şəxslər

Peyğəmbərlərin cəsədləri çürüyür?

    26.03.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. Bir sual meni chox maraqlandirir. Allahin izni ile buna hech shubhe etmeden inaniram. Amma yene de bilib emin olmaq isterdim. Inidiye kimi yashamish ve rehmete getmish butun peygemberlerin cisimleri churumur? Yeni onlar nece defn ediliblerse, elede qaliblar, yoxsa churuyurler? Hemchinin bizim peygemberimiz Muhemmedin (sallallahu aleyhi va sellem) de cesedi churumur? Chox xahiş edirem ki, bu barede etrafli melumat vererdiniz. Evvelceden teshekkur edirem.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Səhih hədislərdən bizə məlumdur ki, öldükdən sonra peyğəmbərlərin (Onlara Allahın salamı olsun) cəsədləri çürümür və torpağa qarışmır.

Ömər İbn Xəttab haqqında

    17.03.2014
Sual: 
Salam aleykum. Sizden chox xahish edirem sualimi cavablandirin. Bu gun bir dostumla sohbet ederken mene Hz.Omerin pis insan oldugunu soyledi. Men onun Peygemberimizin (s.a.s) yaxin dostu oldugunu soylediyimde bu yalan sohbetdir dedi. Bu dogrudurmu? Xahiş edirəm ki, mənə Hz. Ömər haqqında ətraflı məlumat verəsiz.
Cavab: 

Aleykum salam. Ömər İbn Xəttab haqqında ətraflı məlumat almaq üçün "Ömər ibn Xəttab" adlı məqaləni oxuya bilərsiniz. 

Azər kim olub?

    16.03.2014
Sual: 
Salam aleykum. Azer kim olub?
Cavab: 

Aleykum salam. Əgər Quranda adı çəkilən Azəri nəzərdə tutursunuzsa, bu, İbrahim peyğəmbərin (Ona Allahın salamı olsun) atasının adı olub. Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən?

Şəhadətdə "Əşhədu Ənnə Əmirəl M'umininə Aliyyən Valiyyullah" deyilməlidir?

    08.03.2014
Sual: 
Salam aleykum. Kelimeyi Şehadet haqqinda mubahiseler choxdur. Xususile de onun sonundaki "əşhədu ənnə əmirəl mumininə Aliyyən valiyullah" hissesi. Men bilmirem sonda o hisseni deyim ya demeyim. Here bir shey deyir. Qrup yoldashim bu haqda mene dedi ki, Peygemberimiz (s.a.s) son nefesinde o hisseni de vesiyyet edib. Amma son nefesini verdiyi uchun heç kim inanmayib ve qebul etmeyib o hisseni. Xahiş edirem bu haqda etrafli melumat veresiniz. İndiden chox sagolun. Allah sizden razi olsun!
Cavab: 

Aleykum salam. Şəhadət kəlməsinə "Əşhədu Ənnə Əmirəl M'umininə Aliyyən Valiyullah" sözlərini əlavə etmək olmaz. Çünki, bu ifadə şəhadət kəlməsinə sonradan əlavə olunmuşdur.

Əhli Beyti sevməmək gühandır?

    07.03.2014
Sual: 
Salam aleykum. Peygember (s.a.s) Qedir Xumda bele buyurdu: "Men size iki emanet qoyub gedirem. Biri Qurani Kerim, digrə biri ise Ehli Beytimdir". Ehli Beyti sevmemek gunahdir? Xahiş edirəm ki, bu barədə mənə geniş və ətraflı məlmat verəsiz.
Cavab: 

Aleykum salam. Bəli, Əhli Beyti sevməmək günahdır. Hər bir haqq üzərində olan müsəlman Əhli Beyti sevməli, onlara hörmət bəsləməli və Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) onlar barəsində etdiyi tövsiyəyə riayət etməlidir.

Bütün peyğəmbərlər namaz qılıblarmı?

    03.03.2014
Sual: 
Salam aleykum. Butun peygemberler namaz qiliblarmi?
Cavab: 

Aleykum salam. Bəli, Uca Allah Quranda peyğəmbərlərin namaz qıldığını bildirmişdir. Uca Allah Məhəmməd peyğəmbərə (salləllahu aleyhi və səlləm) buyurur: "Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik.

Peyğəmbərimiz hansı ayda anadan olub?

    27.02.2014
Sual: 
Salam aleykum. Peygembermiz (sallahu aleyhi ve sellem) hansi ayda doğulub? Niye ad gunu kechirmeyib ve bunu kimseyede buyurmayib? Ətrafli əlumat verseniz sevinərdim.
Cavab: 

Aleykum salam. Bəzi İslam tarixçiləri Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) miladi tarixlə 570, yaxud 571-ci ilin rabiul-əvvəl ayının 12-də, bəziləri isə rabiul-əvvəlin 17-də dünyaya göz açdığını yazırlar.

Pages