nümunə insanlar

Vəhşinin hekayəsi

    27.05.2014

Vəhşi Peyğəmbərin səhabəsidir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - sevimli əmisi Həmzə ibn Abdulmuttalibi və peyğəmbərlik iddiasında olan yalançı Museyləməni qətlə yetirmişdir. Rəvayət edilir ki, bir dəfə Ubeydullah ibn Adiy Vəhşiyə dedi: “Bəlkə Həmzəni necə öldürdüyünü bizə danışasan?!”

Zülqərneyn kimdir?

    17.05.2014

Zülqərneyn qədim dövrün güclü hökmdarı olmuşdur. O, qəlbini Allaha bağlayan mömin bəndə idi. Uca Allah ona dərin elm və güclü hakimiyyət bəxş etmişdir. O, dünyanı məşriqdən məğribə qədər gəzib dolaşmış və yer üzünün bütün ölkələrini fəth etmişdir. Bəzi insanlar onun makedoniyalı İskəndər olduğunu deyirlər. Lakin bu doğru deyildir. Çünki İskəndər bütpərəst, Zülqərneyn isə tək Allaha ibadət edən müvəhhid idi.

Məryəmin İsanı dünyaya gətirməsi haqqında

    17.05.2014

Uca Allah buyurur: “Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Məryəm dedi: "Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma".
Mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm".
Məryəm dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?"

Ən fəzilətli qadınlar kimlərdir?

    17.04.2014

      İbn Abbas demişdir: “Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir” Peyğəm­bər buyur­du: “Cənnət qadınlarının ən fəzi­lətlisi; Xuveylidin qızı Xədicə, Muhəm­mədin qızı Fati­mə, İmranın qızı Mər­yəm və Fironun zövcəsi Muzahi­min qızı Asiyadır”.

Allaha yaxın olan möminlər kimlərdir?

    06.04.2014

      Uca Allah buyurur: "Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə  təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: "Salam!"- deyərlər.
Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.
Onlar deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. Həqiqətən, o, nə pis məskən, necə də pis iqamətgahdır!"
Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.

Səhabələr kimlərdir?

    21.03.2014

Səhabə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) görüb İslamı qəbul edən və müsəlman olduğu halda ölən kəsə deyilir. Səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra, ən xeyirli insanlardır. Onları dost tutmaq, onları sevmək, onlardan razı qalmaq hər bir müsəlmana vacibdir. Onları sevmək dindar və mömin olmağın, habelə mərhəmətli Allaha yaxınlaşmağın əlaməti, onlara nifrət bəsləmək isə kafirliyin və üsyankarlığın əlamətidir.

Körpə ikən danışmış uşaqlar

    07.02.2014

      Sizə təqdim edəcəyimiz hədis uzaq keçmişdə yaşayanların əhvalatları haqqında olacaqdır. Hədisdə Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - ancaq iki nəfərin beşikdə ikən danışdığını dedikdə İsrail oğulları arasında olanları nəzərdə tutur. Çünki, O başqa hədisdə belə buyurur: "Dörd uşaq körpə ikən danışmışdır." Onlardan üçü burada qeyd olunmuşdur, dördüncüsü isə Yusuf peyğəmbərin günahsız olduğunu söyləyən körpədir. Bu hədis ilahi möcüzə, valideyn haqqı, Allahın öz sadiq bəndəsinə yardım etməsi barəsində danışır.

İmam Həsən ibn Əli

    26.01.2014

      Əbu Muhəmməd Həsən ibn Əli ibn Əbu Talib Peyğəmbərin nəvəsi, qızı Fatimənin oğlu, Cənnətlə müjdələnmiş, malı və canı ilə İslam dininə xidmət etmiş ən məşhur səhabələrdəndir. Hicrətin üçüncü ilində ramazan ayının ortalarında Mədinə şəhərində dünyaya gəlmişdir. Muhəmməd ibn əl-Hənəfiyyə rəvayət edir ki, Əli ibn Əbu Talib demişdir: “Həsən dünyaya gəldikdə, mən ona Həmzə adını, Hüseyn doğulduqda isə ona əmisinin adını – Cəfər adını qoymuşdum.

Əhli-beyt kimlərdir?

    26.01.2014

      Ərəb dilində Əhli-beyt sözü evin əhli deməkdir. Kişinin əhli onun arvadına və ona ən yaxın insanlara, evin əhli onun sakinlərinə, islam əhli onu qəbul edib Allah-təalanın qoyduğu qayda-qanunlara əməl edən insanlara deyilir. Həmçinin bu, sənətləri eyni olan, bir evdə və ya ölkədə yaşayan insanlara da aiddir. Əslində isə kişinin əhli onunla bir yerdə yaşayan şəxslərdir. Sonralar bu məna daha da genişlənərək aralarında qohumluq əlaqəsi olan insanlara da şamil edilmişdir. Quranın əl-Əhzab surəsinin 33-cu ayəsinə görə Əhli-beyt deyildikdə peyğəmbərin ailəsi nəzərdə tutulur.

Pages