böyük günahlar

Əri naməhrəmlərlə danışan qadın onu necə çəkindirə bilər?

    23.07.2021
Sual: 
Assalamu aleykum va rahmetullahi va bareketuhu. Men 2 ildi Islama gelmisem , devet eden zovcum olub artiq 10 ile yaxindi islamdadir elhemdulilleh. Lakin zovcum zina edir, daniwmaq ve baxmaq zinasi. Gozel derk edir zinanin ne oldugunu ozumde nesihet edirem. Allaha hemd olsun men de ona qarsi itaetsiz deyilem lakin bu yoldan onu dondere bilmirem. Defelerle talagimi teleb etmisem eyni hadiseye gore. Mene ne meslehet gorerdiz? Men zovcumu nece haqq yola qaytarim?
Cavab: 

Və aleykum salam və rahmətullahi və bərakətuhu. Ərinizin bu günahlara yönəlməsi imanının zəifləməsindəndir, çünki iman artır və azalır.

Musiqinin hansı növləri haramdır?

    19.06.2021
Sual: 
Salam Aleykum və rəhmətullah. 1.Musiqinin hansı növləri haramdır.Məsələn əgər vətən haqqında musiqiyə qulaq asıramsa günahdır? 2.Dünyəvi elmləri öyrənmək haqqında hansı hədislər var?Allah elm adamları dedikdə kimləri nəzərdə tutub? təkcə Islam Alimlərin yoxsa həm də dünyəvi alimləri.Birdə elm öyrənmək,Allahın elminə heyran qalmaq günahdırmı?Yəni Allahın elminin gücünə?Elmin dərinliklərinə getmək və elm adamı olmaq(dünyəvi elmlərdə) icazəlidir?Allah sizdən razı olsun.
Cavab: 
Və aleykum Salam və Rahmətullah.
1.  Növündən asılı olmayaraq İslam dinində musiqi haramdır. Fərq etməz, istər dini musiqi olsun, istərsə də başqa mövzularda olsun. Ətraflı bu cavabları oxuyun:

Qayınatası ilə zina edən gəlin ərinə halal sayılırmı?

    18.06.2021
Sual: 
Salam bir qadın eger qaynatasıyla cinsi elaqede olubsa eri ola ola yeniden tövbe edib eriyle kebine gire bilermi? Yoxsa haramdır çunki Nisa suresinde yazilibki atalarinizin evlendiyi qadinla evlenmeyin Ilk başdan aile qurur bir müddetden sonra eri ile kebinde ola ola qaynatasıyla cinsi elaqede olubsan ve ondan sonra tövbe edib eriyle yeniden kebine gire bilermi?
Cavab: 
Və aleykum Salam. Qayınata və gəlin biri-birilərinə məhrəm sayılır. Ata, öz belindən gələn oğlunun arvadı ilə evlənə bilməz, hətta gələcəkdə oğul arvadını boşamış olsa belə, atanın bu qadınla evlənməsi haramdır. Məhrəm insanların zina etməsi isə daha böyük günahdır.

Qızın valideynlərinin icazəsi olmadan kəsilən kəbin doğrudurmu?

    21.05.2021
Sual: 
Salam. Qız oğlanla qoşulub gedib mecbur qalıb. Ve oğlanın ailesi kebin,nigah edib toy edibler.qızın heç bir yaxını iştirak etmeyib meclisde.bu nigah haram sayılır? Artıq 12 ildir bu aile qurulub.
Cavab: 

Aleykum salam. Nikahın şəriətlə düzgün sayılması üçün qızın vəlisinin (atası, qardaşı, əmisi və s.) icazəsi və halallığı mütləq olmalıdır. Qız vəlisinin izni olmadan ailə qura bilməz və qızın vəlisinin izni olmadan oğlan evinin kəsdirdiyi kəbin etibarsızdır.

Yetimin malını haqsız yerə yeməyin cəzası nədir?

    28.04.2021
Sual: 
Salam Atasi rehmete geden ve atadan yeteri qeder mal mulk qalan bir usaqin ( onun bu pula ehtiyaci yoxdu deyib)varinin mieyyen hissesini (usaqin raziliqi olmadan) yeyen insanlar yetim haqqi yemis olurlarmi ve yemis olurlarsa bunun cezasi nedir.Onceden tesekkur edirem zehmetiniz ucun
Cavab: 

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, yalnız həddi-büluğa çatmamış yaşda ikən atası ölən uşaq yetim sayılır.

Rüşvət verməklə əsgərlikdən yayınmaq olarmı?

    27.04.2021
Sual: 
Salam Aleykume.Necesiz?Bağışlayın narahat edirem .Herşeye göre sağolun inşeAllah cavablandırarsız sualı çox sevinerem.Esgerliyi pulla saxlayıb getmemek qul haqqımıdır??
Cavab: 
Va aleykum Salam. Heç bir üzürlü və ya əsaslı səbəb olmadan hərbi xidmətdən, vətənin keşiyində durmaqdan, vətəni qorumaqdan yayınmaq günahdır. Rüşvət verməklə əsgərlikdən yayınan isə əlavə olaraq rüşvət verdiyinə görə də günah qazanır.

Pages