Sual:
Salam aleykum. Mənim adım Günaydır. Sizə əvvəl də bu sualı vermişəm. Mən yuxuda Məhəmməd peyğəmbərin həm balaca vaxtını, həm də yaşlı vaxtını görmüşəm. Özü dedi ki, mən Məhəmməd Peyğəmbərəm. İndi də bir başqa yuxu görmüşəm. Mən ailəli olub ayrılmışam. Bir oğlum var. Yoldaşım isə məndən ayrıldıqdan sonra yenidən başqa bir xanımla ailə qurub. Namazda bir-iki dəfə taleyimə görə ağlamışam. Gecə mənə dedilər ki, Məhəmməd Peyğəmbər deyir ki, Günaya deyin ki, İmam Hüseyn ağa ona hirslənib. Deyir namazda ağlamasın. Mən bu yuxunun təsirindən çıxa bilmirəm. Sizcə bu nə deməkdir?