (əs-Səcdə, 11). Heyvanların ruhların

    "Qiyamət günü yalnız Əli və onun şiələri nicat tapacaq" fikri doğrudurmu?

      21.10.2015
    Sual: 
    Salam Aleykum. Menim size bir sualim var xais edirem cavablandirasiniz. "Qiyamet gunu nicat tapanlar Eli ve onun sieleridir"Hz Mehemmed(s.a.v) peygember buyurub bu aye duzdurmu ve ne menada verilib? Men demek isteyiremki her birimiz muselmaniq namaz qilmaqda quran oxumaqda her birimize vacibdir.Amma esas odurki Etdiyimiz emeller duz olsun Allah Teala yaninda sie sunni hamimiz muselmaniq hamimiz Allah yolundayiq ondan basqasina el acmiriq acmariqda ona ibadet eliyirik Peygemberimizdeki qurban olum ona biz onun ummetiyik Imam Elide onun sehabelerindendir Islami qebul etmis ilk kisi.
    Cavab: 

    Va aleykum Salam. Xeyr, bu doğru fikir deyil. Qiyamət günü möminlər nicat tapacaq. Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar". (əl-Mu'minun, 1). Daha ətraflı: 

    Digər canlılar da öləndə ruhlarını mələklər alır?

      20.09.2015
    Sual: 
    Salamun aleykum. Bilmek isterdimki diger canlilarin olumu nece bas verir? Onlarindami canlarini melekler alir? Umumiyyetle onlarinda ruhlari varmi? Ve ölldükden sonra onlarin axirete qederki heyatlari necedir?
    Cavab: 

    Aleykum salam. Bu məsələ alimlər arasında olduqca ixtilaflıdır. Bəziləri deyir ki, bununla bağlı Quran və Sünnədə heç bir səhih məlumat verilməyib və nəql olunan dəlillərin hamısı qeyri səhih və etibarsızdır.

    Ərim öləndən sonra yad qadınlarla danışdığını bilmişəm, ona haqqımı halal etməyə bilərəmmi?

      17.09.2015
    Sual: 
    Salam menim heyat yoldasim rehmete gedende ureyimde dedim ki haqqin halal olsun. Hetta olumunden 1-2 gun evvel QURAN kitabi hec neden skafin basindan yere dusdu, bilirdim ki nese pis bir sey olacaq ve oldu. Aradan bir muddet kecdikden sonra FB parolunu tam tesaduf neticesinde tapdim, hesabi acanda basa dusdum ki bu coxlu qizlarla danisirmis, hem isde, hem evde. Indi artiq ona qarsi hec bir isteyim yoxdu. Haqqimi da halal etmek istemirem. Haqqi halal etmek nece olur? Eger 1 defe dedinse daha qebul olur?
    Cavab: 

    Aleykum salam. Haqq sahibi sizsiniz və istəsəniz haqqınızı halal etməyə bilərsiniz. O, naməhrəm qadınlarla danışaraq həm günah edib, həm də sizi aldadıb, xəyanət edərək sizin haqqınıza girib. Qiyamət günü hər kəs öz haqqını alacaq.

    Pages