təmizlənmə

Qadından gələn ağ axıntı qüslü pozurmu?

    21.02.2024
Sual: 
Salam Aleykum mən qızam hələ ama dünən heç nə olmadan sadəcə yuyunanda ayaqyolundan sonra ağappaq bur çey gəldi ama şəhvətimlə olmadığını düşündüm çünki heçnə erməmişdim olmamışdı. Ama yenədə qüsl aldım . Qüsuk alanda qasıq hissəni təmizlədim . Birdə yapışıb qopan tük təmizləyən ilə onumda yapışqanı biraz orta arxa tərəfdə qaldı. Yenədə qüsl aldım düzgündü bu . Və qadınlarda vədi ifraz oluna bilər ?
Cavab: 

Və aleykum Salam. "Vədi" cinsi əlaqədən sonra gələn mayedir. Ola bilsin sizin gördüyünüz heyzdən sonra qadınlardan gələn ağ mayedir və buna görə qüsl almaq lazım deyil. Həddi-büluğa çatmış qadınlarda heyz müddəti bitdikdən sonra ağ maye gəlir və bu ağ maye heyzdən təmizlənmənin əlaməti sayılır.

Vacib və kamil qüslün fərqi nədir?

    19.02.2024
Sual: 
Salam Aleykum. Men her defe qüsl pozulanda vacib qüsl alıram. Vacib ve kamil qüsl eyni hallarda edilir? Yəni feqli hallarda edilir yoxsa sadece vacib daha asan , kamil qüsl daha qeliz formadı? Saytdakı qüsl bölməsini oxudum nece alınma forması var idi amma tam olaraq ferq nedi, niye alınır yazılmamışdı. Zehmet olmasa cavablandırardız. Allah size bereket versin
Cavab: 

Və aleykum Salam. 

Vacib qüsl - "bismilləh" deyib ağız və burunu yaxalamaq, başı və bütün bədəni su ilə yumaqdır. Bununla da insan boynunda olan vacibi ödəmiş hesab olunur.

Qüsl əvəzinə təyəmmüm etdikdən sonra növbəti namazlara dəstəmaz almaq olarmı?

    10.02.2024
Sual: 
salam. bele deyim men teyemmum alib namazi qiliram. amma su ile qusl almag mumkun gelmir soyuq olur her defe qusl ala bilmirem. amma destamazi su ile ala bilirem. demeyim odurki teyemmum etdikden sonra destemazi su ile alsam olarmi ? yoxsa qusl alana kimi teyemmum etmeliyem ?
Cavab: 

Və aleykum Salam. Qüsl almaq mümkün deyilsə təyəmmüm edilir. Əgər növbəti namaz vaxtlarında hələ də qüsl almaq mümkün olmasa, lakin dəstəmaz almaq mümkün olarsa, namazların vaxtında dəstəmaz alınır. Ətraflı bu cavabı oxuyun:

Pages