cadu

Ağlıma gələn bəzi qəribə fikirlərdən sonra namazı dayandırmışam...

    29.01.2018
Sual: 
Salamun aleykum,men texminen hardasa 10 gundur ki namaz qilmiram(daha dogrusu qila bilmirem).bilmirem bunun sebebi nedir,bugun qildim Şam namazini,sonra Quran oxudum biraz.bunun sebebi nedir? Son olaraq da bir sey qeyd edim,men10gun 15gun evveli namaza hazirlasan vaxti (gec gec qilirdim deye) sanki kimlese danisirdim.cox qeribe,belke de menasiz gele biler ancaqki danisib deyirdimki "meni sen gecikdirirsen namaza,bacara bilmeyeceksen" kimi sozler deyirdim..sonrasi bellidir qila bilmirdim namaz..Cavabiniz cox onemlidir.teşekkur edirem
Cavab: 
Va aleykum Salam. Belə hallar şeytanın vəsvəsəsindən və imanın zəifləməsindən irəli gələ bilər. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir ki: "Həqiqətən, hər birinizin qəlbindəki iman paltar köhnəl­diyi kimi köhnəlir.

İstəmədən ürəyimdə bəddua edirəm, bu vəsvəsədirmi?

    26.01.2018
Sual: 
Her kese Allahın Salamı olsun.Meni nə qədər vaxtdır ki , narahat eden suallar var.Men içimde özümde isdemeden beddua edirem ve ardindan peşman olaraq ağlayıb Allahdan bagışlanma dileyirem.Sizcə bu vesvesedir? Bunun bir çaresi varmı? Digər sualım budur ki , insanlardan hemyaşıdlarımdan uzaqlaşıram onlarla dil tapa bilmirem ve bu meni pis edir .Ne ede bilerem ? Birde internetde oxumuşam ki, bir istek arzu üçün fua edib ardinca Ayetül Kürsini oxuyarsaq duamız qebul olar bu belədirmi?
Cavab: 
Salam aleykum.
1. Bu şeytanın bir vəsvəsəsi ola bilər. Belə bir hiss gələndə Allaha sığının və şeytana qapı açmayın. Daha ətraflı:

Cadunun təsiri ola bilər?

    13.01.2018
Sual: 
Cadu varmi.qebirde bastirlan wekilden ziyan gele biler o insana.Biz qabaga getmirig deyiler cadu elehib.birde menim anam qaynanasi qiz doguldugina gore qizlar nenetleyib neneti nece aca bilerig
Cavab: 
Va aleykum Salam. Cadu var və cadudan qorunmağın yolları da Quran və Səhih hədislərdə göstərilmişdir. Əgər cadu basdırılıbsa, imkan varsa cadunu oradan çıxarıb məhv etmək və Quran oxuyaraq yandırmaq lazımdır. Lakin, bu məsələdə cadugara, falçıya, sehrbaza müraciət etmək haramdır.

Baş vermiş bədbəxt hadisədən sonra özümü idarə edə bilmirəm...

    26.12.2017
Sual: 
Salam axsaminiz xeyr derdimi kime deyim bilmirem tek Allah gorur bilir men son aylarda heyatimda agir tranma aldim ve get gede bu hadise mene cox pis tesir etdi heyatim xosbextlikden bedbext hadiseler baw verdi olum ve s.menim bawim pozulib herden yoldawima aglima ne geldi danisuram qacam ozumu oldurecem bele edecrm doy meni ve s cox agir sozler deyirem ve sonra pesman oluram.ele olanda deyirem sille vur onda ozume gelirem aglamaga bawlayiram.men niye ele cox cox agla gelmiyen seyler deyirem.ve yoldawom degir biliremki bunu sen demirsen ozumu gucle saxliramki ozuve gelesen xais edirem men ne e
Cavab: 
Va aleykum Salam. Adətən belə hallar şeytanın vəsvəsəsi ilə bağlı olur. Şeytanı isə Allaha yaxınlaşmaqla və dua etməklə uzaqlaşdırmaq olar. İnsanın Allaha yaxınlaşması psixoloji gərginlikdən qurtulmaq üçün ən böyük səbəbdir.

Cadu edildiyi üçün əsəbi olmuşam və evimizə gedə bilmirəm...

    25.12.2017
Sual: 
salam. iki ildi aileliyem. bir qizimda var. eltimde paltarlarim var idi aramizda soz sohbet dusdu geri istedim. qaytaranda gordum duyun var bir de yag lekesi. olari falciya gonderdimki lekesine baxsin. biliremki gunahdi tovbe elemisem. ozumde hicabliyam. namaz qiliram. quran oxuyuram. paltarlar mene catanda ramazan ayi idi. ama onnan iki ay evvel olunub cadu. birinci fikir vermedim geyindim. sora dua oxuyub suda yuyub yandirdim. cadudan satemizlendim? xais edirem komek edin. eve gede bilmirem. atamgilde qaliriq qizimda yoldasim da mende. qorxuram evde.
Cavab: 
Va aleykum Salam. Fala baxmaq, baxdırmaq, falçıya getmək və s. buna bənzər əməllər böyük günahlardandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar.

Sanki boğuluram, bu nədən ola bilər?

    12.12.2017
Sual: 
Salam. Evvelki suallarima cavab verdiyiniz ucun cox tesekkur edirem. Sayenizde subhelerden cixdim. Size sualim olacaqdi. Bu 4 aydiki xalam vefat edib. Vefat eden xalamla o qederde yaxwi dolanmirdim. Olenden soram ele bil meni bogur ezab verir. Ne etmeliyem. Bunun sebebi nedir?
Cavab: 
Va aleykum Salam. Qəti olaraq inanmalısınız ki, ölülərin, onların ruhlarının bizim aləmə daxil olması, bizim onların aləminə, onların da bizim aləmə qarışması mümkün deyildir. Ruhların öz aləmi var və onu "bərzəx" adlandırırlar. 

Gözümə bəzi şeylər görünür. Bu nədən ola bilər?

    11.11.2017
Sual: 
Salam aleykum. Menim gozume nese gorsenir arada. bidefe colde oturmusdum ve evin icine bxanda otaqdan quxnaya kimse kecdi evde adam var idi ama iceri otaqda idi gorduyum sey qara kolge idi ancaq sac kim bir sey gordum uzunu gormedim evdekilere deyende inanmadilar. Bu nese cin ve seytanla elqedar ola biler?? Bir sualimda var men oturdugum yerde nese sinifde evde ferqi yoxdu qulagim sesler gelir adimi cekirler bu neden ol biler? buda cin seytanla elaqdar ola biler ? onlarin meni cagirmasi normaldi bele birsey ola biler
Cavab: 

Va aleykum Salam. Bu hallar cinlərdən ola bilər. Sizə Allahı çox zikr etməyi, Quran ayələrinin səsli oxunuşuna qulaq asmağı tövsiyyə edirik. Daha ətraflı:
Uşaq vaxtından ta indiyə qədər davam edən xəstəliyim var

Falçı yanına gedən adamın işləri dolaşığa düşə bilərmi?

    20.10.2017
Sual: 
Salam Aleykum. Esitmisem insan falciya getse isleri daha da dolaşır. Bu duzdur? Yoxsa sadece falciya getmek gunahdir? Islerin qarismasinin bunla bir elaqesi yoxdur
Cavab: 

Və aleykum Salam. Falçı yanına getmək ən böyük günahlardan olduğu üçün bunu edən adamın Allahın qəzəbinə gələrək işlərinin çətinə düşməsi mümkündür, çünki Uca Allah bəzi günahların cəzasını həm bu dünyada, həm də axirətdə verir.

Pages