nümunə insanlar

İmam əl-Buxari kimdir?

    12.12.2014

Muhəmməd ibn İsmail əl-Buxari hicrətin 194-cü ilində şəvval ayının on biri cümə günü, Xərtənk adlı, Buxara şəhərinə yaxın bir kənddə dünyaya gəlmişdir. O, atasını tez itirmiş və erkən uşaqlıq çağında gözləri tutulmuş­dur. Bir müddət sonra anası yuxusunda İbrahim peyğəmbəri görmüş və ondan bu sözləri eşitmişdir: “Ey filankəs, sənin çoxsaylı dualarına görə Allah sənin oğluna gör­mə qabiliyyətini qaytardı.”

Abdullah ibn Səlam haqqında

    05.11.2014

Abdullah ibn Səlam Peyğəmbərin səhabəsidir. Peyğəmbər Mədinə şəhərinə hicrət etdikdə Abdullah ibn Səlam onu görən kimi İslam dinini qəbul etmişdir. O, bu haqda xəbər verərək belə demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - Mədinəyə gələndə insanlar onun yanına getdilər. Belə deyildi: “Allah Elçisi gəldi, Allah Elçisi gəldi, Allah Elçisi gəldi!” Mən də ona baxmaq üçün gəlib insanların arasına girdim. Allah Elçisinin üzünə baxanda onun yalançı adam olmadığını bildim.

İmam Hüseynin Cənnətlə müjdələnməsi

    05.11.2014

İmam Hüseyn dünyada ikən Peyğəmbər tərəfindən Cənnətlə müjdələnmişdir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər Hüseyni göstərib demişdir: “Kim Cənnətdəki cavanların ən hörmətlisini görmək istəyirsə, buna baxsın.” (Səhih ibn Hibban, 237).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Həsən və Hüseyn Cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Ataları Əli isə onlardan da xeyirlidir”. ( Müstədrək əl-Hakim, 3/167).

Kərbəla faciəsinin təfərrüatları

    04.11.2014

Kərbəlaya çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Kərbəla adlı yerə çatanda Hüseyn dedi: "Bura haradır?"
Dedilər: "Kərbəla".
Hüseyn dedi: "(Kərb və bələ) kədər və bəla".
Ömər ibn Sədin qoşunu gəlib çatanda o, Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin Hüseyn bu təklifdən imtina etdi. Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Sədə dedi: “Mən sənə üç təklifdən birini seçməyi təklif edirəm".

Peyğəmbərin sevimli nəvəsi

    04.11.2014

Peyğəmbərimizin sevimli nəvəsi və möminlərin əmiri Əli ibn Əbu Talibin oğlu Hüseyn hicrətin dördüncü ilində, şaban ayının beşi anadan olmuşdur. Onun doğumu münasibəti ilə Allahın rəsulu iki qoç kəsib ziyafət vermişdi. Peyğəmbərin bütün ailə üzvləri, həmçinin onun səhabələri Hüseynin dünyaya gəlişinə çox sevinmiş və ona xüsusi qayğı göstərmişdilər. Peyğəmbər öz nəvələri Həsən və Hüseyni çox sevər, onları əzizləyər və onları “balam” deyə çağırardı. Onlara Həsən və Hüseyn adlarını da məhz Peyğəmbər qoymuşdur.

Kəb ibn Malikin tövbəsi

    10.10.2014

Rəvayət edilir ki, Kəb ibn Malik demişdir: “Təbuk döyüşündən başqa Pey­­ğəm­bərin apardığı döyüşlərin heç birindən yayınmamışdım. Bədr döyü­şündən yayınm­a­ğıma gəlincə, ondan yayınanları Peyğəmbər - sallallahu aleyhi və səlləm - qınama­mış­dı. Çünki o zaman Peyğəm­bər döyüşə yox, Qureyş karvanının yolunu kəs­mək üçün çıx­mışdı. Allah da onları vədələşmədikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi. Əqəbə beyətində hamımız İslamı yaşat­mağa dair Pey­ğəm­bə­rə beyət etdik.

Kəbəni kim tikmişdir?

    18.09.2014

İbn Abbas rəvayət edərək demişdir: “Qadınlar arasında ilk qurşaq bağlayan İsmailin anası Həcər olmuşdur. O Saradan gizlənib öz izini itirmək üçün belə etmişdir. Bundan sonra İbrahim həyat yoldaşı Həcəri südəmər oğlu İsmail ilə birlikdə müqəddəs Evin olduğu yerə – Zəm-zəmin başına, məscidin yuxarı tərəfində bitmiş yekə bir ağacın yanına gətirdi. O dövrdə Məkkədə nə bir adam, nə də ki su var idi.

Salman Farisinin əhvalatı

    12.09.2014

Salman Farisi başına gələnləri belə rəvayət etmişdir: “Mən İsfahanda – Cey deyilən bir məmləkətdə yaşayırdım. Atam da həmin məmləkətin böyüyü, həm də ən zəngin adamlarından biri idi. O məni hamıdan çox sevirdi, günü-gündən də mənə olan məhəbbəti artırdı. O məni heç yerə buraxmırdı, cariyə kimi evdə saxlayırdı. Getdikcə mən əqidəli bir atəşpərəstə çevrilirdim. İş o yerə gəlib çatmışdı ki, mən bircə saat belə oddan ayrı qala bilmirdim. O vaxtlar atamın ağalıq yerləri var idi.

Cənnətlə müjdələnmiş səhabənin sirri

    27.08.2014

Ənəs rəvayət edir ki, biz Peyğəm­bər ilə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bir­gə oturmuşduq. O dedi: “İndi buraya Cənnət əhlin­dən olan bir kişi gələcək”. Bu vaxt ənsardan biri içəri daxil oldu. Onun saqqalından dəstəmazın suyu da­mırdı, sol əlində də ayaqqabılarını tutmuşdu. Ertəsi gün Pey­ğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Səhəri gün Peyğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu.

Pages