təmizlənmə

Dəstəmaz alarkən insana gələn "quru yer qaldı" vəsvəsəsi şeytandandır?

    06.02.2024
Sual: 
Əssəlamu əleykum.•qeyri-müsəlmanlar bizə şübhə kimi gətirirlər ki,sizin Allahdan qorxaraq etdiyiniz əməlləri biz insanlıq xətrinə edirik.biz onlara nə cavab verək? •Əgər namaz qılmısansa,və vaxtı artıq keçıbsə,daha sonra yadına düşüb ki,dəstəmazın yox idi.o namaz yenidən qılınır? •Məsəl üçün dəstəmaz alarkən bizə elə gəlir ki,üzünü tam yumadın.bəs biz haradan bilə bilərik ki,bu vəsvəsədir?Yoxsa bəlkə bu biz öz səhvimizi düzəltmək üçündür? •mən hazırlığa görə namaza vaxtına 10 dəqiqə qalmış gəlib çatıram.bu mənə günah yazılır?hazırlıqdan qabaqda qıla bilmirəm,çünki vaxtı hələ girmir.
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabı oxuyun:


Hamilə qadından gələn qan heyz sayılırmı?

    25.01.2024
Sual: 
Salam sualıma göre uzr isteyirem,men hamileyem ve hamile vaxtı qanaxmam olur heyze benzeyen qan olur amma heyz sayilmir cunki ferqli vaxtlarda olur.Axsamdan sehere qeder qanaxmam oldu mecbur olub subh namazini qila bilmedim,zohr namazinda artıq qan yox idi deye qildim hec bir qusl almadan sizce duzgun etmisem, yoxsa qusl almaliyam almaliyamsa hansi quslun hokmunde gedir?Hamile vaxti gelen qan olanda namaz qilmamaliyam?Bes menim qildigim namaz duzgun sayilir qebul olur?
Cavab: 

Və aleykum Salam. Hamilə qadından gələn qan heyz qanı sayılmır. Odur ki, hamilə qadın belə hallarda yuyunub namazını qılmalıdır və bu qana fikir verməməlidir. Əgər qan dayanmırsa, namaz vaxtı girdikdə yuyunub dəstəmaz alır və namazını qılır.

Heyzdən əvvəl gələn az miqdarda qan heyzdən sayılırmı?

    19.01.2024
Sual: 
Salam üzürlü sayın sualıma göre ancaq men bilmek isteyirem eyer qadın heyz vaxtından evvel az az qan lekesi görerse heyzli sayılırmı? meselen bu xestelikdir 1 ayda cemi 10 gün pak qala bilirem vaxtından 10 ya 15 gün qabaq bele hallar olur cavablandırsaz sevinerdim
Cavab: 

Və aleykum Salam. Heyzdən əvvəl gələn qanda əgər heyz qanı əlamətləri varsa, o da heyzdən sayılır. Ətraflı oxuyun:

Qızılca keçirən insan cunub olarsa təyəmmüm edə bilərmi?

    18.01.2024
Sual: 
Salam aleykum. Qızılca geçiren bir kimse yuxusunda cunup olarsa nece güsul alınmalıdır hekim ise qızılcaya qarşı 2 hefte heç bir su ile teması qadağan edib.güsul almazsa ne qeder teyennüm ile namaz qıla biler
Cavab: 

Və aleykum Salam. Qızılca keçirən adam cunub olduqda təyəmmüm edib namazlarını qılmalıdır. Ətraflı oxuyun:

Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır? 

Sidiyini saxlaya bilməyən kəs necə dəstəmaz almalıdır?

    12.01.2024
Sual: 
ƏssəlamuAleykum qardaş.Mən dəfələrlə sizə sual vermişəm bu haqqda və cavabınızda qeyd etdiyiniz bütün tövsiyələrinizi etmişəm Allah razı olsun sizdən,özdə nə qədər araşdırmışam bütün saytı bu haqqda yəni.Kiçik su başına çıxanda su ilə təmizlənirəm sonra kanlada qalır və siz dediyiniz kimi fikir verməyib qalxıram yeriyəndə və oturanda nəcisin çıxdığını tam əminliklə hiss edirəm yəni qəti vəsvəsə deyil də.Yəqin problem məndədir tam ifraz edə bilmirəm müəyyən qədər kanalda qalır,ifrazat axınını düzgün nizamlaya bilmirəm.Vəsvəsə ilə əlaqəsi yoxdur da yəni həqiqətdir yəni.Bu halda mən üzrlü oluram
Cavab: 

Və aleykum Salam. Əgər qeyd etdiyiniz hal xəstəliklə əlaqəli baş verirsə, bu halda siz üzürlü hesab edilirsiz. Ətraflı bu cavabı oxuyun:

Səcdə edərkən alının birbaşa yerə dəyməsi vacibdirmi?

    12.01.2024
Sual: 
Salam Aleykum.1.Secdeye gederken saç alinin yere deymesine ve ya salvardaki qatlaqlar dizin yere deymesine mane ola bilermi.2.Arxa hisseyi yuduqdan sonra qurulanmasaq arxa hisseye damci girib cixsa ve bu damci bildiyim qeder necaset sayilir(sidik meselesinde oxumusamki iceriye girib cixan damci necisdir.Bu arxayada aiddir?3.Yagli yemekden sonra agiz yagli galirsa bu destemaza manedirmi?4.Fatihe oxuyarken etdiyin herf sehvinin sozum menasini deyisib deyismediyini hardan bilmek olar Insallah?5.Sabun ve ya dus geli destemazda suyun deriye catmasina mane olurmu?6.Qusul alarken vesveseye fikir verm
Cavab: 

Və aleykum Salam. 

1) Səcdə edərkən alının birbaşa yerə dəyməsi vacib deyil. Odur ki, səcdə edərkən saçın alını örtməsi icazəlidir. Həmçinin şalvarın dizlərinin qatlanmış vəziyyətdə olması namaza xələl gətirmir. Ətraflı oxuyun:

Pages