Quranı Azərbaycanca oxumağın savabı varmı və oxuyanda dəstəmaz vacibdirmi?
Va aleykum Salam. Qurani Kərimi oxumaq, ona qulaq asmaq və ya Qurana toxunmaq üçün dəstəmaz almağa ehtiyac yoxdur.
Va aleykum Salam. Qurani Kərimi oxumaq, ona qulaq asmaq və ya Qurana toxunmaq üçün dəstəmaz almağa ehtiyac yoxdur.
Aleykum salam. "Tapşırmaq" dedikdə ölülər üçün Quran oxumağı nəzərdə tutursunuzsa, ümumiyyətlə ölülər üçün Quran oxumaq və ya Quran tapşırmaq olmaz. Çünki, Peyğəmbər bunu etməmiş və bu haqda ondan səhih məlumat gəlməmişdir.
Aleykum salam. Müəllimlə birlikdə öyrənilən elm daha fəzilətli, bərəkətli və faydalıdır. Əgər olduğunuz yerdə müəllim olmasa, kitabla öyrənmək də eyb etməz. Uca Allah buyurur: "Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun". (əl-Ənbiyə, 7).
Salam aleykum. Qurani Kərimi orijinaldan oxuya bilməsəniz, ana dilimizdə tərcüməsini də oxuya bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəninizdir". (əl-Buxari, №: 4739, 5028).
Aleykum salam. Bu cavabı oxuyun: Ölüyə Quran oxumaq olarmı?
Aleykum assalam. Quranda bu adda surə yoxdur. "Tövhid" nəzərdə turursunuzsa, bunun qısaca mənası -- yalnız Uca Allaha ibadət etmək və ona şərik qoşmamaq. Daha ətraflı Tövhid nədir? məqaləsində oxuya bilərsiniz.