şəxslər

Aişənin sədəqə verdiyi pulları ətirləyərək verməsi haqqında

    24.11.2015
Sual: 
Salam aleykum. ALlah sizden razi olsun. Sehabelerin Allah yolunda verdikleri sedeqeler haqqinda hedisler paylasha bilersinizmi? ve xususile o hedis ki, Aishe (allah ondan razi olsun) Allah yolunda verilen sedeqeni etirleyerek vermishdir.. Alah elminize bereket versin
Cavab: 

Və aleykum Salam. Aişənin (Allah ondan razı olsun) fəziləti və onun əliaçıqlığı barəsində bir çox səhih rəvayətlər var, lakin sədəqə verdiyi pulları ətirləyib verməsi haqqında rəvayətə heç bir səhih mənbədə rast gəlinmir.

Əli ibn Əbu Talib Kəbədə doğulubmu?

    19.11.2015
Sual: 
Salamu aleykum.deyilənə görə Əli(radiallahu anhu) kəbədə doğulub.bu doğrudurmu?ümumiyyətlə kəbədə kimsə doğulubmu?
Cavab: 

Və aleykum Salam. Əlinin (Allah ondan razı olsun) Kəbədə doğulması haqda olan rəvayətlər uydurmadır. Heç kim Kəbədə doğulmayıb. Hər hansı bir şəxsin Kəbədə doğulması Kəbəyə hörmətsizlikdir. Çünki, insan doğulanda qadında müxtəlif hallar olur.

Zakir Naikə qulaq asmaq olar?

    10.11.2015
Sual: 
salam aleykum dr.zakir naik bu insana qulaq asmaq olar?ondan elm goturmek olar?
Cavab: 

Və aleykum Salam. Zakir Naik qeyri-müsəlmanları İslama dəvət edilməsi sahəsində çox məşhur və savadlı insandır. Ondan Xristianlığa, Yəhudiliyə, Buddizmə, Krişnaizmə və başqa dinlərə aid elm götürmək olar.

Əbu Bəkr və Ömər sağlığında Cənnətlə müjdələniblərmi?

    21.10.2015
Sual: 
Ebu Bekir Ve Ömer DeyiLene Göre Cennetle Müjdelenmiş Sehabilerdi.Bu ne derece Düzgündür ? Axi Onlar Hz.Fatime Anamiza Zülm EdibLer..Ehli-Beyte Düşmençilik Edende Şübhesiz Allaha Qarşi Düşmençilik etmiş olur.Hedis var Bu Barede...Mümkünse SuaLimi cavabLandirasiniz..
Cavab: 

Salam aleykum. Bəli, adlarını çəkdiyiniz və onlarla yanaşı digər səhabələrin (Allah onlardan razı olsun) də sağlığında ikən Cənnətlə müjdələnməsi doğrudur. Onların Fatiməyə (Allah ondan razı olsun) zülm və əziyyət vermələri isə heç bir əsası olmayan uydurma iddialardır. Daha ətraflı:

Abduluzzə ibn Qatan kimdir?

    04.10.2015
Sual: 
Salam aleykum. Hədislərdə gəlib ki dəccal Abduluzza ibn Qatana oxşuyur. Bəs Abduluzza ibn Qatan kimdi?
Cavab: 

Aleykum salam. Abduluzzə ibn Qatan ibn Amr əl-Xuzəi - Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) zövcəsi Xədicənin (Allah ondan razı olsun) bacısı oğludur. Anasının adı Hələtə binti Xuveyliddir. İmam Zuhri (rahiməhullahu) deyir ki, Abduluzzə ibn Qatan cahiliyyə dönəmində ölmüşdür.

Peyğəmbərlər arasında üstünlük varmı?

    28.09.2015
Sual: 
Salamun Aleykum Peyğəmbərlər arasında üstünlük varmı? Niye son peyğəmbər digərlərinə nisbətən daha çox teriflənir? Zehmet olmasa etrafli yazardiz
Cavab: 

Aleykum salam. Bəli, peyğəmbərlər arasında üstünlük var. Uca Allah buyurur: "Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir". (əl-Bəqərə, 253).

Pages