nümunə insanlar

Həcər haqqında

    05.11.2013

Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “İbrahim yalnız üç dəfə yalan danışmışdır. Bunlardan ikisi qüdrətli və əzəmətli Allah üçün idi. Birinci dəfə o demişdir: “Mən xəstəyəm!”. İkinci dəfə isə demişdir: “Xeyr, bunu onların bu böyüyü etmiş olar”. Üçüncü hadisə isə belə olmuşdur: “Bir gün İbrahim zövcəsi Sara ilə qəddar padşahlardan birinin məmləkətinə gəldikdə padşaha xəbər verdilər ki, şəhərə bir nəfər gəlib, yanında da çox gözəl bir qadın var”. Padşah qadının kim olduğunu öyrənmək üçün onun yanına adam göndərdi.

Üç nəfərin imtahanı

    05.11.2013

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Vaxtı ilə Allah İsrail oğullarından üç nəfəri – cüzam xəstəliyinə tutulmuş birisini, keçəli və kor adamı imtahana çəkmək istədi. Odur ki, onların yanına bir mələk göndərdi. Mələk insan qiyafəsində əvvəlcə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl rəng və gözəl dəri! İnsanlar artıq məndən diksinirlər.” Mələk əlini onun vücuduna sürtdü və bu çirkinlik keçib getdi, onun rəngi və dərisi gözəlləşdi.

İnsanların ən elmlisi kimdir?

    25.09.2013

əl-Kəhf surəsinin 60-82-ci ayələrin təfsiri Ubeyy ibn Kəb rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm belə demişdir: “Bir dəfə Musa İsrail oğullarına xutbə verərkən ondan: “İnsanların ən elmlisi kimdir?”- deyə soruşdular. Musa: “Ən elmli adam mənəm!”- dedi. Allah da buna gorə onu qınadı. Çünki, Musa bu haqda olan bilginin yalnız Allaha məxsus olduğunu demədi. Sonra Allah ona belə vəhy etdi: “İki dənizin qovuşduğu yerdə Mənim səndən çox bilən bir qulum vardır”. Musa dedi: “Ey Rəbbim!

Pages