şəxslər

Bütün peyğəmbərlər müsəlman olublarmı və digər suallar

    15.07.2014
Sual: 
Salam aleykum.1.Peyqemberlerin hamisini muselman adlandirmaq olarmi?2.Hz.Isa evli olubmu?bu mene chox maraqlidir.3.Sizin cavabiniz niye QMI ile ziddiyet teshkil edir?QMI bildirib qedr geceleri Ramazan ayinin 19,21,23-cu gecelerinden birindedir,amma siz dediniz axir on gunun tek gecelerindedir.Indi men hansina inanim?
Cavab: 

Aleykum salam. Bəli, bütün peyğəmbərlər müsəlman olublar. Daha ətraflı bu məqaləni oxuyun: İslam - tək haqq dindir!
İsanın (aleyhis-sələm) evli olub-olmaması ilə bağlı səhih məlumat yoxdur.

Həmzə kim olub?

    05.07.2014
Sual: 
Hz.Hemze kimdir?
Cavab: 

Salam aleykum. Həmzə ibn Abdulmuttalib (Allah ondan razı olsun) fəzilətli səhabə və peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) əmisi olub. Seyyidu-ş-Şuhədə (şəhidlərin ağası) ləqəbi yalnız ona verilmişdi.

Abdulaziz ibn Bəz dünyanın kürə formasında olmasını deyənlərə kafir demişdirmi?

    29.06.2014
Sual: 
As Salamu Aleykum. Abdulaziz bun Baz ehli-sunne alimidirmi? O dunya kure formasindadir deyen kafirdir demisdirmi?
Cavab: 

Aleykum salam. Abdulaziz ibn Bəz  Səudiyyə Ərəbistanında Böyük Alimlər Heyətinin sədri və baş mufti olmuşdur. O, dünya kürə formasındadır deyənlərə kafir deməmişdir.

Ətağa müqəddəsdirmi?

    28.06.2014
Sual: 
Salam Etaga muqeddesdi?
Cavab: 
Aleykum salam. İslama görə heç bir şəxs müqəddəs sayılmır. Müqəddəslik sifəti yalnız Uca Allaha məxsusdur. Qurani Kərimdə Uca Allahın "əl-Quddus" adı çəkilir. Bu adın mənası "Pak və Müqəddəs" deməkdir.

Elşad Miriyə qulaq asmaq olarmı?

    26.06.2014
Sual: 
Elsad Miriye qulaq asmaq olar ?
Cavab: 

Salam aleykum. İslamdan danışarkən Quran ayələrinə və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə istinad edən, həmçinin həmin ayə və hədisləri səhabələr və onların ardıcılları kimi başa düşüb izah edən hər kəsə qulaq asmaq olar.

Pages