ruzi

Borc verərkən onu yazmaq və şahid tutmaq vacibdirmi?

    17.01.2022
Sual: 
1.Bir adam məndən borc istəyir vermək istəmirəm.Ona imkanım yoxdur desəm günahdır?Əlhəmdulillah imkanım normaldır amma ona borc vermək istəmirəm.bu halda nə edə bilərəm?Həmin adamla qohumluq əlaqəm var birbaşa vermək istəmirəm demək istəmirəm imkanım yoxdur desəm olar yoxsa yalan danışmış oluram günah sayılar? 2.Nisyə mal almaq və yaxud mal satmaq olar? 3.Allah Quranda borc verəndə yazmağı və şahidlər tutmağı əmr edir.İndiki zamanda kimsə borc istəyəndə bunu necə etmək olar?Bəziləri mənə etibar etmirsən deyir,küsür məndən.Borc verəndə necə etmək olar ki borc olan borcunu qaytarsın? 4.Bəzi h
Cavab: 

Əssələmu aleykum.

Marketlərdə təqdim olunan uduşlu lotoreyalarda iştirak etmək olarmı?

    30.12.2021
Sual: 
Salam aleykum.Supermarketlerin birinden mal aldığım üçün mene market terefinden pulsuz lotereya teqdim edirlir.Yeni bu lotereyanı almaq üçün vesait serf etmirem. Ayda bir defe market müşterileri üçün lotereya keçirilir. Bilmek isterdim bu lotereyada iştirak etmek haramdırmı?
Cavab: 

Va aleykum Salam. Mağazalarda və supermarketlərdə keçirilən hədiyyəli lotoreyada iki şərtlə oştirak etmək icazəlidir;

1) Uduş kompaniyasının satılan malların qiymətinə təsiri olmasın, yəni uduş olduğuna görə mallar adi qiymətdən baha satılmasın;

Kripto valyuta almaq icazəlidirmi?

    30.12.2021
Sual: 
Salam aleykum.Kripto valyuta almaq icazelidirmi?İcazeli deyilse sebebi nedir?
Cavab: 

Va aleykum Salam. Kripto valyutalar iki növdür; 1) Hansısa bir dövlətin buraxdığı və etibarlı olmasına zamin durduğu; 2) Naməlum şəxslər tərəfindən buraxılan və heç kəsin zamin durmadığı kripto valyutalar. Məsələn: Bitcoin.

Bilmədən tərkibində donuz əti olan qida yeyən günah qazanırmı?

    13.11.2021
Sual: 
Salam. Azerbaycanda restoranda gürcü xengeli yedim. Yeyen zaman etin iyi başqa cür geldi edviyyat qatıldığından dedim yeqin onun tamıdı. Sonda gederken yene narahat oldum ofisiantdan soruşdum gürcü xengeline az donuz eti qatıldığını dedi. Çox narahat oldum, Sizce bunun günahı varmı nece temizlenmek ve tövbe etmek olar? Evvelceden teşekkürler
Cavab: 
Və aleykum Salam. Bilmədən yediyinizə görə sizə günah yazılmır. Bunun üçün sadəcə tövbə etmək kifayətdir. Daha ətraflı: Bilmədən donuz əti yemişəm. Bunun mənə günahı varmı?

Debet kartlarından istifadə etmək olarmı?

    12.11.2021
Sual: 
Assalamun Aleykum va Rahmatullahi va Barakatuhu. Bir neçə sualım var. 1. Dövlətin iş stajına görə verdiyi pensiya haramdır? Əgər bir şəxs 30 il işləyib və bu müddət ərzində dövlətə vergi verib. Daha sonra pensiya yaşına çatdığına görə pensiya almağa başlayıb və 40 il dövlətdən pensiya alıbsa bu qumara çevrilmiş olmur? Çünki 30 il dövlətə ödədiyindən daha çox pensiya almış olur. 2. Debet kartları haramdır? Çünki bəzi banklar debet kartlarından pul nağdlaşdırdıqda, nağdlaşdırılan pulun 1 faizi qismində əlavə pul tuturlar. Bu banka faiz ödəmə sayılır?
Cavab: 
Va aleykumus-sələm və Rahmətullahi və Bərakətuhu. 
1) Dövlət tərəfindən verilən pensiyalar dövlət büdcəsindən ödənildiyinə görə onu almaq icazəlidir. Hətta vətəndaş işlədiyi müddətdə topladığı pensiya fondundan daha artıq pensiya alsa belə bu, qumar və ya sələm sayılmır.

Yemək reseptlərini paylaşmaq olarmı?

    11.11.2021
Sual: 
Salamlayıram sizi. Bir sualım var. Mənim resept saytım var. şəkilləri və s. hamını özüm çəkib paylaşıram. Yəni digər insanlar kimi deyil yediklərimi paylaşmıram, kiməsə lazım olar deyə yemək və şirniyyat reseptləri paylaşıram. Yəni sözümün canı kiməsə o resept lazımdır axtarır internetdə və çıxan saytdan reseptlə ətraflı tanış olur. Bu günahdı yoxsa necə? qorxuram günahdı deyəsiniz, çünki mən sevərək edirəm bu işi. Kiməsə nəsə faydam toxunarsa çox xoşbəxt oluram. Öyrətmək bildiklərimi bölüşmək bu pis işdir?
Cavab: 

Va aleykum Salam. Halal yemək reseptlərini paylaşmaq günah deyil. Əsas olan budur ki, paylaşdığınız yemək reseptlərinin tərkibində şəriətin haram etdiyi qidalar (donuz, spirtli içki və s.) olmasın.

Şəbəkə ticarəti ilə pul qazanmaq halaldırmı?

    03.10.2021
Sual: 
Salamalekum.Men faberlikde calisiram.Burda islemek haramdir yoxsa halal?Men maas ucun isleyirem buna gore de men ozume kamanda qururam.men 120 mnt mal vururam kamanda ise ozleri ne qeder vura bilirse onu vurur.amma men maas ucun 120 mnt mal vurmaliyam.amma men kamanda olmasa bele coxlu mal alib satsam sirket o maasi mene verir.sadece men tek o qeder mal sata bilmirem deye sirkete isci getirirem.sirketde ona satis divriyesi yaratdigim ucun qazancindan mene maas kimi pul verir.deyirler ki bu haramdir.Bele islemek haramdir yoxsa halal?cazaqallahu xayran.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz ticarət növü şəbəkə ticarəti sayılır və belə ticarətlə məşğul olmaq haramdır. Ətraflı oxuyun:

Spirtli içki verilən yeməkxanada aşpaz işləmək olarmı?

    19.06.2021
Sual: 
As Salamu Aleykum va Rahmatullahu va Barakatuhu. İçkinin haram olduğunu bilirəm,bir nəfər ailəvi yeməkxanada aşpaz işləyir,çox az hallarda müştəri içki sifariş edir. Ama o şəxs nə bu içkiyə toxunur,nə onu alır,nə satır,nə süzür nə də müştəriyə verir(ümumiyyətlə toxunmur,içki işinə başqa şəxs baxır). Mətbəxdə ayrı otaqdadır. Sadəcə hazır içkilər mətbəxdəki soyuducuda olur.. Bildiyimiz kimi demək olar bütün yeməkxanaların menyusunda var. Bu günahdırmı?
Cavab: 

Va aleykum Salam. Əgər qeyd etdiyiniz ailəvi yeməkxanada az da olsa içki verirlərsə, bu yeməkxanada işləməyiniz düzgün deyil. Çünki, belə yerdə işləməklə siz də bir növ bu haramlara yardım etmiş sayılırsınız.

Pages