nümunə insanlar

Yada sal!

    27.07.2014

"Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir qövm idilər. Biz onu Öz mərhəmətimizə qovuşdurduq. O, həqiqətən, əməlisalehlərdən idi.
Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmiş, onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq! Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq.

“Sirrin sahibi” ləqəbli səhabə

    27.07.2014

Huzeyfə ibn Yəmən ibn Cabir əl-Əbsi Peyğəmbərin məşhur səhabəsidir. “Sirrin sahibi” ləqəbi ilə tanınmışdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - münafiqlərin adlarını yalnız ona bildirmişdi. O, hicrətin 36-cı ilində, Osman ibn Əffanın vəfatından qırx gecə sonra vəfat etmişdir. Huzeyfənin fəzilətinə dair rəvayət edilir ki, İbrahim demişdir: “Bir dəfə Əlqəmə Şama getdi və məscidə daxil olub: “Allahım, mənə əməlisaleh bir həmsöhbət yetir!”– dedi, sonra da gedib Əbu Dərdanın yanında oturdu.
Əbu Dərda ondan: “Kimlərdənsən?”– deyə soruşdu.

Talutun əhvalatı

    19.07.2014

Talut - Allahın İsrail oğullarına təyin etdiyi hökmdar olmuşdur. O, əməlisaleh, mömin bəndə idi. Uca Allah ona güclü bədən quruluşu və idarəetmə bacarığı bəxş etmişdir. Talut qoşun toplayaraq Calutun qoşununa qarşı döyüşə çıxdı. Möminlər Allahın yardımı sayəsində düşməni darmadağın etdilər. Qoşunun tərkibində döyüşən Davud peyğəmbər Calutu öldürdü. Uca Allah bu haqda buyurur:
“Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!"

Filankəsin baxçasını sula!

    15.07.2014

Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Bir kişi düzənlik bir yerdə dayanmışdı. Birdən göydəki bir buluddan belə bir səs gəldiyini eşitdi: “Filankəsin baxçasını sula!” və həmin bulud qara daşlı bir sahəyə yönələrək suyunu oraya boşaltdı. Orada olan arxlardan biri suyun hamısını özünə çəkdi. Kişi suyun ardınca gedərək gəlib bir kişinin bostanın içində əlindəki alətlə suyun yönünü dəyişdirdiyini gördü.
Kişi ondan: “Ey Allahın qulu, adın nədir?” deyə soruşdu.
O: “Filankəs” deyə buluddan eşitdiyi adı ona xəbər verdi.

Əbu Musa əl-Əşari kimdir?

    15.07.2014

Əbu Musa Abdullah ibn Qeys ibn Suleym əl-Əşari ət-Təmimi Peyğəmbərin səhabəsidir. O, İslam dinini Məkkədə qəbul etmişdir, sonra Həbəşistana hicrət etmiş və nəhayət, Xeybərin fəthindən üç gün sonra Peyğəmbərin yanına gəlmişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onu Muaz ibn Cəbəl ilə birgə insanları İslama dəvət etmək üçün Yəmənə göndərmişdir. Ömərin xilafəti dövründə Bəsrənin, Osmanın dövründə isə Kufənin valisi olmuşdur. Əbu Musa hicrətin 42-ci ilində vəfat etmişdir. Əbu Musanın fəzilətinə dair neçə-neçə hədislər rəvayət edilmişdir.

Fatimə haqqında

    16.06.2014

 Xanım Fatimə Allahın rəsulu Muhəmmədin - sallallahu aleyhi və səlləm - birinci həyat yoldaşı Xədicədən olan qızı, Həsən və Hüseynin anasıdır. Allah onlardan razı olsun! 
O, Muhammədə peyğəmbərliyin verilməsindən bir müddət əvvəl miladi təqvimi ilə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbu Talibə ərə getmişdir. Peyğəmbər onu çox istəyər və ona hörmət edərdi. Fatimə səbirli, dinə bağlı, səxavətli, ismətli, mehriban, sədaqətli və Uca Allaha şükür edən bir bəndə idi.

Müdrik Loğmanın oğluna nəsihəti

    12.06.2014

Deyilənə görə Loğman əməlisaleh həbəşi bir kölə olmuşdur. Uca Allah ona dində böyük fəhm və dərin hikmət bəxş etmişdir. Bir gün ondan soruşdular: “Sənin hikmətin nədədir?” O dedi: “Mənə kifayət edəndən əlavə bir şey istəmirəm və mənə aid olmayan şeyləri özümə yük etmirəm.” Uca Allah bizə Qurani Kərimdə Loğmanın oğluna etdiyi əvəzolunmaz nəsihəti barəsində xəbər verərək buyurur:

Uhud savaşı haqqında

    27.05.2014

Məkkə müşrikləri Bədr döyüşündəki məğlubiyyətlərinin intiqamını almaq məqsədi ilə böyük bir ordu toplamağa başladılar. Nəticədə onlar üç min dəvə, iki yüz at və yeddi yüz zirehlə təchiz edilmiş və üç min döyüşçüdən ibarət olan bir ordu topladılar. Ordu Əbu Süfyanın başçılığı altında Mədinə şəhərinə doğru hərəkət etdi.  Müşriklər Mədinənin yaxınlığına qədər gəlib Uhud və Ayneyn dağlarının yaxınlığındakı vadidə düşərgə qurdular.

Pages