Haram yolla əldə olunmuş pula zəkat düşürmü?
Va aleykum Salam. Vacibliyini inkar etmədiyi təqdirdə, zəkat verməkdən imtina edən şəxs kafir sayılmır, lakin böyük günah sahibidir.
Va aleykum Salam. Vacibliyini inkar etmədiyi təqdirdə, zəkat verməkdən imtina edən şəxs kafir sayılmır, lakin böyük günah sahibidir.
Va aleykum Salam. Zəkat aylıq maaşdan deyil, yığılan pul vəsaitindən (əgər nisab miqdarına çatarsa və üzərindən bir il keçərsə) verilir. Sədəqə könüllü verdiyinz pul və ya maldır. Xums isə kafirlərlə döyüşdən əldə edilən qənimətin beşdəbiridir. Sualınız əsasən deyə bilərik ki, sizə zəkat düşmür.
Əssələmu aleykum. Əgər proqramın müəllifi (şirkət) köhnə versiyanın pulsuz işlədilməsinə etiraz etmirsə və bu versiyanı internetdən pulsuz yüklənməsinə icazə verirsə, bu halda ondan istifadə etmək olar. Əgər proqramın müəllifi icazə vermədiyi halda qanunsuz olaraq yüklənirsə, bu halda haramdır.
Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bizim üzərimizə düşən yalnız insanları zahirinə görə qiymətləndirməkdir. Qəlblərində olanları və onların həqiqi halını isə Uca Allah bilir.
Va aleykum Salam. Əgər sizin həmin dövlət müəssisəsində işləməniz qanunla qadağandırsa, ora digər yollarla işə düzəlməklə günah qazanmış olacaqsınız. Çalışın, öz ixtisasınıza uyğun digər işlər görəsiniz. Məsələn, özəl kurslarda və ya evdə repetitorluq fəaliyyəti kimi.
Va aleykum Salam. Dırnaq ustası şəriətlə qadağan olunmuş bir çox haram işləri (dırnaq qaynağı kimi) etdiyi üçün bu işi tərk etmək lazımdır. Ətraflı oxuyun:
Va aleykum Salam. Əgər satılan mallar şəriətə zidd deyilsə, qeyd etdiyiniz yolla pul qazanmaq icazəlidir. Bu yolla pul qazanmaq dəllallıq adlanır.
Va aleykum Salam. Spirtli içki ilə əlaqəli heç bir iş yoxdursa (almaq, daşımaq, stola aparmaq, süzmək və s.), restoranda ofisiant işləmək icazəlidir.