ailə

Zinakar kişi və ya qadın tövbə edərsə, onunla ailə qurmaq olarmı?

    12.04.2014
Sual: 
Salam aleykum. Eger zinakar qadin ve yaxud zinakar kishi tovbe edibse onunla evlenmeye sherietde icaze verilir. Allah bizi zinakar insanlardan ve ona aparan yollardan qorusun. Amin!
Cavab: 
Aleykum salam. Allahın tövbə qapıları hər kəsin üzünə açıqdır. Əgər zina edən kişi və ya qadın günahından səmimi qəlbdən peşman olarsa və Uca Allaha tövbə edib Onun yoluna qayıdarsa, onunla evlənməyə icazə verilir. Uca Allah buyurur: "Ey iman gətirənlər!

Sevdiyin şəxslə ailə qura bilməmək qismətdir?

    11.04.2014
Sual: 
Salam aleykum. İstediyin ve ya sevidyin qizi ala bilmirsense bu qismetdi, qederdi, yoxsa insanin ozunden asili olan bir şeydir?
Cavab: 

Aleykum salam. Əgər hər hansı bir iş üçün çalışırıq və o iş alınmırsa, bilmək lazımdır ki, bu, Allahın bizə təqdir etdiyi qədərdir və bunda bizim üçün xeyir vardır. Ona görə də Uca Allahdan xeyirli ailə, övlad, mal-dövlət istəmək lazımdır.

Soyuqdəymə qorxusundan cinsi əlaqədə olmaqdan çəkinirəm

    09.04.2014
Sual: 
Salam aleykum. Men zövcemle cinsi elaqede ola bilmirem. Chunki chimen kimi ona soyuq deyir. Men ne edim? Bir meselehet vererdizde. Salam aleykum.
Cavab: 

Aleykum salam. Soyuqdəymə qorxusu ilə qüsldan və qüsla görə də cinsi əlaqədən çəkinmək lazım deyildir. Əgər qüsl almaq yoldaşınızın sağlamlığına zərər verirsə, təyəmmüm ala bilər. Xəstəliyin təhlükəsi sovuşduqda isə yenə qüsl ala bilər.  

Toya getmək olarmı?

    09.04.2014
Sual: 
Salam aleykum. Emeller niyyetlere goredir. Bir insan ki, misal uchun qardashinin ve ya dostunun toyuna getmir. Onun getmeyi özune gunah yazilir, getmemeyi de qardashinin ve ya dostunun qelbine deyir gunah qazanir. Yeni ki, niyyetinde getmemekdi, amma mecburi gedir. Toy, oynamagdi, kimise bayramda tebrik etmekdir. Xahiş edirem Allah rizasi uchun bu haqda etrafli yazardiniz. Yeni ne derecede duzgundur bu?
Cavab: 

Aleykum salam. Əvvəlcə qeyd edək ki, aşağıdakı səbəblərə görə cahil toyuna getmək qadağandır:

Ailəmizdə tez-tez mübahisələr yaranır. Bunun qarşısını necə almaq olar?

    08.04.2014
Sual: 
Salam aleykum. Evvela bu sayti achdiginiza gore size teshekkur edirem. Demek olar ki, sizin saytinizdaki meqaleleri her gun oxuyuram. Uca Allah sizlerden razi olsun! Size sualim ise beledir. Yoldashim da men de namaz ehliyik. Men yoldashimi chox sevirem. Heç vaxt onun neyese gore uzulmesini istemerem. Amma son zamanlar o meni chox incidib chox uzur ve qelbimi qirir. Hetta uzr ve halalliq bele istemir. Her davamizda menden ayrilmaq isteyir. Sonra deyir ki, esebden bele deyirem. Men ise Allahimdan ozume choxlu sebr dileyirem. Bizim balaca korpemiz de var. İstemirem ondan ayrilim.
Cavab: 

Aleykum salam. İndiki müasir dövr şərin artdığı, maddi və mənəvi problemlərin çoxaldığı bir dövrdür. İnsanlar hər bir addımda əsəbi gərginlik yaşayırlar. Bütün bunlar bütövlükdə uşaqdan böyüyə qədər cəmiyyətin hər bir üzvünə öz təsirini göstərir.

Valideyn üçün bağışlanma duası varmı?

    07.04.2014
Sual: 
Salam aleykum. Valideyinler üçün bagishlanma duasi varmi? Varsa, zehmet olmasa bura yazinda! Ele bir dua olsun ki, men her namazda o duani oxuyum. Valideyinlerimin gunahlarini Allah Teala bagishlasin! Allah komeyiniz olsun! Sag olun!
Cavab: 

Aleykum salam. Qurani Kərimdə Nuh peyğəmbərin öz valideynləri üçün etdiyi duası vardır. Bu duanı hər namazda edə bilərsiniz.

Namaz qıldığıma görə nənəm məni əsəbləşdirir

    07.04.2014
Sual: 
Salam aleykum. Menim 15 yashim var. Namaz qiliram. Nenemin ise menim namaz qilmagima paxilligi tutur. Men destemaz alanda mene deyir ki, ele bil ki, ölüme hazirlashirsiz? Nenemdi deye heç ne demirem ve her şeyi ve onun kaprizlerini içime atıram. Sonra nenem gelir danishiqlariyla meni yeniden lap esebleshdirir. Mende dozmeyib cavab qaytariram. Sonra nenem mene deyir ki, sen mene cavab qaytardigina gore senin qildigin namaz menim cinagima yazildi. Bu duzdur? Menim qildigim namaz nenemin cinagina yazilir, men ona cavab qaytaranda?
Cavab: 

Aleykum salam. Nənənizin namaza görə sizinlə pis rəftar etməsi və sizə maneçilik törətməsi özü bir günahdır. Lakin buna baxmayaraq Uca Allah valideynlərlə yaxşı davranmağı buyurmuşdur.

Pages