ruzi

Başqa yol yoxdursa, ipoteka ilə mənzil almaq günahdırmı?

    02.05.2015
Sual: 
Salam. Menim menzil ehtiyacim var bunun ucun ipoteka krediti ile alsam gunah olar? Cunki cetinlikler var oz evimin olmasini isteyirem. Ve ele bir imkan da yoxdur almaga..belke de deyeceksiz dua edin allahdan isteyin onu da edirem,ama aydin meseledi ki hec kim duran yerde mene ev bagislamayacaq. Odur ki mecbur qalsam ipotekayla gotur bileremmi??!
Cavab: 

Aleykum salam. İpoteka kreditin bir növü olduğu üçün haramdır.

Yoldaşımın iş tapa bilməməsi cadu ilə əlaqəli ola bilərmi?

    18.04.2015
Sual: 
Salam cox xais edirem bir cozum yolu yazardiniz. Yoldasim illerdi ki hec bir is tapib isleye bilmir hara hansi ise gedirsen alinmir hec cur ruzu bereketi yoxdu soz verirler is ucun amma alinmir xais edirem komek edin. Cox sagolun
Cavab: 

Aleykum salam. İş tapa bilməməyi hər zaman cadu ilə əlaqələndirmək düzgün deyil. Əgər yoldaşınız işləməyə həddən artıq tənbəldirsə, təklif olunan işə getməyə qarşı vəsvəsələr və s. hallar olursa, bu zaman cadu ola bilər. Doğrusunu Allah bilir. Həmçinin oxuyun:

Ərimin mərc oyunlarından pul qazanması mənə günahdırmı?

    23.03.2015
Sual: 
ESSELAMUN ALEYKUM.men ailleliyem 2korpe ovladim var.yoldasim islemir,hemdeki,is tapa bilmir.qaynanamin pensiyasi ile dolaniriq demek olarki heco da halal deyil yalanci xestelikle pensiya alir.yoldasim topaz oynuyur.cox vaxt uduzur.neqeder ona izah ediremse meni anlamaq istemir.deyir halal hecne yoxdu.udanda bize xercleyir.elacsizliqdan mende yeyirem amma vicdanim rahat deyil balalarim ucun nrhtam cunki onlar gunahsizdirlar.bilmek isterdim buna gore mende gunah qazaniram?
Cavab: 

Aleykum salam. Bu cür oyunlar qumardır və böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.

Pages