İmam əl-Buxari hansı məzhəbdə olub?

    19.03.2024
Sual: 
Salam Aleykum rahimatullahi imam Buxari fiqhi olaraq hansı mezhebde olub. Allah razı olsun assalamun aleykum rahimatullahi va barakatuhu
Cavab: 

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. İmam əl-Buxarinin (Allah ona rəhmət etsin) fiqh elmində özünə xas məzhəbi olub. O dörd məzhəbin heç birinə təqlid etməyib. Çünki o ictihad etməyə qadir bir alim olub. Onunla eyni dövrdə yaşayan bir çox alim əl-Buxarinin fiqh elminə sahib olmasını bu sözlərlə vəsf etmişlər. Muhəmməd ibn Bəşşər onun barəsində belə demişdir: "Bu gün fəqihlərin ağası şəhərə daxil oldu" (Tərix Bəğdəd, 6/2). Əbu Musab Əhməd ibn Əbu Bəkr əl-Mədini demişdir: "Muhəmməd ibn İsmail əl-Buxari Əhməd ibn Hənbəldən daha dərin elmə malik idi". Ətrafdakılardan biri etiraz edərək dedi: "Həddi aşdın". Əbu Musab dedi: "Əgər İmam Maliki görsəydim hər ikisinin (Malikin və əl-Buxarinin) üzünə baxıb: "Hər ikisi fiqh və hədis elmlərində bərabərdilər"- deyərdim. (Tərix Bəğdəd, 19/2). İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: "əl-Buxari və Əbu Davud fiqh elmində imam idilər, ictihad əhli olmuşlar. Muslim, ət-Tirmizi, ən-Nəsəi, İbn Məcə, İbn Xuzeymə, Əbu Yalə, əl-Bəzzər və s. hədis alimlərinin məzhəbində olmuşlar, lakin onlardan heç birinə təqlid etməmişlər. Bu alimlər ictihad əhli də olmamışlar. Onlar əş-Şafii, Əhməd, İshaq, Əbu Ubeyd və bu kimi alimlərin rəylərinə meyil etmişlər" (Məcmu Fətəvə, 40/20). İbn Həcər (Allah ona rəhmət etsin) Fəthul-Bari əsərində əl-Buxarini ravilər barədə dediyi sözlərdə təqlidçi adlandıranlara belə cavab vermişdir: "Məşhur olan budur ki, əl-Buxari hədislərdən fiqhi əhkamları özü çıxarırdı, ravilər barədə öz fikrini deyirdi. Onun bu sahədə digərlərində olmayan bacarığı vardı". Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: