xurafat

Namazdan sonra Əhli-Beytə necə salam göndərmək olar?

    03.01.2023
Sual: 
As Salam Namazdan sonra Salam vermek isteyirem bunu nece edim? Meselen As Salam Aleykum Ya Sarikel Guran deyirler Ehli beyt Salam gonderirler ayag uste sag sol çonurler mescitde adeten camaat Namazindan sonra edirler mrn bacarmiram ama xanimlara goşuluram zehmet olmasa yaza bilersiz ezberleyim? Indiden Allah (c.c) razi qalsin.
Cavab: 

Va aleykum Salam. Namazdan sonra Əhli-Beytə və ya başqalarına salam göndərmək dinimizə sonradan əlavə edilən əməllərdir. Bunu nə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun), nə onun Əhli-Beyti, nə də onlardan sonra gələn alimlər etməmişlər.

Məhərrəm ayında sinə vurmaq və əzadarlıq etmək günahdırmı?

    03.01.2023
Sual: 
Bəzi Sünnilər deyirlərki Şiələrin sinə vurmaları səhvdir sicə düzmü deyirlər səhvmi
Cavab: 

Əssələmu aleykum. Məhərrəm ayında sinə döymək və əzadarlıq etmək dinimizə müxalif əməllərdir. Əvvəla bunu qeyd edək ki, Məhərrəm ayı Uca Allahın haram etdiyi aylardandır və bu ayda cana əziyyət verməklə özünə zülm etmək haramdır.

Allah yer üzünü və məxluqatı Muhəmmədin ﷺ hörmətinə yaradıbmı?

    03.01.2023
Sual: 
Salam Aleykum.Size 1.ci sualım tanıdığım yaxın biri var ki "Mihr imam iskender" adlı birine inanır.onun Mehdi olduğunu qebul edirler.Onun derslerinde de Allaha ulaşmaq heyatda iken Allahi dilemek, ruhunu heyatda iken ona qaytarmaq kimi dərsləri var.Zikrləri de ancaq Allah başqa zikrləri yoxdur.Ve Allahı ancaq sevirler.Ondan qorxmağa da ehtiyyac duymurlar ki o mərhəmətlidir.Bu ne derecede doğrudur???Xahişim edirəm ətraflı cvb vererdiniz o kes haqda da.Men bilirem ki eleleri sufi eqidesine yaxındı .2.ci sualım Allah yer üzünü,varliqlari Muhammed sallallahu aleyhi ve sellemin hormetine
Cavab: 

Va aleykum Salam.

Quranla istixarə etmək düzgündürmü?

    12.11.2022
Sual: 
Salam.Bu yaxınlarda bir şey eşitmişəm Quranlar iftixare gətirmək sef etmirəmsə bele olmalıdır adı. Evlenmek isdediyin adam senin qismətindirmi ya yox bunu deyir bu ne derecede düzgündür və buna inanmaq olarmı?
Cavab: 

Va aleykum Salam. Quran Uca Allahın oxuyub əməl olunsun deyə, bizlərə nazil etdiyi Kəlamıdır və onunla istixarə (bir şeyin xeyirli olub-olmamasını müəyyən etmək) olunmur.

Bəzi dindarların məsciddə rəqs etmələri doğrudurmu?

    10.11.2022
Sual: 
Salam.Necəsiniz?Mənim suallarima həmişə cavab verirsiniz.Allah razi olsun.Televizorda baxib gördüm ki qari yerdə oturaraq quran oxuyr.Amma quran oxuduqca başini tez tez qabağa əyir sonra geri.Birdə dindar adamlarin məsciddə qəribə rəks etməyi.hecnə başa düşə bilmədim.Xahiş edirəm bunu izah edin.Cox sağ olun.
Cavab: 

Va aleykum Salam. Bəzi insanlar Quran oxuyarkən qeyri-ixtiyari başlarını önə və arxaya hərəkət etdirirlər. Əgər bu hərəkət ibadət məqsədi ilə deyil, insanın özündən asılı olmayaraq baş verirsə, bunda bir qəbahət yoxdur.

Dində "səməni döymək" deyilən bir şey varmı?

    22.07.2022
Sual: 
Salam bizde semeni döymek deye bir şey var anam gil ona nezir deyir ama men inanmiram deyirem ki boş şeydi semeni nezri nezir demek falan esebleşirler mene günahdı sus deyiler sizce semeni nezdri var mı səməniyə nezir demek falan bu mene şirk kimi gelir
Cavab: 
Va aleykum Salam. Nəzir ibadətdir və yalnız Allaha edilməlidir. Qeyd etdiyiniz səməni döymək isə xurafatdan başqa bir şey deyil. Ətraflı oxuyun: 

Pages