nümunə insanlar

Əli ibn Əbu Talib

    25.01.2014

Əbu Turab, yaxud Əbu Sibteyn, yaxud da Əbul-Həsən, Əli ibn Əbu Talib ibn Abdul-Müttəlib fil ilindən otuz il sonra – yəni, Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - peyğəmbərlik verilməmişdən on il əvvəl dünyaya gəlmiş, İslam dinini ilk əvvəl qəbul etmiş səhabələrdəndir. O, Peyğəmbərin həm əmisi oğlu, həm kürəkəni, həm də ən əziz və reyhan qoxulu nəvələri – Həsən və Hüseynin atalarıdır. Əli ibn Əbu Talib, Təbuk döyüşü istisna olmaqla, Peyğəmbərlə birlikdə bütün döyüşlərdə iştirak etmiş və ələlxüsus da ağac altında ona beyət gətirənlərdən olmuşdur.

Ömər ibn Xəttab

    25.01.2014

Əbu Həfs Ömər ibn Xəttab ibn Nufeyl əl-Qurəşi əl-Faruq fil ilindən on il sonra, yəni Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - peyğəmbərlik verilməmişdən otuz il əvvəl dünyaya gəlmişdir. Cənnətlə müjdələnmiş on nəfərdən biridir. O, Peyğəmbərin həm ən yaxın iki dostundan biri, həm də onun qayınatası, möminlərin anası – Həfsənin atasıdır. Ömər ibn Xəttab demək olar ki, Peyğəmbərlə birlikdə bütün döyüşlərdə iştirak etmiş və ələlxüsus da ağac altında ona beyət gətirənlərdən olmuşdur.

Mən mütləq sədəqə verəcəyəm

    22.01.2014

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Bir nəfər: “Mən müt­ləq sədəqə verəcəyəm”– dedi, sonra da (verəcəyi) sədəqəni götürüb evdən çıx­dı və özü də bilmədən onu bir oğruya verdi. Səhər açıldıqda insanlar: “Oğ­ru­ya sədəqə veril­mişdir”– deyə danışmağa başladılar.
Bu adam: “Allahım, həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm”– dedi, sonra verəcəyi sədəqəni götürüb evdən çıxdı və bilmədən onu zinakar bir qadına verdi. Səhər açıl­dıq­da insanlar: “Bu gecə zinakar qadına sədəqə verilmişdir”– deyə danışmağa baş­ladılar.

Əbu Bəkr əs-Siddiq

    21.01.2014

Əbu Bəkr Abdullah ibn Osman ibn Amir əs-Siddiq miladi 572-ci ildə Məkkədə anadan olmuşdur. Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - peyğəmbərlik verildiyi zaman o, Məkkə əhlini İslama dəvət etmiş və bu dəvəti kişilərdən qəbul edən ilk şəxs Əbu Bəkr olmuşdur. Peyğəmbər əs-Siddiq ləqəbini Əbu Bəkrə İsra və Merac səfərini şəkk-şubhə etmədən təsdiqlədiyi üçün vermişdir. O, Peyğəmbərin ən yaxın səhabələrindən, hicrət yoldaşı və Cənnətlə mujdələnmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir.

Rəsulullahın hicrəti

    15.11.2013

      Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - zövcəsi Aişə demişdir: “Bir dəfə günortaüstü biz Əbu Bəkrin evində oturduğumuz zaman kimsə ona dedi: “Budur, Allahın Rəsulu üzünü gizləyərək gəlir.” Belə vaxtlarda, adətən, o, bizə gəlməzdi! Əbu Bəkr dedi: “Atam-anam ona fəda olsun! Allaha and olsun ki, belə bir saatda onun buraya gəlməsi üçün olduqca mühüm bir səbəb olmalıdır!” Allahın Rəsulu evə yaxınlaşdı və içəri girməyə icazə istədi. Ona izn verildi və o, içəri daxil oldu.

Allah mənə də hicrət etməyə izn verəcək

    14.11.2013

Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - zövcəsi Aişə demişdir: “Valideynlərim, mənim yadıma gələni, həmişə bu dinə sitayiş etmişlər və elə bir gün olmazdı ki, Allahın elçisi səhər və axşamçağı gəlib bizə baş çəkməsin. Müsəlmanlar müsibətlərə məruz qalmağa başladıqdan sonra Əbu Bəkr Həbəşistana hicrət etməyi qərara aldı.

Ac olduqları halda qonağı doyuran ailə

    14.11.2013

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına qonaq gəldi. O, əshabələrdən birini yemək-içmək gətirmək üçün zövcələrinin yanına göndərdi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələri (Allah onlardan razı olsun)  evdə sudan başqa heç nə olmadığını ona xəbər verdilər.

"Allahın qılıncı" ləqəbli səhabə

    14.11.2013

Xalid ibn Vəlid əl-Məxzumi Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - “Allahın qılıncı” ləqəbi ilə tanınmış məşhur səhabəsidir. O, hicrətin 8-ci ilində, səfər ayında İslamı qəbul etmiş, sonra da bir çox döyüşlərdə layiqincə vuruşmuşdur. Peyğəmbər onu tərif edib demişdir: “Xalid, Allahın qılınclarından biridir. Allah bu qılıncla müşrikləri kəsir”.

Salman Farisi ikiqat savab qazanan səhabədir

    13.11.2013

Salman Farisi Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - məşhur səhabəsi, ikiqat savab qazanan möminlərdəndir. Uca Allah belələri barədə buyurur: “Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Quran oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər. Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər” (əl-Qəsəs, 52-54).

Ey qövmüm! Allaha ibadət edin!

    05.11.2013

Uca Allah buyurur: “Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?" Qövmünün kafir zadəganları dedilər: "O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!" O dedi: "Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!" Biz ona vəhy etdik: "Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt.

Pages